Məsələ1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa’ (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.
Məsələ1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.
Məsələ1694: İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman- kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir.
Məsələ1695: Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər.
Məsələ1696: Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün də’vət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir.
Məsələ1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.
Məsələ1698: Fəqir bir şəxsin yalnız 1 sa’ (təqribən 3 kq.) buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 1 sanı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və (beləcə) sonuncu ailə üzvünə qədər (davam etsin). Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (səğir), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin.
Məsələ1699: Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil, müstəhəbdir.
Məsələ1700: Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir.
Məsələ1701: Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. Lakin, əgər ona vacib olan şəxs ödəməsə, vacib ehtiyata əsasən, bacarırsa özü versin.
Məsələ1702: İnsanın zəkat fitrəsi başqasına vacib olduğu halda özü onu ödəsə, üzərindən götürülməz. Əgər qarşı tərəfin icazəsi ilə baş tutsa, istisnadır.
Məsələ1703: Əgər əri tərəfindən xərcləri ödənilməyən qadın başqasının çörək yeyənidirsə, fitrəsi çörəyini yediyi şəxsin öhdəsindədir. Əgər qadın imkanlı olduğu üçün şəxsi malından xərcləyirsə, fitrəsini şəxsən özü verməlidir.
Məsələ1704: Seyid olan şəxs qeyri-seyiddən zəkat ala bilməz.
Məsələ1705: Ana və yaxud dayədən süd əmən körpənin fitrəsi, ana və yaxud dayənin xərclərini ödəyən şəxsin öhdəsindədir. Əgər körpənin şəxsi malından xərclərini götürürlərsə, onun fitrəsi nə özünə və nə də özgəsinə vacib deyil.
Məsələ1706: Əgər bir şəxs ailəsinin xərclərini haram maldan verirsə, onların fitrəsini halal maldan verməsi vacibdir.
Məsələ1707: Əgər insan bir kəsi əcir edib, xərclərini verməsini (bir xidmətçi kimi) şərt etsə, onun fitrəsini verməlidir. Lakin verdiyi xərclər fəhlələrin əmək haqlarının bir hissəsi sayılarsa, onların fitrəsi iş sahibinə vacib deyil. Habelə, mehmanxana və ona oxşar yerlərdə çalışan fəhlələr adət üzrə yeməklərini orada yeyir və bu, həqiqətdə, onların məvaciblərindən sayıldığı üçü, işçilərin fitrəsi iş sahibinə deyil, özlərinə vacibdir.
Məsələ1708: Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər.
Məsələ1709: Əgər bir nəfər ayın son gününün qürbndan sonra dünyadan getsə, gərək onun və ailəsinin fitrəsini malından versinlər. Lakin, əgər qürubdan qabaq ölsə vacib deyil. Ailəsi vacib fitrənin şərtlərinə malik olduğu halda, özləri fitrə zəkatlarını ödəməlidirlər.
Fitrə zəkatının istifadə olunduğu yerlər
Məsələ1710: Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar.
Məsələ1711: Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.
Fitrə zəkatının hökmləri
Məsələ1712: Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sa’dan (təqribən 3 kq.) az verilməsin.
Məsələ1713: Əgər bir sa’nın yerinə, bir sa’ adi ərzağın qiyməti qədər olan yarım sa’ yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var.
Məsələ1714: İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sa’nın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər.
Məsələ1715: Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir.
Məsələ1716: Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması mə’lum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil.
Məsələ1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi mə’lum deyil.