Müqəddİmə Bir neçə zəruri xatırlatma


İTİRİLMİŞ MALLAR İtirilmiş malların hökmləri



Yüklə 9,34 Mb.
səhifə72/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

İTİRİLMİŞ MALLAR

İtirilmiş malların hökmləri


Məsələ 2193: İnsan sahibini tanımaq üçün heç bir əlaməti olmayan bir itirilmiş malı tapsa (100 tuman əskinas və yaxud qızıl sikkə kimi), vacib ehtiyata əsasən, onu sahibi tərəfindən sədəqə verməlidir. Əgər özü sədəqə almağa müstəhəqdirsə, götürə bilər, əgər əhəmiyyətli maldırsa, ehtiyata əsasən, şəriət hakimindən icazə almalıdır.

Məsələ 2194: Əgər tapdığı malın bir əlaməti varsa və qiyməti bir dirhəmdən (bir dirhəm 12/6 noxud gümüş sikkəyə bərabərdir) azdırsa, sahibi mə’lum olduqda onun razılığı olmadan dirhəmi götürə bilməz; sahibi mə’lum olmasa götürüb yiyələnə və ondan istifadə edə bilər və tələf olduğu halda əvəzini verməsi lazım deyil. Belə ki, yiyələnmə qəsdi olmadığı halda, onun təqsiri olmadan tələf olsa, əvəzini vermək lazım deyil.

Məsələ 2195: Vacib ehtiyata əsasən, Məkkə hərəmində bir dirhəm və yaxud ondan çox olan bir dəyərdə bir şey tapsa götürməsin.

Məsələ 2196: Tapdığı malın əlaməti varsa və qiyməti bir dirhəm və yaxud ondan çoxdursa, onu bir il ərzində e’lan etməlidir (belə ki, tapdığı gündən bir həftə hər gün, ilin sonuna qədər isə həftədə bir dəfə cəmiyyət arasında e’lan etsə kafidir). O malın müsəlmana və yaxud müsəlmanların amanında yaşayan kafirə aid olmasından asılı olmayaraq, e’lan etmək vacibdir.

Məsələ 2197: Əgər şifahi e’lan etmək əvəzinə e’lanı yazılı olaraq camaatın gediş-gəliş mərkəzində yapışdırsa və oranın əksər camaatı savadlı olsa və yaxud savadlı şəxslər onu bisavadlar üçün oxusalar, bir il ərzində e’lan orada qalsa kafidir.

Məsələ 2198: Əgər bir il sona yetməzdən öncə onun sahibini tapmaqdan ümidsiz olsa və yaxud əvvəldən onun sahibini tapmağa ümidi olmasa, vacib ehtiyata əsasən, o malı həqiqi sahibi tərəfindən fəqirə verməlidir.

Məsələ 2199: Əgər müqəddəs hərəmlərin birində və ya məscidlərdə tapılan əşyalar üçün bir yer tə’yin etsələr və camaat itirdikləri malı tapmaq üçün ora müraciət etməli olduqlarını bilsələr və o yerin idarəçiləri e’timadlı adamlar olsalar, itirilmiş malı ora təhvil vermək kafidir və onlar bir il onu saxlamalıdırlar və əgər onun sahibi tapılamasa, sonrakı məsələyə uyğun əməl etməlidirlər. Əgər bəzi məntəqələrdə itirilmiş əşyalar üçün belə bir yer nəzərdə tutulub və camaatın ondan xəbəri varsa, itirilmiş malı o yerə təhvil verməklə e’lan etmək vəzifəsi camaatın öhdəsindən götürülür.

Məsələ 2200: Əgər bir il ərzində e’lan etdikdən və yaxud e’lan edilən bir yerdə saxlanıldıqdan sonra malın sahibi tapılmasa, tapan şəxs dörd işdən birini yerinə yetirməkdə azaddır:

1- Hər vaxt sahibi tapılsa, mal mövcud olmadığı halda onun əvəzini ona verəcəyi məqsədi ilə onu özü üçün götürsün; 2- Əmanət kimi malı onun üçün saxlasın; 3- Allah yolunda sahibi tərəfindən sədəqə versin; 4- Onu şəriət hakiminin öhdəsində qoysun və müstəhəb ehtiyat, sədəqə vermək və yaxud müctəhidin öhdəsində qoymaqdır.
Məsələ 2201: Əgər bir il e’lan etdikdən sonra malın sahibi tapılmasa və malı əmanət kimi onun sahibi üçün saxlasa və mal aradan getsə, beləki, əgər onu qorumaqda səhlənkarlıq etməyibsə və yaxud ifrata varmayıbsa zamin deyil; əgər sahibi tərəfindən sədəqə versə və sahibi tapıldıqdan sonra sədəqə verməyə razı olmasa, onun əvəzini verməlidir.
Məsələ 2202: Həddi-büluğa yetməyən bir uşaq bir mal tapsa, vacib ehtiyata əsasən, onun vəlisi e’lan etməlidir. Belə ki, bir il ərzində onun sahibi tapılmasa, ötən dörd göstərişə əsasən, uşağın məsləhətinə uyğun əməl etməlidir.
Məsələ 2203: Əgər e’lan etdiyi il əsnasında mal tələf olsa, zamin deyil. Əgər onun qorunmasında səhlənkarlı edib və yaxud ifrata varıbsa istisnadır.
Məsələ 2204: Əgər bir malı tapsa və öz malı olduğunu güman edib götürsə, sonra onun özününkü olmadığını başa düşsə, onu götürdüyü yerdə qoya bilməz və ötən göstərişlərə əsasən, bir il ərzində e’lan etməlidir. Əgər öz ayağı ilə ona təkan versə, bu işin iradlı olmasına baxmayaraq, bu hökmə aid olmur.
Məsələ 2205: E’lan etdikdə əlamətləri aydın olmayan halda deməlidir. Əgər bir nəfər gəlib onun əlamətlərini desə və malın onunku olmasına əmin olsa, ona verməlidir. Lakin, əksər hallarda hətta mal sahibinin də diqqət yetirmədiyi əlamətləri deməsi lazım deyil.
Məsələ 2206: Əgər qiyməti bir dirhəm və yaxud ondan da çox olan bir malı tapsa, belə ki, e’lan etməyib onu məsciddə və yaxud camaatın toplaşdığı yerdə qoyduqdan sonra tələf olsa və yaxud başqası onu götürsə, onu ilk dəfə tapan şəxs zamindir.
Məsələ 2207: Əgər qaldıqda xarab olan bir mal tapsa, bə’zi qida maddələri və meyvələr kimi, onu xarab olmadığı vaxta qədər saxladıqdan sonra onun qiymətini müəyyən edib, özü onu istifadə etsə və yaxud satsa, pulunu saxlamalıdır və sahibi tapılmasa onun tərəfindən sədəqə verməlidir. Müstəhəb ehtiyata əsasən, əgər şəriət hakiminə əli çatırsa, ondan icazə alsın.
Məsələ 2208: Əgər tapdığı malı dəstəmaz aldıqda və yaxud namaz qıldıqda özü ilə yanaşı saxlasa və məqsədi bu yolla onu qoruyub, onun haqqında şəriət hökmlərinə əməl etmək olsa eybi yoxdur.
Məsələ 2209: Əgər bir şəxsin ayaqqabısını aparıb yerinə başqa bir ayaqqabı qoysalar, belə ki, qalan ayaqqabının onun ayaqqabısını aparan şəxsin olduğunu və bu işin bilərəkdən baş verdiyini bilsə və o şəxs əlçatmaz olsa, o ayaqqabını öz ayaqqabısı yerinə götürə bilər və şəriət hakiminə əli çatdığı halda ondan icazə almalıdır. Əgər onun qiyməti ayaqqabısının qiymətindən çox olsa, onun sahibi tapıldığı zaman, artıq qiyməti ona verməlidir. Əgər onu tapmaqdan ümidsiz olsa, əlavə (qiyməti) sahibi tərəfindən sədəqə verər. Lakin, əgər qalan ayaqqabı onun ayaqqabısını aparan şəxsin olmadığına ehtimal versə və yaxud əmin olsa, onun sahibini tapmaqdan ümidsiz olsa, onu sədəqə verməlidir.
Məsələ 2210: Əgər bir dirhəmdən dəyəri az olan malı tapıb məsciddə və yaxud başqa bir yerdə qoysalar və ona diqqət yetirməsələr, başqası onu götürsə, onun üçün halaldır.
Məsələ 2211: Tapılmış əşyanın həqiqi sahibi tərəfindən Allah yolunda sədəqə verildiyi hallarda onu seyid və qeyri-seyidə vermək olar; o şəxs özü də müstəhəq olsa, götürə bilər.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin