Cənab ustad böyük müəllimlərin düşüncələri ilə tanışlıq üçün hicri-qəməri 1369-cu ildə Nəcəf elmi hövzəsinə hicrət etmişdir. Orada Ayətullah Həkim, Xoyi, Seyid Əbdül Hadi Şirazi və başqa böyük ustadların dərslərində iştirak etmişdir.
Hövzənin qədim ən’ənəsi
Cənab ustad 24 yaşında ikən Nəcəfin iki böyük aliminin hüzurunda ictihad dərəcəsinə çatmışdır.
Quma qayıdış
Böyük ustad hicri-şəmsi 1330-cu ilin şəban ayında İrana qayıtmış, müqəddəs Qum şəhərində məskunlaşmışdır.
Cənab Ayətullah-üzma Məkarim Şirazi İrana qayıtdıqdan sonra üsul və fiqh dərsləri, ali səth dərsləri ilə məşğul olmuşdur. Hövzə 55 ilə yaxındır ki, ustadın xaric dərslərindən bəhrələnir. O bir çox mühüm fiqh kitablarını tədris etmiş, onlarda düzəlişlər aparmışdır. Hazırda cənab ustadın xaric dərsi ən çox dinləyicisi olan dərslərdəndir. Bu dərslərdə 2 minə yaxın tələbə və alim iştirak edir. Cənab ustad gənclik dövründən başlayaraq müxtəlif sahələrlə bağlı, o cümlədən əqidə, İslam maarifi, vilayət, təfsir, fiqh və üsul mövzusunda kitablar yazmışdır. Cənab Ayətullah-üzma Məkarim Şirazi İslam dünyasının böyük qələm sahiblərindən sayılır.