Məsələ 524: Müsəlman meyyitə üç qüsül vermək vacibdir: Sidr qatılmış su ilə, kafur qatılmış su ilə, saf su ilə. Amma şəhid və bir qisim başqaları üçün qüsül yoxdur və bu barədə sonradan danışılacaq.
Meyyit qüslünün hökmləri
Məsələ 525: Sidir və kafurun suyu bulaşdıracaq həddə olmasının eybi yoxdur. Amma sidr və kafur o qədər az olmamalıdır ki, onların qatılmadığı söylənilsin. Su qatqılı şəkil aldıqda yaxşı olar ki, meyyit əvvəlcə onunla yuyulsun, sonra üzərinə tökülsün.
Məsələ 526: Əgər lazımı qədər sidir və kafur tapılmasa, vacib ehtiyata əsasən, tapılan miqdarı suya qatmaq lazımdır. Əgər tamamilə tapılmasa, onların əvəzinə adi su ilə qüsül verilməlidir.
Məsələ 527: Həcc və ümrə üçün ehram bağlamış şəxs təvafdan qabaq, xoş ətir halal olmamışdan öncə dünyasını dəyişsə, ona kafurlu su əvəzinə adi su ilə qüsül verilir.