Müqəddİmə Bir neçə zəruri xatırlatma


Köçəri həyat tərzi yaşamış olmasın



Yüklə 9,34 Mb.
səhifə34/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

Köçəri həyat tərzi yaşamış olmasın


Məsələ 1143: Köçərilərin xüsusi vətəni olmur, harada özləri və heyvanları üçün su və qida tapırlarsa orada qalırlar. Onlar bu səfərlərdə namazlarını tam qılmalı və oruc tutmalıdırlar.

Məsələ 1144: Əgər köçəri bir insan həcc, ticarət səfəri kimi köçəri həyatına aid olmayan səfərə çıxarsa namazını yarı qılır.

Yeddinci şərt:

Şəxsin peşəsi səfərə çıxmaq olmasın.


Məsələ 1145: Sürücü, təyyarəçi, dənizçi, sarvan kimi peşəsi səfərə çıxmaq olan şəxslər hətta birinci səfərdə namazlarını tam qılmalıdırlar.

Məsələ 1146: Peşəsi səfərə çıxmaq olmayan insan peşəsi ilə bağlı (müəllim, fəhlə, qulluqçu kimi) səfərə çıxmağa məcbursa, hər gün işi ilə bağlı yol gedirsə, gedib gəldiyi yol səkkiz fərsəx və ya daha artıq olarsa, namazını tam qılmalı, oruc tutmalıdır.

Məsələ 1147: Peşəsi səfərə çıxmaq olan şəxs peşəsindən əlavə bir məqsədlə (məsələn, həcc ziyarəti üçün) səfərə çıxarsa, başqa müsafirlər kimi namazını yarı qılmalıdır. Amma sürücü haqqını almaqla ziyarətçiləri apararsa və bu səfərdə özü də ziyarət edərsə, namazını tam qılmalıdır.

Məsələ 1148: Bir şəxs həcc rəhbəri və ya hər hansı ziyarətdə karvan müdiri kimi səfərə çıxarsa, səfər onun peşəsi ilə bağlı müqəddimə sayılır və bir müddət uzanır. Belə bir şəxs namazını tam qılmalıdır.

Məsələ 1149: Əgər bir şəxsin peşəsi ilin bir hissəsini səfərə çıxmaqdırsa (məsələn, bə’zi sürücülər yalnız müəyyən fəsildə işləyir) onun üçün iş sayılan səfərlərdə namazını tam qılmalıdır.

Məsələ 1150: Bir şəxs şəhər daxilində sürücülük edirsə, təsadüfən şəhərdən çıxdıqda və səkkiz fərsəx, daha artıq yol getdikdə, namazı yarıdır. Amma həm şəhərdə, həm də şəhərdən kənarda sürücülük edən şəxs şəhərdən kənara çıxdıqda namazını tam qılmalıdır.

Məsələ 1151: Bir şəxsin peşəsi səfərə çıxmaqdırsa, bir məhəldə on gün və ya daha artıq qalsa, həmin yerin vətən olub-olmamasından, on gün qalmaq qərarına gəlib-gəlməməsindən asılı olmayaraq, birinci səfərdə namazını yarı qılmalıdır. Əgər şəkk etsə ki, on gün qalacaq, yoxsa yox, namazını tam qılmalıdır.

Məsələ 1152: Özü üçün vətən müəyyənləşdirməmiş və səyahətlə məşğul olan adamlar namazını tam qılmalıdır.

Məsələ 1153: Bir şəxsin peşəsi səfərə çıxmaq deyilsə, amma bir məntəqədə olan malını daşımaq üçün ardıcıl səfərə çıxırsa, namazını yarı qılmalıdır.

Məsələ 1154: Bir şəxs vətənindən çıxıb başqa bir vətən seçmək qərarına gəlmişsə, səfərdə namazını yarı qılmalıdır. Amma səfəri uzun çəksə və köçəri sayılsa namazı tamdır.


Səkkizinci şərt:

“Tərəxxüs həddinə” çatmaq


Məsələ 1155: “Tərəxxüs həddi” dedikdə vətəndən o qədər uzaqlaşmaq nəzərdə tutulur ki, həmin yerdə şəhərin azan səsi eşidilməsin, camaat görünməsin. Amma şəhər divarının görünüb-görünməməsinin əhəmiyyəti yoxdur. Amma həmin vaxt havada görmə və eşitməyə mane olacaq toz və külək olmamalıdır. Bu iki şərtdən biri ödənsə bəs edər. Bir şərtlə ki, ikinci şərtin ödənmədiyinə əminlik olmasın. Əks təqdirdə ehtiyat budur ki, namaz həm tam, həm də yarı qılınsın.

Məsələ 1156: Şəhərlərlə bağlı me’yar adi şəhərlərdir. Bir şəhər çox alçaqda və ya çox ucada yerləşərsə, yenə orta vəziyyətdə olan şəhəri me’yar götürmək lazımdır. Müəyyənləşdirilməlidir ki, hansı məsafədə şəhərdən azan səsi eşidilir, hansı məsafədə şəhər əhli görünür.

Məsələ 1157: İnsan tərəxxüs həddinə çatdığına şübhə edərsə və ya eşitdiyi səsin azan səsi olub-olmadığına şübhəsi olarsa, namazını tam qılmalıdır. Amma sözləri ayırd etmək mümkün olmasa da səsin azan səsi olduğu bilinsə namazını həm tam, həm də yarı qılmalıdır.

Məsələ 1158: Əgər şəxs elə bir yerə çatarsa ki, şəhərin adətən hündür yerdən deyilən azanını eşitməsin, namazı yarıdır. Hətta səs ucaldıcı ilə deyilən azan səsini eşidərsə də bu hökm gücündədir. Əgər bir şəxsin eşitmə və görmə gücü zəif və ya iti olarsa, adi eşitmə və görmə me’yar götürülməlidir.

Məsələ 1159: Bir şəxis səfər zamanı öz vətəninə çatsa, orada namazı tamdır. Amma həmin yerdən səfərini səkkiz fərsəx və ya daha artıq davam etdirmək istəsə, tərəxxüs həddinə çatdıqda namazı yarıdır.

Səfəri səfər hökmündən salan hallar


Məsələ 1160: Bir neçə halda səfər səfər hökmündən düşür və namaz tam qılınmalıdır.

1. Vətənə çatmaq


Vətən dedikdə elə bir yer nəzərdə tutulur ki, insan həmin yeri qalmaq və yaşamaq üçün seçmişdir. Şəxsin orada doğulması şərt deyil. Həmin yer ata-ananın vətəni və ya seçilmiş bir yer ola bilər.

Məsələ 1161: İnsan bir yeri qalmaq (“iqamət”) üçün seçərsə, belə ki, orada olduğu vaxtda ona müsafir deməsinlər, həmin yerdə daimi və ya müvəqqəti qalmaq məqsədindən asılı olmayaraq (məsələn, iki il və ya daha artıq qalmaq istəyir) bu yer onun üçün vətən sayılır. Necə ki, dövlət mə’murları iki ildən bir yeri dəyişir və həmin yer onlara vətən sayılır.

Məsələ 1162: Bə’ziləri iki yerdə yaşayır. Məsələn, altı ay bir şəhərdə, altı ay başqa şəhərdə qalırlar. Belələri üçün hər iki yer vətən sayılır. İnsanın hətta bu qəbil üç vətəni ola bilər.

Məsələ 1163: İnsan vətəni sayılan yerdən getsə və orada yaşamaq məqsədi olmasa, arabir yaxınları və dostları görmək üçün həmin yerə gəldikdə namazı yarıdır. Həmin yerdə evinin və yaxınlarının olub-olmamasının fərqi yoxdur. Bir şərtlə ki, həmin yerdə on gün qalmaq məqsədi olmasın. Eləcə də, insan vətənindən başqa bir yeri yaşamaq üçün seçdikdə və orada altı aydan artıq, ya əskik qaldıqda, həmin yerdə evinin olub-olmamasından asılı olmayaraq köçdükdən sonra həmin yerdə namazı yarıdır.

2. On gün qalmaq məqsədi


Məsələ 1164: Əgər bir müsafir on gün ardıcıl bir yerdə qalmaq istəsə və ya məcbur qalmalı olacağını bilsə, orada namazı tamdır.

Məsələ 1165: Qalmaq məqsədinin şər’ən ödənməsi üçün on gün qalmaq lazımdır. Amma əvvəlki və sonrakı gecənin tə’siri yoxdur. Demək, birinci günün sübh azanından onuncu günün qürubunadək qalarsa (on gün, doqquz gecə) namazını tam qılmalıdır. Eləcə də, məqsədi birinci günün günortasından on birinci günün günortasına qədər qalmaq olarsa uyğun hökm gücündədir.

Məsələ 1166: Bir müsafir müəyyən məhəldə on gün qalmaq qərarına gələrsə bir neçə yerdə dayanmağı nəzərdə tuta bilər. Bir şərtlə ki, həmin yerlər arasında məsafə az olsun. (Məsələn, bir-iki km.) Belə ki, onu müsafir adlandırmasınlar. Bu baxımdan böyük və kiçik şəhərlər arasında fərq yoxdur. Yə’ni böyük şəhər və kiçik şəhər məfhumlarının müsafirin hökmlərinə tə’siri yoxdur.

Məsələ 1167: Bir yerdə on gün qalmaq qərarına gəlmiş müsafir öncədən nəzərdə tutarsa ki, həmin on gün arasında harayasa getsin, əgər həmin yer uzaqda olmasa, (müsafir sayılmasa) namazını tam qılmalıdır. Müsafir sayıldığı təqdirdə bütün on gün namazı yarıdır.

Məsələ 1168: Əgər bir şəxs qərara gəlmişsə ki, on gün bir məhəldə qalsın, amma bunun üçün maneə yaranacağını ehtimal verərsə, xalqın nəzərində bu ehtimal əsaslı sayılmadıqda, namazını tam qılmalıdır. Ehtimal güclü olduqda isə namazı yarıdır.

Məsələ 1169: Bir yerdə on gün qalmaq məqsədi olmayan müsafir dostu ilə görüşəcəyi və ya yaxşı mənzil tapacağı halda on gün qalmaq qərarındadırsa, namazını yarı qılmalıdır.

Məsələ 1170: Müsafir ayın axırına on gün və ya daha artıq qaldığını bilirsə və qərara gəlirsə ki, ayın axırınadək həmin yerdə qalacaq, namazını tam qılmalıdır. Hətta ayın axırına nə qədər qaldığını bilmədiyi vaxt ayın sonunadək qalmaq qərarındadırsa, əslində on gün və ya daha artıq qalırsa, namazını tam qılmalıdır.

Məsələ 1171: Bir şəxs on gün qalmağı niyyət etsə və sonradan fikrindən daşınsa, tərəddüdə düşsə, bir dörd rəkətlik namaz qılmamışsa, namazı yarıdır. Amma dörd rəkətli bir namaz qıldıqdan sonra fikrini dəyişmişsə, nə qədər ki, oradadır namazını tam qılmalıdır.

Məsələ 1172: Bir şəxs on gün qalmaq qərarına gəlib oruc tutarsa və günortadan sonra qalmaq fikrindən daşınarsa, əgər bir dörd rəkətli namaz qılmışsa orucu düzgündür. Nə qədər ki, oradadır namazlarını tam qılmalı, ramazan ayının orucunu tutmalıdır. Amma dörd rəkətli bir namaz qılmamışsa, orucu düzgün deyil, namazları yarıdır.

Məsələ 1173: Əgər insan şəkk edərsə ki, dörd rəkətli namaz qıldıqdan sonra, yoxsa əvvəl fikrindən daşınıb, namazını yarı qılmalıdır.

Məsələ 1174: Əgər bir müsafir namazı yarı qılmaq niyyəti ilə namaza başlasa və namaz gedişində orada on gün, ya daha artıq qalmaq qərarına gəlsə, namazını dörd rəkətli qılmalıdır. Əksinə, on gün qalmaq niyyət edib dörd rəkətli namaza başlasa və namazın gedişində niyyətini dəyişsə, üçüncü rəkətə başlamamışsa, namazını iki rəkətli qılmalıdır. O biri namazları da yarıdır. Əgər üçüncü rəkətin rükusuna getmişsə namazı batildir. Nə qədər ki, oradadır, namazları yarı qılmalıdır.

Məsələ 1175: Bir şəxs bir məhəldə on gün qalmağı niyyət etmişsə, on gündən artıq qaldıqda səfərə çıxanadək namazı tamdır. Onun yenidən on gün niyyət etməsinə ehtiyac yoxdur.

Məsələ 1176: On gün qalmaq niyyət etmiş şəxs vacib oruclarını tutmalıdır. O müstəhəb oruc tutub, günorta, ikindi və xiftən namazlarının nafiləsini qıla bilər.

Məsələ 1177: Bir yerdə on gün qalmaq niyyət etmiş şəxs on gün keçdikdən və ya bir dörd rəkətlik namaz qıldıqdan sonra dörd fərsəxdən uzaqda olmayan bir yerə gedərsə, qaldığı yerə qayıtdıqda namazını tam qılmalıdır. Əgər qaldığı yerdən səkkiz fərsəxdən uzaqda olmayan yerə gedərsə və həmin yerdə on gün qalarsa, namazını yolda və ikinci yerdə tam qılmalıdır. Səkkiz fərsəxdən uzağa gedərsə, namazını yolda yarı, on gün qalmaq məqsədində olduğu ikinci yerdə tam qılmalıdır.

Məsələ 1178: Yoldaşlarının bir yerdə on gün qalmaq məqsədində olduğunu düşünüb on gün qalmaq qərarına gələn şəxs bir dörd rəkətli namaz qıldıqdan sonra başa düşsə ki, yoldaşları belə bir niyyət etməyib və ya fikirlərindən daşınıblar, nə qədər ki, həmin yerdədir, namazlarını tam qılmalıdır.

3. Bir yerdə niyyət etmədən bir ay qalmaq


Məsələ 1179: Bir yerdə neçə gün qalacağını bilməyən müsafir namazını yarı qılır. Bu vəziyyətdə otuz gün keçdikdən sonra isə namazını tam qılmalıdır. Həmin müddətdən sonra az da qalsa bu hökm gücündədir. Əgər qəməri təqvimlə bir ay qalsa, bu ay otuz gündən az olsa da bəs edər. Məsələn, bir ayın onundan o biri ayın onunadək.)

Məsələ 1180: Bir şəxs bir məhəldə doqquz gün və ya bir qədər az qalmaq istəsə, həmin müddət ötdükdən sonra bir daha doqquz günü və ya bir qədər az qalmaq qərarına gələrsə, otuz gün başa çatanadək namazını yarı qılır. Otuz birinci gündən namazlarını tam qılmağa başlayır.

Məsələ 1181: Bir məhəldə otuz gündən az qalmaq bəs etmir. Bir şəxs niyyət etmədən bir yerdə iyirmi gün qalıb sonra bir neçə fərsəx uzağa gedərsə həmin yerdə iyirmi gün qaldıqda namazı yarıdır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin