Sual 1: 10 il təqlidsiz ibadət edənin hökmü nədir?
Cavab: Təqlidə başlamalıdır və yerinə yetirdiyi əməllər təqlid etdiyi müctəhidin göstərişlərinə uyğun olsa düzgündür. Uyğun gəlmədikdə ibadətlərini təzələməlidir.
Sual 2: Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
Cavab: Mümkündür.
Sual 3: Bir təqlid mərcəsinə təqlid edib, ondan sonra ikinci mərcəyə üz tutan və o mərcə dünyasını dəyişdikdən sonra diri müctəhidə təqlid edənin hökmü nədir?
Cavab: Öncəki mərcəyə təqlid etdiyi məsələlərdə həmin hökmləri yerinə yetirsin. İkinci müctəhid də belədir. Qalan məsələlərdə diri müctəhidin fətvalarına tabe olsun.
Murdarlar
Sual 4: Şər’i qaydada kəsilməmiş mal-qaranın sümüyündən alınan jelatinin hökmü nədir? Axı bütün həbb kapsulaları, hətta bə’zi şirniyyatlar bu maddədən hazırlanır.
Cavab: Zəruri hallarda bundan istifadə etmək olar.
Sual 5: Paklıq baxımından spirtin hökmü nədir?
Cavab: Texniki və tibbi spirt pakdır. Amma məstedici spirtli içkilər belə deyil.
Sual 6: Bu gün əksər parfimeriya mə’mulatları formalaşmamış körpə hormanından hazırlanır. Müsəlman qadınların bundan istifadəsinin hökmü nədir?
Cavab: Əgər qana bulaşmamışsa və ya şəkdəyiksə, pak sayılır.
Sual 7: Qeyri-islami məmləkətlərdən gətirilən ətin hökmü nədir?
Cavab: Əgər müsəlman bazarından və ya müsəlmandan alınarsa, onun şər’i qaydada kəsildiyi ehtimal olunduqda halaldır.
Təharət
Sual 8: Paltarı bir neçə dəfə yuyub suya çəkən avtomat maşınlarda yuyulan libaslar pakdırmı?
Cavab: Pakdır. Libasları yuyan zaman su xəttinə qoşulmasından və su kəsildikdən sonra işə başlamasından asılı olmayaraq.
Sual 9: Yerə yapışmış döşəməni paklamağın qaydası necədir?
Cavab: Borudan gələn su ilə paklanır. Azca sıxılır. Yaxşı olar ki, ondan çıxan su bir yolla toplansın.
Dəstəmaz
Sual 10: İnsan üçün bir başqasının dəstəmaz və ya qüslünü yerinə yetirməsi düzgündürmü?
Cavab: Belə bir şəxsin dəstəmaz və qüslü batildir. Amma dəstəmaz və qüsl zamanı suyu onun bədəninə tökərlərsə və o özü yuyarsa eybi yoxdur. Amma zərurət olmayan hallarda bu iş məkruhdur.
Sual 11: Xüms verməyən şəxsin evində dəstəmaz almaq, namaz qılmaq və qidadan istifadə etməyin hökmü nədir?
Cavab: Ev və qidaların xümüslü olduğuna əmin yoxsa, ondan istifadə etmək olar. Yəqinlik olsa, icazə verilir ki, istifadədən sonra həmin miqdarın xümsü ehtiyaclı seyidlərə çatdırılsın. İmkan olmadıqda bu miqdar öhdəyə götürülür və imkan olan vaxt ödənir.
Qüsl
Sual 12: Qadının heyz halında imamların hərəminin zərihi ətrafına yaxınlaşmasının eybi varmı?
Cavab: Ətrafa yaxınlaşmağın eybi yoxdur, amma hərəmə daxil olmasınlar.
Sual 13: Cərrahi əməliyyatla körpəsi çıxarılan qadının bətnindən gələn qan nifas, yoxsa istihazə qanıdır?
Cavab: Nifas qanıdır.
Namaz
Sual 14: Kişilərin sarı, ağ qızıldan və platindən istifadə etməsinin hökmü nədir?
Cavab: Qızıl adlanan şeylə zinətlənmək kişilərə haramdır. Qızıl sarı, qırmızı və ya ağ olmasının fərqi yoxdur. Amma platin başqa bir filizdir və qızıl sayılmır.
Sual 15: Məsciddə şər’i ölçülərlə çəkilmiş film nümayiş etdirmək olarmı?
Cavab: Bu iş məscidin şə’ninə münasib deyil. Bu qəbil işlər üçün ayrıca yer nəzərdə tutulmalıdır.
Sual 16: Gündəlik yövmiyyə və cümə namazlarında qadınların iştirakının kərahəti varmı?
Cavab: Hazırkı şəraitdə onların iştirakı daha yaxşıdır, bə’zən isə zəruridir
Sual 17: İmam camaat bayram namazını iki yerdə camaatla qıla bilərmi?
Cavab: Çətindir. Amma yövmiyyə namazlarını iki qrupla iki dəfə qılmaq olar.
Sual 18: Namazın qunutunda qeyri-ərəbcə dua oxumaq olarmı?
Cavab: Düzgün məzmunlu istənilən bir duanı, istənilən bir dildə qunutda oxumaq olar.
Sual 19: Zaman ötdükcə qəsbi yerin hökmü dəyişirmi?
Cavab: Qəsbi yerdə namaz qılmaq haramdır. Zaman bu hökmü dəyişmir.
Sual 20: Sementə, mozaikaya, mərmərə səcdə etmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual: Qadın vətən məsələsində ərinə tabedirmi?
Cavab: Əgər qadının məqsədi bu məsələdə ərinə tabeçilikdirsə, tabe olacaq. Amma məqsədi ərini başqa bir yerə köçməyə təşviq etməkdirsə, tabe sayılmır.
Sual 22: Qəza namazı və orucu olan şəxs başqa birinin qəza namaz və oruclarını pulla yerinə yetirə bilərmi?
Cavab: Eybi yoxdur.
Sual: Aylı gecələrdə sübh namazı nə vaxt qılınır?
Cavab: Aylı və aylı olmayan gecələr arasında fərq yoxdur.
Sual 24: Günəşin doğub-doğmamasına şübhə edənin sübh namazında niyyəti necə olmalıdır?
Cavab: Vacib namaz və ya əda niyyəti ilə qıla bilər.
Oruc
Sual 25: Ayın görünməsinin sübutu hansı şəhərlər üçün dəlildir.
Cavab: Həmin şəhərlərlə eyni və ya yaxın üfüqdə olan şəhərlərdə, eləcə də, şərqdə göründükdə qərb məntəqəsində dəlil sayılır.
Xüms
Sual 26: Diyə olaraq alınmış pulun il keçdikdən sonra xümsü varmı?
Cavab: Diyənin xümsü yoxdur.
Sual 27: Qocalıq təqaüdünə xüms düşürmü?
Cavab: Təqaüdə çıxdıqdan sonra dövlətin verdiyi pul həmin ilin qazancı sayılır. Əgər həmin ilin xərcindən artıq qalarsa, xümsü var.
Sual 28: İslam respublikasında verilən vergilər şər’i vergiləri əvəz edirmi?
Cavab: Vergi alış-veriş xərclərindən sayılır və şər’i vergini əvəz etmir.
Sual 29: Cehizə xüms düşürmü?
Cavab: Əgər cehiz adi və ehtiyac duyulan cehizdirsə, xümsü yoxdur. Başqa hallarda xüms vermək vacibdir.
Sual 30: Anası seyid olan şəxs seyid hökmündədirmi?
Cavab: Müəyyən baxımlardan seyiddir, müəyyən baxımlardan yox. Belə bir şəxs xüms ala bilməz, seyidlərə məxsus libas geyə bilməz. Amma müəyyən baxımdan seyidlərin şərafətinə malikdir.