Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə69/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

Təlaq


Məsələ 2135: Öz arvadına təlaq verən kişi aqil, ehtiyat vacibə görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli, təlaq siğəsini zarafatyana desə düzgün deyil.

Məsələ 2136: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Əgər ər özü təlaq siğəsini oxumaq istəsə, arvadının adı, məsələn, Fatimədirsə, deyir:
زَوجَتىِ فَاطِمَةُ طَالِقُ

(Zəvcəti Fatimətu taliqun- yəni, arvadım Fatimə arvadlıqdan azaddır).

Əgər başqasını vəkil etsə, o vəkil deməlidir:
زَوَجَةُ مُوَكْلِىِ فَاطِمَةُ طَالِقُ

(Zəvcətu muvəkkili Fatimətu taliqun- yəni, müvəkkilimin arvadı azaddır.)



Məsələ 2137: Qadın təlaq zamanı heyz, nifas qanından pak olmalı və habelə, o paklıq zamanı əri onunla cinsi yaxınlıq etməməlidir. Əgər ondan qabaqkı paklıqda olan nifas və ya heyz halında onunla yaxınlıq etsə, ehtiyata əsasən, təlaq kifayat deyil; ikinci dəfə aybaşı olub, sonra pak olmalıdır (bu iki şərtin izahı sonrakı məsələlərdə gələcək).

Məsələ 2138: Üç yerdə heyz və nifas halında təlaq vermək düzgündür:

1-İzdivacdan sonra ər mütləq halda onunla cinsi əlaqədə olmayıbsa; 2-Hamilə olsa; 3-Qadın hazır olmadığı (qaib olduğu) üçün əri bilməsin və yaxud qadının pak olmasını başa düşmək onun üçün müşkül olsun.

Məsələ 2139: Əgər bir şəxs qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu mə’lum olsa təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu mə’lum olsa, onun təlağı düzgündür.

Məsələ 2140: Öz arvadının heyz və ya nifas halında olduğunu bilən şəxs qaib olsa (məsələn, səfərə getsə) və ona təlaq vermək istəsə, amma qadının halından xəbər tuta bilməsə, qadınların adətən heyz və ya nifasdan pak olacaqları müddətə qədər gözləməlidir.

Məsələ 2141: Əgər arvadı ilə cinsi yaxınlıqda olub, ona təlaq vermək istəsə, heyz görüb, pak olmasına qədər səbr etməlidir. Lakin hamilə olsa, cinsi yaxınlıqdan sonra fasiləsiz olaraq təlaq verə bilər. Həmçinin, əgər yaisə olsa, yəni yaşı 50-dən çox olsa, yuxarıdakı hökmlə eynidir.

Məsələ 2142: Əgər heyz və nifasdan pak olan arvadı ilə cinsi əlaqədə olsa, sonra səfər getsə və qadının halından xəbər tutmaq üçün araşdırma aparmaq imkan olmasa, əgər ona təlaq vermək istəsə, vacib ehtiyata əsasən, ən azı bir ay səbr edib sonra təlaq verməlidir.

Məsələ 2143: Xəstəlik və yaxud başqa səbəblə əlaqədar aybaşı olmayan qadına əri təlaq vermək istəsə, onunla cinsi əlaqədə olduğu vaxtdan üç ay onunla cinsi yaxınlıqdan çəkinməli və sonra ona təlaq verməlidir.

Məsələ 2144: Müvəqqəti evlənmənin (siğənin) təlaqı yoxdur, müddəti bitdikdə və yaxud kişi ona müddəti bağışladıqda onun arvadlığından azad olur. Onun aybaşıdan paklanması və iki nəfər şəxsi şahid tutmaq lazım deyil.

Təlağın iddəsi


Məsələ 2145: Ərindən təlaq alan qadın iddə saxlamalıdır; əri ümumiyyətlə onunla cinsi əlaqədə olmasa, doqquz yaşına çatmazdan öncə təlaq versə və yaxud qadın yaisə olsa, yə’ni yaşı əllini ötübsə, istisnadır. Bu halda təlaqdan sonra fasiləsiz olaraq ərə gedə bilər.

Məsələ 2146: Aybaşı olan qadınlarda iddə müddəti, ehtiyata əsasən, səbr edib ikinci dəfə aybaşı olduqdan sonra pak olmalı və üçüncü heyzi gördükdə onların iddəsi tamam olur.

Məsələ 2147: Aybaşı olmayan qadın, əgər aybaşı olan qadınlarla yaşıd olsa, əri cinsi əlaqədən sonra ona təlaq versə, təlaqdan sonra üç ay iddə saxlamalıdır. Üç aydan məqsəd budur ki, əgər ayın əvvəlidirsə üç qəməri ayı tamam və əgər ayın başqa günüdürsə, məsələn, 5-i, 10-u, dördüncü ayın 5-i, 10-u çatdıqda, onun iddəsi tamam olur. Məsələn, rəcəb ayaının 5-də təlaq alıbsa, şəvval ayının 5-də iddəsi tamam olur.

Məsələ 2148: Hamilə qadınların iddəsinin sonu uşağın doğulması və yaxud abort olunmasıdır. Hətta təlaqdan bir saat keçdikdən sonra uşaq dünyaya gəlsə, onun iddəsi tamam olur və ərə gedə bilər.

Məsələ 2149: Müvəqqəti evlənmənin iddəsi müddət tamam olandan sonra aybaşı olduğu halda iki kamil heyz qədərdir, əgər aybaşı olmursa 45 gün tamamdır.

Məsələ 2150: Təlaq iddəsinin əvvəli qadının bilib-bilməməsindən asılı olmayaraq, təlaq siğəsinin oxunduğu vaxtdan etibarən başlayır. Əgər iddə qurtarandan sonra ona təlaq verilməsini başa düşsə, yenidən iddə saxlaması lazım deyil.

Əri ölən qadının iddəsi


Məsələ 2151: Əri ölən qadın daimi və yaxud müvəqqəti evlənmədən, ərinin onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, 4 ay 10 gün iddə saxlamalıdır; hətta yaisə qadın da vəfat iddəsi saxlamalıdır. Hamilə olduqda isə doğuşa qədər iddə saxlamalıdır. Lakin, uşaq 4 ay 10 gün keçməzdən qabaq dünyaya gəlsə, ərinin ölümündən 4 ay 10 gün keçənə qədər davam etməlidir.

Məsələ 2152: Vəfat iddəsində olan qadın bəzəkli paltar geyməkdən, sürmə çəkməkdən, həmçinin zinət sayılan sair işlərdən çəkinməlidir.

Məsələ 2153: Əgər qadın ərinin dünyadan getməsinə yəqinliyi olsa və vəfat iddəsi saxlayıb ərə getsə, sonradan ərinin ölməsi məlum olsa, ikinci ərindən ayrılmalıdır və vacib ehtiyata əsasən, əgər hamilədirsə, təlaq iddəsində deyildiyi kimi, ikinci əri üçün iddə saxlamalıdır və ondan sonra birinci əri üçün 4 ay 10 gün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə deyilsə, birinci əri üçün vəfat iddəsi və sonra ikinci əri üçün təlaq iddəsi saxlamalıdır.

Məsələ 2154: Qadının əri qaib, yaxud qaib hökmündə olsa, vəfat iddəsinin başlanğıcı qadının ərinin ölümündən xəbərdar olduğu vaxtdan başlanır.

Məsələ 2155: Əgər qadın “mənim iddəm tamam olub” desə, qəbul edilməlidir. Bir şərtlə ki, töhmət mövqeyində olmamalı və vacib ehtiyata əsasən, e’timadlı olmalıdır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin