SÜLH
Məsələ 1840: Bir şəxsin başqası ilə ixtilaflı, yaxud ixtilaf və qarşıdurmaya səbəb ola biləcək bir məsələdə öz malının, qazancının və yaxud haqqının bir miqdarını ayrısına verməsinə, yaxud o da əvəzində öz malından, mənfəətindən bir miqdarını ona versin deyə, öz tələbindən, haqqından keçməsinə razı olmasına “sülh” deyilir. Yaxud öz tələbindən, haqqından keçməsinə “muəvvəz sülhü” deyilir. Əgər bu həvalə etmə əvəzsiz olsa, “qeyri-muəvvəz sülhü” adlanır və hər ikisi düzgündür.
Sülhün hökm və şərtləri
Məsələ 1841:Bir şeyi digərinə sülh edən şəxs həddi-büluğa çatmış və aqil olmalıdır. Onu (bu işə) heç kəs məcbur etməməli və sülh qəsdində ciddi olmalıdır. Səfeh (malını hədər yerə xərcləyən) olmamalı və habelə, şəriət hakimi ona malında təsərrüf etməyini qadağan etməməlidir.
Məsələ 1842: Sülhü hər dildə, məsələn, ərəbcə, farsca və s. siğəsi ilə oxumaq olar. Habelə, qarşı tərəflərin sülh və razılığa gəlməsini aydınlıqla göstərən hər bir əməl kafidir.
Məsələ 1843: Əgər bir şəxs öz tələbini nəyinsə müqabilində və yaxud əvəzsiz olaraq digərinə sülh etmək istəsə, qarşı tərəf qəbul etdiyi halda düzgündür. Lakin, öz tələbindən, haqqından keçmək istəsə, qarşı tərəfi qəbul etmək lazım deyil və bu da bir növ sülhdür.
Məsələ 1844: Əgər insan aldığı borcun miqdarını bildiyi halda unutduğunu izhar etsə və ona borc verən şəxs (bunu) bilməsə və öz borcunu olan miqdardan aza sülh etsə düzgün deyil, borclu şəxs artıq miqdara borcludur. Əgər (borc verən şəxs) öz borcunu bildiyi halda da bu sülhə razı olacaqdısa, istisnadır.
Məsələ 1845: Əgər çəkisi mə’lum olan və bir maldan olan iki şeyi bir-birlərinə sülh etmək istəsələr, sələm qarşıya gəlmədiyi halda düzgündür. Yəni hər ikisinin çəkisi eyni olmalıdır. Əgər onların çəkisi mə’lum olmasa, az və yaxud çox olmasını ehtimal versələr, sülh etməyin iradı var.
Məsələ 1846: Əgər birinin başqasında vaxtı çatmayan borcu varsa, borcunu az bir miqdarla sülh etsə və məqsədi də bu olsa ki, alacağının bir miqdarını (ona) bağışlasın və qalanını isə nəqd alsın, (bunun) eybi yoxdur. Məsələn, altı aydan sonra 10 min tumən alacağı var, onun min tumənindən imtina edib, qalanını qarşı tərəfin razılığı ilə nəqd şəkildə alır.
Məsələ 1847: Sülh müqaviləsini qarşı tərəflərin razılığı ilə pozmaq olar. Həmçinin, əgər müqavilə əsnasında qarşı tərəflərdən biri və yaxud hər ikisi üçün müqaviləni pozma hüququ təyin edilsə, o şəxs sülhü poza bilər.
Məsələ 1848: Alqı-satqı hökmlərində qeyd edildi ki, 11 halda müamiləni pozmaq olar. Bütün bu 11 halda sülhü də pozmaq olar. Lakin, məclis, heyvan və təxir ixtiyarları istisnadır. Yəni, əgər razılaşma məclisində sülh bitəndən sonra qarşı tərəflərdən biri peşman olsa, fəsx (müamilənə poza bilmə) hüququ yoxdur. Habelə, heyvan razılaşmasında fəsx hüququ ilk üç gündə sabit deyil. Həmçinin, əgər bir malı nəqd olaraq sülh etsə və onun əvəzini ödəməkdə yubansa, həmin ilk gündə fəsx hüququ qarşı tərəf üçün sabitdir və üç gün keçməsinə ehtiyac yoxdur.
Məsələ 1849: Əgər sülhə götürdüyü bir şey eyibli olsa və ondan xəbəri olmasa, sülhü poza bilər. Lakin, eyibli və düzgün qiymət fərqlərini almaq qarşı tərəflərin razılığından asılıdır.
İCARƏ
Məsələ 1850: Mülk və yaxud şəxsi mənfəətin başqasına həvalə edilməsinə icarə deyilir. İcarəyə verən və icarə edən həddi-büluğa çatmış və aqil olmalıdır. Öz qəsd və ixtiyarı ilə icarəni əncam verməli və habelə öz malında təsərrüf etmək hüququna malik olmalıdır. Bu baxımdan öz malını doğru şəkildə idarə etməyi bacarmayan və onu hədər yerə xərcləyən səfehin icarəsi batildir.
İcarənin hökmləri
Məsələ 1851: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarə verə bilər. Həmçinin, az yaşlı uşağın (səğir) və qəyyumu onun məsləhətini riayət etməklə, malını icarəyə verə bilər. Ehtiyata əsasən, onun həddi-büluğdan sonrakı zamanını icarəyə daxil etməsinlər. Əgər onsuz az yaşlı uşağın (səğirin) məsləhəti hasil olmasa, istisnadır. Başçı və qəyyumu olmadıqda isə şəriət hakimindən icazə alınmalıdır. Əgər adil müctəhid və yaxud onun nümayəndəsinə müraciət etmək imkanı olmasa, uşağın məsləhətini riayət edən adil mö’min şəxsdən icazə almaq olar.
Məsələ 1852: İcarədə siğəni hər dildə- ərəbcə, farsca və s. oxumaq olar (məsələn, malik, bir şəxsə filan mülkümü, filan məbləğə, filan müddət ərzində sənə icarə verdim, desin və o da, qəbul etdim, desin). Həmçinin, öz mülkünü icarə qəsdi ilə icarə edənin ixtiyarında qoyması və onun da təhvil alması kafidir.
Məsələ 1853: Əgər bir şəxs siğə oxumadan bir işi görməyə əcir olub, qarşı tərəfin tələbi ilə işə məşğul olarsa, icarə düzgündür.
Məsələ 1854: Danışmaq qabiliyyəti olmayan şəxs əgər işarə ilə başa salsa ki, öz mülkünü müəyyən müddət və məbləğ daxilində icarəyə vermiş və yaxud icarə etmişdir, düzgündür.
Məsələ 1855: İcarə etdiyi ev və yaxud dükanı başqasına icarə verə bilməz. Əgər belə bir haqq icarə edənə verilibsə, istisnadır.
Məsələ 1856: Ev, mağaza və yaxud bir otaq icarə edib onu başqasına verməyə hüququ olan bir şəxs, (onu) icarə etdiyindən daha çox məbləğə icarə verə bilməz. Əgər orada onun bərabərində bir az artıq (məbləğ) almaq üçün iş görübsə (təmir, ağartı işləri aparmaq və yaxud şkaf, xalça qoymaq) istisnadır.
Məsələ 1857: Əgər bir işçi, fəhlə özünü başqasının xidmətinə və icarəsində qərar versə, onu başqasının xidmət və icarəsinə verə bilməz. Əgər əməl və yaxud kəlamının zahiri mənası, icarə edənin bu cəhətdən azad olması başa düşülsə, istisnadır. Bu halda, əgər onu o məbləğdən çox təhvil versə eybi var. Lakin, ev, mağaza və əcirdən başqasında eybi yoxdur.
İcarənin şərtləri
Məsələ 1858: İcarə verilən malın bir neçə şərti var:
1-Müəyyən olmalıdır. Bu baxımdan, əgər, ev və yaxud avtomobillərimdən birini icarə verirəm, desə, düzgün deyil; 2-İcarə edən onu görməli və yaxud malik onun xüsusiyyətlərini təmami ilə bəyan etməlidir; 3- Onu təhvil vermək mümkün olmalıdır. Belə isə, icarə edənin onu tutmasına qadir olmayan fərari atı icarəyə vermək batildir; 4- O mal istifadə etməklə aradan getməməlidir. Bu baxımdan, çörək, meyvə və bu kimi şeyləri icarəyə vermək düzgün deyil; 5- İcarə verilən maldan istifadə etmək mümkün olmalıdır. Əkinçilik üçün yararlı və yaxud kifayət qədər suyu olmayan torpağı icarəyə vermək batildir; 6- İcarə verdiyi şeyin maliki, yaxud onun icarə verilməsində vəkil və yaxud qəyyum olmalıdır.
Məsələ 1859: Ağacın, bağın, otlağın meyvə və yaxud otundan istifadə etmək üçün icarəyə verilməsi düzgündür.
Məsələ 1860: Qadın, südündən istifadə etmələri üçün əcir ola bilər və ərindən icazə alması lazım deyil. Lakin süd vermək vasitəsi ilə ərinin hüququ pozularsa, onun icazəsi olamadan caiz deyil.
Məsələ 1861: Mənfəəti (faydası) üçün icarəyə verilən malın bir neçə şərti var:
1-Halal olmaq. Bu baxımdan, mağaza və maşının spirtli içkiləri satmaq və yaxud daşımaq üçün icarəyə verilməsi batildir; 2- Camaatın nəzərində belə bir mənfəətin qarşısında pul vermək faydasız olmasın; 3-Əgər o malın müxtəlif faydaları varsa, hansı fayda üçün icarə verdiyini müəyyən etməlidir. Məsələn, həm minik və həm də yük daşımaq üçün yaralı olan heyvanı hansı biri üçün icarəyə verdiyini müəyyən etməlidir. Əgər hər ikisi nəzərdə tutulubsa, yenə də müəyyən edilməlidir; 4-İcarənin müddəti də müəyyən edilməlidir.
Dostları ilə paylaş: |