Müqəddİmə Bir neçə zəruri xatırlatma


Sual 42: Məsciddə istifadəyə yararsız qab və əşyaların hökmü nədir? Cavab



Yüklə 9,34 Mb.
səhifə497/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   493   494   495   496   497   498   499   500   ...   519

Vəqf


Sual 42: Məsciddə istifadəyə yararsız qab və əşyaların hökmü nədir?

Cavab: Əgər onları heç vəchlə məscidlərdə istifadə etmək mümkün deyilsə, satıb, ona oxşar şeylər almaq olar.

Sual 43: Sökülmüş məscidin avadanlıqlarını başqa yerə işlətmək olarmı?

Cavab: Əgər başqa məscidlərdə istifadəsi mümkünsə, onlara verilsin. Əgər istifadəyə yararsızsa, satılsın və puluna həmin məscid üçün ehtiyac duyulan şeylər alınsın.

Əmr be mə’ruf və nəhy əz münkər


Sual 44: Əgər əmr be mə’ruf və nəhy əz munkər insanın müəssisədəki mükafatlardan məhrum edilməsi ilə nəticələnərsə, yenə də vacibdirmi?

Cavab: Əgər mühüm zərər olmasa, vacibdir.

Sual 45: İslam respublikasında əmr be mə’rufla məşğul olan cəmiyyətlər olduğu halda bu vəzifə fərdlərin öhdəsindən götürülürmü?

Cavab: Əmr be mə’ruf və nəhy əz münkər ümumi bir hökmdür və hər kəs öz gücündə bunu yerinə yetirməlidir. Əmr be mə’ruf və nəhy əz münkərlə məşğul olan təşkilatların varlığı fərdləri məs’uliyyətdən azad etmir. Bu mövzu ilə bağlı vəzifə bölgüsü proqramlı şəkildə həll olunmalıdır.

Sual 46: Əmr be mə’ruf və nəhy əz münkərdə Allaha yaxınlıq məqsədi şərtdirmi?

Cavab: Allaha yaxınlıq məqsədi şərt deyil. Amma belə bir məqsəd olmadıqda savab verilməz.

Sual 47: Qur’anı səhv oxuyan şəxsə xəbərdarlıq etmək vacibdirmi?

Cavab: Yaxşı olar ki, xoş dillə xəbərdarlıq edilsin.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   493   494   495   496   497   498   499   500   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin