Məsələ 2441: Tibbi vasitələrlə kişinin spermasını onun zövcəsinin bətninə köçürmək olar. Amma bu işdə müqəddimələr şər’i və halal olmalıdır, haramdan çəkinmək zəruridir.
Məsələ 2442: Kişinin sperması zövcəsinin bətninə köçürüldüyü zaman (halal və ya haram müqəddimələrlə) doğulan uşaq halalzadə sayılır. Bu uşaq həmin kişi və qadının uşağıdır. Ona bütün övlad hökmləri tətbiq edilir. (İrs, nəfəqə və s.)
Məsələ 2443: Naməhrəm kişinin spermasını qadının bətninə köçürmək olmaz. Bu işdə qadın və ya onun ərinin icazəsi şərt deyil. Belə bir iş görülsə və uşaq doğulsa, iş şübhəli vəziyyətdə həyata keçmişsə (kişi güman etmişsə ki, öz zövcəsidir və qadın güman etmişsə ki, öz ərinin spermasıdır və sonradan mə’lum olmuşsa ki, belə deyil) uşaq həmin kişi və qadınınkı sayılır və bütün övladlıq haqlarından faydalanır. Amma bu iş bilərəkdən görülsə, doğulan uşaq onların övladı sayılmır, irs və bu kimi haqlardan faydalanmır. Amma doğulan uşaq sperma sahibi, qadın və onun yaxınları ilə məhrəmlik haqlarına malik olur.