Məsələ 279: İnsan dəstəmaz almaq məqsədi ilə üzünü və qollarını suya batıra bilər. Üzü və qolları suya batırdıqdan sonra dəstəmaz niyyəti ilə onları sudan çıxartmaq da mümkündür. Belə bir dəstəmaz “irtimasi” dəstəmaz adlanır.
İrtimasi dəstəmazın hökmləri
Məsələ 280: İrtimasi dəstəmazda üzü və qolları yuxarıdan aşağıya yumaq lazımdır. Dəstəmaz niyyəti etdikdən sonra üzü alın hissədən, qolları dirsəkdən başlayaraq suya batırmaq lazımdır. Əgər sudan çıxararkən dəstəmaz niyyət olunarsa üz alın, qollar, dirsək hissəsindən sudan çıxarılmalıdır.
Məsələ 281: İrtimasi dəstəmazda baş və ayaqların başqa su ilə məsh olmaması üçün sağ və sol qollara irtimasi dəstəmaz alarkən niyyət edilir ki, sudan xaric olduqdan sonra qollarda cərəyanda olan su dəstəmazdandır. Başqa şəkildə baş və ayaqlara məsh iradlıdır.
Məsələ 282: Dəstəmaz üzvlərindən bə’zilərinə irtimasi, bə’zilərinə qeyri-irtimasi dəstəmaz almaq olar. Yaxşı olar ki, həmişə sol qola qeyri-irtimasi dəstəmaz alınsın. Belə edilsə baş və ayaqlara məsh üçün irad olmaz.