Dəstəmazın duaları
Məsələ 283: Yaxşı olar ki, dəstəmaz alan şəxs suya baxdıqda bu duanı oxusun:
“Bismillahi və billahi vəl-həmdu lillahil-ləzi cəələl-maə təhurən və ləm yəc’əlhu nəcisa.”
Dəstəmazdan öncə əllər yuyularkən deyilir:
“Allahumməc’əlni minət-təvvabinə vəc’əlni minəl-mutətəhhirin.” Suyu ağızda dolandırarkən (“məzməzə”) deyilir:
“Allahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrik.” Suyu burnuna alarkən (“istinşaq”) deyilir:
“Allahummə la tuhərrim ələyyə riyhəl-cənnətə vəc’əlni mimmən yəşummu rihəha və ruhəha və tiybəha”. Üzü yuyarkən deyilir:
“Allahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vucuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh.” Sağ qol yuyularkən deyilir:
“Allahummə ə’tini kitabi bi yəmini vəl-xuldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.” Sol qol yuyularkən deyilir:
“Allahummə la tu’tini kitabi bi şimali və la min vərai zəhri və la təc’əlha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin niyran.” Başa məsh çəkilərkən deyilir:
“Allahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvik.” Ayaqlara məsh çəkilərkən deyilir:
“Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəc’əl sə’yi fima yurzikə ənni ya zəl-cəlali vəl-ikram.”
Dostları ilə paylaş: |