Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə19/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

Namazlarda tərtib


Məsələ 696: Günorta və ikindi namazları tərtiblə qılınmalıdır. Yə’ni əvvəlcə günorta, sonra ikindi namazı qılınmalıdır. Şam və xiftən namazları da belədir. Əgər bir şəxs bilərəkdən ikindi namazını günorta namazından, xiftən namazını şam namazından öncə qılarsa namazları batildir.

Məsələ 697: Günorta namazı niyyəti ilə namaza başlayıb namazın gedişində günorta namazını öncə başa vurduğunu yada salan şəxs niyyətini ikindi namazına çevirə bilməz və namazı batildir. Şam və xiftən namazları da belədir. Amma əgər bir şəxs ikindi namazını niyyət edib namaz gedişində günorta namazını qılmadığını yada salarsa, niyyətini günorta namazını çevirə bilər. Xiftən namazını başladıqdan sonra şam namazını qılmadığı yadına düşərsə, dördüncü rəkətin rükusundan sonra niyyətini dəyişə bilər. Amma əgər dördüncü rəkətin rükusundan sonra yadına düşərsə, namazını xiftən namazı niyyəti ilə başa vurub, sonradan şam namazını qılmalıdır. Ehtiyat budur ki, xiftən namazını da yenidən qılsın.

Məsələ 698: Əgər ikindi namazının gedişində şəkk yaransa ki, günorta namazı qılınıb, yoxsa yox, əvvəlki Məsələdə deyilən göstərişə əməl olunmalıdır. Yə’ni niyyət günorta namazına çevrilməli, sonradan ikindi namazı qılınmalıdır. Eləcə də, xiftən namazının gedişində şəkk etsə ki, şam namazını qılıb yoxsa yox, əvvəlki göstərişə əməl olunur.

Məsələ 699: Qəza namazının niyyətini “vaxtında”, yə’ni əda namazına çevirmək, müstəhəb namazının niyyətini vacib namaza çevirmək olmaz. Amma vaxtında qılınan namazın niyyətini qəza namazına çevirmək mümkündür. Əgər qəza namazı həmin günün qəzası olarsa, vacib ehtiyata əsasən, niyyət dəyişilər, qəza namazı başa çatdırıldıqdan sonra vaxtındakı namaz qılınar. Belə bir keçid o zaman mümkündür ki, niyyəti dəyişməyin vaxtı ötüb keçməmiş olsun. Məsələn, namazın niyyətini o zaman sübh namazının qəzasına çevirmək olar ki, dörd rəkətli namazın üçüncü rəkətinə başlanılmayıb.

Nafilə (müstəhəb) namazlar


Məsələ 700: Müstəhəb namaz çoxdur. Bu namazlar “nafilə” adlanır. Nafilə namazları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur.

Məsələ 701: Gündəlik nafilə namazları bunlardır: Səkkiz rəkət günorta, səkkiz rəkət ikindi, dörd rəkət şam, iki rəkət oturaq halda xiftən, on bir rəkət gecə, iki rəkət sübh nafiləsi. Xiftən namazının iki rəkətlik nafiləsi oturaq yerinə yetirildiyindən bir rəkət sayılır. Nəticədə gündəlik nafilələr otuz dörd rəkət olur. Amma cümə günləri bu namazlar dörd rəkət artır. Günorta və ikindi nafilələrinə dörd rəkət əlavə olunur. Bütün nafilə namazları iki rəkət-iki rəkət qılınır.

Məsələ 702: On bir rəkət gecə nafiləsinin səkkiz rəkəti “gecə nafiləsi”, iki rəkəti “şəf’ nafiləsi”, bir rəkəti “vətr” nafiləsi niyyəti ilə yerinə yetirilir.

Məsələ 703: Gecə nafiləsi nafilə namazlarının ən mühümlərindəndir. Ayə və rəvayatlərdə bu namazın əhəmiyyəti xüsusi vurğulanır, onun insan ruhuna müstəsna tə’sirindən danışılır. Bu namazlar insanın tərbiyəsində, onun problemlərinin həllində çox tə’sirlidir. Dua kitablarında bu namazın qaydaları göstərilir. Xüsusilə vətr namazının qunutuna ciddi əhəmiyyət verilir. Əlbəttə ki, bu qaydaları yerinə yetirmək yaxşıdır. Amma gecə namazlarını adi şəkildə də qılmaq olar. Müəyyən səbəblərdən gecənin axırlarında oyana bilməyən şəxs yatmazdan öncə bu namazı qıla bilər.

Məsələ 704: Nafilə namazlarını oturaq da qılmaq olar. Amma bu halda ehtiyat budur ki, iki rəkət oturaq namaz bir rəkət sayılsın. Məsələn, günortanın səkkiz rəkətlik nafiləsi on altı rəkət oturaq namazla əvəz edilsin.

Məsələ 705: Səfərdə günorta və ikindi nafilələri qılınmır. Ehtiyat budur ki, xiftən namazının da nafiləsi qılınmasın. Amma qalan nafilələr, yə’ni sübh, şam və gecə nafilələri səfərdə də qılınır.

Məsələ 706: Qeyd etdik ki, nafilə namazları iki rəkət-iki rəkət qılınır. Yalnız vətr namazı bir rəkətdir. Vətr namazını oturaq qılmaq istəyən şəxs ayrı-ayrı iki bir rəkətli namaz qılmalıdır.

Gündəlik nafilələrin vaxtı


Məsələ 707: Günorta nafiləsinin vaxtı günorta namazından qabaqdır. Bu vaxt günortadan başlayır və göstərici çubuğun kölgəsi yeddidə iki uzunluğa çatanədək davam edir. Məsələn, əgər göstərici çubuğun uzunluğu yeddi qarışdırsa, onun kölgəsi iki qarış uzunluğa çatanadək günorta nafiləsinin vaxtıdır.

Məsələ 708: İkindi namazının nafiləsi ikindi namazından öncə qılınır. Onun vaxtı göstərici çubuğun kölgəsi həmin çubuğun yeddidə dörd uzunluğuna çatanadəkdir.

Məsələ 709: Şam nafiləsinin vaxtı şam namazından sonra başlayır, günəş batandan sonra qürubda yaranan qızartı itənədək davam edir.

Məsələ 710: Xiftən nafiləsi xiftən namazından sonra qılınır. Onun vaxtı gecə yarıyadəkdir. Amma bu nafilənin xiftən namazının ardınca qılınması daha yaxşıdır.

Məsələ 711: Sübh nafiləsinin vaxtı sübh namazından qabaqdır. Bu vaxt fəcr tülusundan şərqdə qızartı görünənədəkdir. Bu namazı gecə namazının ardınca da qılmaq olar.

Məsələ 712: Gecə nafiləsinin vaxtı ehtiyata əsasən gecə yarıdan başlayır və sübh azanınadək davam edir. Amma yaxşı olar ki, bu namaz səhər vaxtı, yə’ni gecənin son üçdə birində qılınsın.

Ğufeylə namazı


Məsələ 713: Savab ümidi ilə qılınan namazlardan biri ğüfeylə namazıdır. Bu namaz şam və xiftən namazları arasında qılınır. Onun vaxtı şam namazından sonra başlayır, qərbdə qızartı itənədək davam edir. İki rəkətlik ğufeylə namazının birinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur:

وَذَالنُّونِ اِذ ذهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ

“Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu’minin”

Ğufeylə namazının ikinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur:

وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَرِّ والبَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ

“Və indəhu məfatihul ğəybi la yə’ləmuha illa huvə və yə’ləmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yə’ləmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.”


Namazın qunutunda belə deyilir:

اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا

“Allahummə inni əs’əlukə bi məfatihil-ğəybil-ləti la yə’ləmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf’ələ bi kəza və kəza” bu duadakı “kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur.

Sonra deyilir:

اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى

“Allahummə əntə vəliyyu ni’məti vəl-qadiru əla təlibəti tə’ləmu hacəti fə əs’əlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”.



Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin