Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə1/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
  1   2   3   4   5   6   7   8   9   ...   88


Şəriət--------- həzrət Ayətullahül-üzma Məkarim Şirazinin 10 şərhi risaləsi

Rəhman və rəhim Allahın adı ilə


Müqəddİmə

Bir neçə zəruri xatırlatma


1. İlk mətni mərhum Ayətullah-üzma Bürucerdinin dövründə onun fətvaları əsasında hazırlanmışdır. Qum elmi hövzəsinin bir neçə alimi tərəfindən görülmüş bu iş fiqhi hökmlərin xalqa aydınlaşdırılmasında tə’sirli və ilk addım idi. Qədim risalələrdə mürəkkəb fiqh terminləri oxucular üçün xeyli problem yaradırdı. Amma qeyd olunan risalədə həm terminlər işlədilməmişdir, həm cümlələr sadə və aydın idi, həm də dəqiqlik vardı. Bu səbəbdən də uyğun risalə mö’min zümrənin dini Məsələlərlə tanışlıq istiqamətində böyük tə’sirə malik oldu.

Böyük alim dünyasını dəyişdikdən sonra tanınmış təqlid mərcə’si həmin mətn üzərində işləyib öz fətvalarını ona daxil etdi. Beləcə, uyğun ən’ənə bəyənilərək davam etdirildi.

Amma uyğun risalənin cümlələri mərhum Ayətullahül-üzma Bürucerdinin fətvaları üçün nəzərdə tutulduğundan zaman ötdükcə və başqa böyük alimlərin fətvaları buna əlavə olunduqca müəyyən uyğunsuzluqlar meydana çıxdı və kitab ilkin səlisliyini itirdi. Belə ki, son dövürlərdə məsələlərin şərhi risaləsi yenidən mürəkkəbləşdi, onu anlamaq çətinləşdi. Hətta bə’zi məqamlarda ziddiyyətlər müşahidə olundu.

2. Digər bir tərəfdən, böyük mərcələrin sıx iş rejimi onlara imkam vermir ki, öz fitvlarını bütün məsələlərə tətbiq etsinlər və ətraflı dəyişiklik aparsınlar. Adətən bu iş alimlər qrupuna və ya bir fərdə tapşırılır. Aydın Məsələdir ki, şəriət baxımından mö’təbər sayılsa belə, diqqət baxımından təqlidçi təqlid mərcə’sindən fərqlənir.

3. Bütün bunlarla yanaşı, sür’ətlə dəyişən cəmiyyət vaxtı ötmüş mövzuların risalələrdən çıxarılmasını tələb edir. Bu məsələlərin əvəzində ən çox mühüm məsələlərə yer verilməlidir. Yalnız bu halda müsəlman ümməti fiqhi suallarını cavablandırmaq olar.

Əlinizdəki risalədə həmin problemlər, həmd olsun Allaha, aradan qaldırılmışdır. Onun yetərincə tərəflərin cavab verdiyini düşünürük. Belə ki, əvvəla, ifadələrin tam islahı və dəqiq nəzərdən keçirilməsi risalənin ilkin səlisliyini və uyğunluğunu ona qaytarmışdır.

İkincisi, həzrət Ayətullahül-üzma Məkarim Şirazi bütün məsələlərə şəxsən özü nəzarət etmiş, risalə mətnlərini öz fətvaları ilə (bu fətvalar “Tə’liqati-ürvətül-füsqa” kitabında bəyan olunmuşdur.) tutuşdurmuş, “ürvədə” olmayan məsələləri artırmış, bütün təbirləri islah etmişdir.

Üçüncüsü, ehtiyac duyulmayan məsələlər çıxarılmış, onların əvəzinə aktual məsələlər daxil edilmişdir. İnşaallah, risalə elə bir formaya düşmüşdür ki, ondan hamı asanlıqla bəhrələnə biləcək.

Allah-təala İslam və Qur’an hökmlərinə, Peyğəmbər (s) və mə’sum imamların buyuruqlarına əməl üçün hər birimizə yardım buyursun, niyyətlərimizi xalisləşdirsin, Onun razılığını əsas götürək!

Təqlİd

Təqlidin hökmləri


Məsələ 1: Heç bir müsəlman dinin əsaslarına (“Üsuli-din”) e’tiqadda təqlid yolu ilə getməməli, öz səviyyəsinə münasib dəlillər əsasında bu e’tiqadlara yiyələnməlidir. Amma dinin hökmlərinə (“Fürui-din”) münasibətdə ya müctəhid olub (İlahi hökmləri dəlillər əsasında müəyyənləşdirə bilib) öz əqidəsinə əməl etməli, ya da (müctəhid olmadığı halda) müctəhidə təqlid etməlidir. Adətən, insanlar mütəxəssis və mə’lumatlı olmadıqları sahələrdə mütəxəssislərlə və mə’lumatlı insanlara müraciət edir, onların yolunu gedirlər. (İbadət və digər şər’i vəzifələrin yerinə yetirilməsi üçün Qur’an və rəvayatlər baxımından me’yar şər’i-büluğ, yetkinlik həddinə çatmaqdır. Oğlanların qəməri tarixi illə on beş yaşının tamam olması və onların on altı yaşa keçməsi, qızların doqquz yaşının tamam olması və onların on yaşa keçməsi büluğ həddinə çatma nişanələrindən biridir. Hər şəmsi il qəməri ildən on bir gün çoxdur. Bu fərqi hesablayıb miladi ili əsas götürsək, oğlanlar üçün büluğ yaşı on dörd il altı ay iyirmi gün, qızlar üçün büluğ yaşı səkkiz il, səkkiz ay iyirmi beş gün alınar.)

İnsan dini hökmlərin yerinə yetirilməsində üçüncü bir yolu da seçə bilər, o, ehtiyat yolunu tutub elə bir şəkildə addım ata bilər ki, vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Məsələn, əgər müctəhidlərdən bir qrupu bir işi haram, başqa bir qrupu halal sayarsa, həmin işi tərk edər. Əgər bir işi müctəhidlərdən bir qrupu müstəhəb, başqa bir qrupu vacib sayarsa, həmin işi yerinə yetirər. Amma ehtiyat yolunu seçmək bir qədər çətindir. Bu yolu seçmiş insan fiqhi məsələlərdən əhatəli şəkildə xəbərdar olmalıdır. Xalq kütləsi üçün münasib yol müctəhidə müraciət və ona təqlid etməkdir.



Məsələ 2: Hökmlərlə müctəhidə təqlidin mahiyyəti müctəhidin göstərişinə əməli istinad edilməsidir. Yə’ni təqlid edən insan öz əməllərini müctəhidin göstərişləri ilə şərtləndirir.

Məsələ 3: Təqlid edilən müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imamçı şiə, halal yolla doğulmuş (halalzadə), həmçinin vacib ehtiyata əsasən, ədalətli və diri olmalıdır. (Daxilindəki Allah qorxusu səbəbindən böyük günahdan çəkinən və kiçik günahları təkrarlamayan şəxs ədalətli sayılır).

Məsələ 4: Müctəhidlər arasında müəyyən bir məsələyə münasibətdə fikir ayrılığı varsa, daha elmli, (ə’ləm) müctəhidə təqlid etmək lazımdır.

Məsələ 5: Müctəhidi və daha elmli müctəhidi üç yolla müəyyənləşdirmək olar:

A) Elm əhli olan insan özü müctəhid və daha elmli müctəhidi tanıya bilər.

B) Elm əhlindən olan iki ədalətli şəxs o barədə mə’lumat verdiyi halda (bir şərtlə ki, başqa iki alim onların dediyinin əksinə şəhadət verməsin).

V) Müctəhid və ya daha elmli müctəhid elm əhli arasında və elmi dairələrdə o qədər məhşur ola bilər ki, insan buna əmin olar.



Məsələ 6: Daha elmli müctəhidi dəqiq tanımaq mümkün olmadıqda ehtiyat budur ki, insan daha elmli saydığı müctəhidə təqlid etsin. Əgər bir neçə müctəhidi elm baxımından fərqləndirə bilməzsə, onlardan istənilən birinə təqlid edə bilər.

Məsələ 7: Müctəhidin fətvasını öyrənməyin bir neçə yolu var:

a) Müctəhidin özündən eşitmək və onun əlyazmasını görmək;

b) E’tibarlı sayılan risalədə görmək;

v) E’tibarlı bir şəxsdən eşitmək;



q) Fətvanın xalq arasında xatircəmliyə səbəb olacaq qədər məşhur olması.

Məsələ 8: Əgər insan müctəhidin fətvasının dəyişdiyini güman edərsə, araşdırma aparmayıb əvvəlki fətvaya əməl edə bilər.

Məsələ 9: Əgər bir Məsələ ilə bağlı müctəhid qəti fətva verməmişsə, sadəcə ehtiyat əsasında müəyyən şəkildə əməl etməyi söyləyirsə, elə bir ehtiyat vacib ehtiyat adlanır. Təqlidçi ya onun söylədiyinə əməl etməli, ya da başqa bir müctəhidə üz tutmalıdır. Bu müctəhid bir məsələ ilə bağlı qəti fətva vermişsə, məsələn, namazda iqaməni müstəhəb saymışsa, eyni zamanda onu tərk etməməyi ehtiyat bilmişsə, elə bir ehtiyat, müstəhəb ehtiyat adlanır. Təqlidçi bu göstərişə əməl edib-etməməkdə azaddır. Əgər müctəhid bir iş haqqında “təəmmul məhəlli” və ya “işkal məhəlli” sözlərini işlədirsə, təqlidçi ya ehtiyata əməl edər, ya da başqa birinə üz tutar. Amma müctəhid bir məsələ ilə bağlı “zahirdə belədir” və ya “daha qüvvətli nəzər belədir” (“əqva”) tə’birlərini işlədərsə, bu tə’birlər fətva sayılar və təqlidçi ona əməl etməlidir.

Məsələ 10: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, ona təqlidi davam etdirmək olar. Həmin müctəhid daha elmli olduqda təqlidi davam etdirmək vacibdir. Bir şərtlə ki, bu işdə onun fətvasına əməl etmiş olsun.

Məsələ 11: İnsan təqlidə başlayarkən dünyasını dəyişmiş müctəhidin fətvalarına təqlidə başlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ə’ləm olarsa belə, təqlidə bu şəkildə başlamağa icazə verilmir.

Məsələ 12: Hər bir müsəlman adətən ehtiyac duyduğu məsələləri öyrənməli, ya da ehtiyat yolla tanış olmalıdır.

Məsələ 13: Müsəlman şəxs qarşısına çıxan məsələnin hökmünü bilməsə ehtiyata əməl edə bilər. Əməli yerinə yetirmək üçün vaxt varsa, səbr edib müctəhiddən öyrənməlidir. Əgər müctəhiddən öyrənmək imkanı olmasa, daha çox ehtimal olunan yolla getməli, sonradan məsələni öyrənməlidir. Əgər gördüyü iş müctəhidin fətvasına uyğun olarsa, qəbuldur, uyğun olmazsa onu təkrar yerinə yetirməlidir.

Məsələ 14: Əgər bir şəxs müəyyən bir müddət təqlidsiz hərəkət etmişsə, təqlidə başlayanda araşdırma aparmalıdır. Əgər təqliddən öncəki əməlləri hazırkı müctəhidin fətvalarına uyğundursa qəbuldur, uyğun deyilsə onları təkrar yerinə yetirməlidir. Yetərincə araşdırma aparmadan bir müctəhidə təqlid edilən halda da eyni cür addım atılır.

Məsələ 15: Əgər bir şəxs bir müctəhidin fətvasını düzgün nəql etməmişsə, xəbər tutduqdan sonra onu düzgün şəkildə söyləməlidir. Əgər səhvə minbərdə və ya hər hansı söhbətdə yol vermişsə, müxtəlif məclislərdə uyğun məsələni düzgün şəkildə təkrarlamalıdır. Belə edərsə, səhv addım atanlar öz səhvini düzəldər. Amma müctəhidin fətvası dəyişdiyi vaxt bu dəyişikliyi e’lan etmək vacib deyil.

Məsələ 16: Təqlidi dəyişmək, yə’ni bir müctəhidin fətvalarını boşlayıb o birinə üz tutmaq vacib ehtiyata əsasən yol verilməzdir. Amma ikinci müctəhid daha elmli olduqda təqlidi dəyişmək mümkündür. Yetərincə araşdırma aparmadan təqlidi dəyişən şəxs yenidən əvvəlki müctəhidə üz tutmalıdır.

Məsələ 17: Müctəhidin fətvası dəyişərsə, yeni fətvaya əməl etmək lazımdır. Amma öncəki fətvaya əsasən yerinə yetirilən əməllər (ibadətlər, müamilələr) düzgündür və onları təzələmək lazım deyil. Bir müctəhiddən o birinə təqlidə keçən zaman da ötən əməlləri təzələmək lazım deyil.

Məsələ 18: Əgər insan bir müddət təqlid etmişsə və öz təqlidinin düzgün olub-olmadığını bilmirsə, ötən əməllərinə irad yoxdur. Amma hazırkı və gələcək əməllərində düzgün təqlid etməlidir.

Məsələ 19: Əgər iki müctəhidin səviyyəsi eyni olarsa, müəyyən Məsələlərdə birinə, müəyyən Məsələlərdə o birinə təqlid etmək olar.

Məsələ 20: Müctəhid olmayan şəxsə fətva vermək, şəriət məsələləri ilə bağlı fikir bildirmək haramdır. İnsan yetərincə mə’lumatı olmadığı halda şəriət məsələləri ilə bağlı münasibət bildirərsə, onun sözləri əsasında hərəkət edən bütün insanların əmələrinə görə məs’uliyyət daşıyır.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin