Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə58/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

Müzarİə


Məsələ 1887: Yer sahibinin öz torpağını əkinçilik üçün əkinçinin ixtiyarında qoymasına və məhsulun müəyyən hissəsini malikə verməsinə “müzariə” deyilir. Müzariə siğəsi həm şifahi olaraq, məsələn, (torpaq sahibi) “mən bu torpağı iki il ərzində məhsulun üçdə birini almaqla sənin ixtiyarında qoyuram” və əkinçi də “qəbul etdim” deyə oxumaq olar və həm də siğə oxunmadan, torpağı əkinçilik etmək üçün əkinçinin ixtiyarına versin və o da təhvil alsın. (Əlbəttə (müzariənin) müddəti və məhsulun (hissə) neçə faizini alacağı və s. üçün lazımi danışıqlar əvvəlcədən müəyyən edilməlidir).

Müzariənin şərtləri


Məsələ 1888: Müzariənin bir neçə şərti var:

1-Torpaq sahibi və əkinçi həddi-büluğa çatmış, aqil olmalı, öz ixtiyarları ilə müzariə etməli, şəriət hakimi onları mallarından istifadə etmələrinin qarşısını almamalı və səfeh olmamalıdır; 2-Torpağın bütün məhsulu o iki nəfərdən birinə məxsus edilməməlidir; 3-Hər birinin payı (ümumi məhsuldan) “muşa” halında -məhsulun yarısı, üçdə biri və s. olmalıdır. Bu baxımdan, əgər bir növ məhsulun birinə, başqa növün isə ayrısına məxsus olmasını və yaxud torpağın bir hissəsinin məhsulunu birinə, ayrı hissəsini isə ikinciyə malik olmasını şərt etsələr düzgün deyil. Həmçinin, torpaq sahibinin “bu torpağı ək və istədiyin qədər mənə ver” deməsi batildir; 4-Torpağın əkinçinin ixtiyarında olma müddəti müəyyən edilməli və müəyyən edilən müddət ərzində məhsulun yetişməsi mümkün olmalıdır; 5-Torpaq əkinçilik üçün yararlı olmalıdır. Əgər torpaq əkinçilik üçün münbit olmasa, lakin hansısa vasitələrlə əkinçilik üçün yararlı hala gətirilməsi mümkün olsa, müzariə düzgündür; 6- Əkinçilik növü müəyyən edilməlidir. Əgər əkinçilik növünün onların və kütlənin nəzərində heç bir fərqi olmasa və yaxud torpağın hansı məhsul üçün yararlı olması mə’lum olsa, istisnadır; 7-Torpaq müəyyən edilməlidir. Bu baxımdan, bir şəxsin bir neçə torpaq sahəsi olsa, onlardan birini müzariə üçün verdim, desə və torpaq sahələri keyfiyyətdə bir-birlərindən fərqli olsa, müzariə batildir. Lakin, o torpaqlar (keyfiyyət baxımından) bərabər olsalar və məsələn, bu torpaq sahəsinin 5 hektarını sənə verirəm, desə, maneəsi yoxdur. Habelə, əkinçi torpağı görmədiyi halda, (torpaq sahibi torpağın) keyfiyyətini ona bəyan edə bilər; 8-Əkinçilik, toxum və s. xərclərin kimin öhdəsində olması müəyyən edilməlidir. Lakin, onların hər birinin nə qədər xərc etmələri o məntəqənin camaatı arasında məlum olsa, kafidir.




Müzariənin hökmləri


Məsələ 1889: Əgər malik və yaxud əkinçi məhsulun müəyyən bir hissəsinin (məsələn, bir xarvar- 300 kq.) onun olmasını və qalan hissəsini iki nəfər arasında (öz aralarında) bölüşdürmələrini şərt etsə, eybi var.

Məsələ 1890: Əgər müzariənin müddəti sona yetsə və əkinçinin səhlənkarlığı üzündən məhsul ələ gəlməsə, torpaq sahibi əkinçini əkini biçməyə məcbur edə bilər; lakin, ilin təxirə düşməsinə görə olsa (rəsm olduğu kimi) malik səbr etməlidir. Əgər heç biri olmasa, əkini dərmək əkinçinin zərərinə səbəb olsa və malik bir zərər görməsə, yenə də səbr etməlidir. Amma zərər ona yönəldiyi halda əkinçini əkini dərməyə məcbur etməyə haqqı var.

Məsələ 1891: Əgər hansısa bir hadisə ilə bağlı torpaq sahəsində əkinçilik mümkün olmasa, məsələn, yeraltı su kanalları xarab olub, su kəsilsə, bu zaman, bir az ələ gələn əkin, hətta heyvanlara verməyə yararlı olan ot olsa belə, o miqdar, müqaviləyə əsasən, onların hər ikisinin malıdır, qalan hissəsində müzariə batildir.

Məsələ 1892: Əgər əkinçi, torpaq onun ixtiyarında olduğu halda əkinçilik etməsə, gərək o müddətin icarəsini malikə versin. Əgər torpaqda bir qüsur meydana gəlibsə, ona da zamindir.

Məsələ 1893: Torpaq sahibi və əkinçi bir-birlərinin razılığı olmadan müzariəni poza bilməzlər. Lakin, müqavilə zamanı hər ikisi və yaxud onlardan biri üçün müqaviləni pozmaq hüququ müəyyən ediblərsə, müqaviləyə uyğun olaraq, müamiləni pozsun.

Məsələ 1894: Əgər müqavilədən sonra torpaq sahibi və yaxud əkinçi ölsə, müzariə pozulmur və varisləri onların yerlərinə gələcəklər. Lakin, əgər əkinçi ölsə, şəxsən özü əkinçilik etməsini şərt etsə, müzariə pozulur. Əgər əkin cücəribsə onun payını varislərinə verməlidirlər. Lakin, varis torpaq sahibini əkinin torpaqda qalmasına məcbur edə bilməz. Əgər onu dərmək onların zərərinə olarsa, istisnadır.

Məsələ 1895: Əgər əkinçilikdən sonra və məhsul sona yetməzdən qabaq müzariənin batil olmasını başa düşsə, toxum torpaq sahibinin olsa, əkin ona (torpaq sahibinə) məxsusdur və əkinçinin muzdunu rəsmə uyğun olaraq ödəməlidir. Əgər toxum əkinçinin olsa, əkin onundur və rəsmə uyğun olaraq icarə haqqını torpaq sahibinə verməlidir. Əgər müddətin sonuna qədər əkinin öz torpağında qalmasına razılıq verməsə, əkinçi onu biçməlidir. Lakin, bu iş onun zərərinə səbəb olsa, istisnadır. Həmçinin (əkinin) torpaqda qalması, malın icarə haqqını ödəməsi malik üçün zərər yaratmamalıdır.

Məsələ 1896: Əgər məhsul toplandıqdan, əkin müddəti bitəndən sonra əkinin kökü torpaqda qalıb, ikinci il yenidən məhsulnu verərsə və yer sahibi, əkinçi ondan üz döndərmədikləri halda, ikinci ilin məhsulu birinci ilə uyğun olaraq bölünməlidir.

Musaqat


Məsələ 1897: Əgər bir şəxs öz meyvə ağaclarını müəyyən müddət ərzində suvarıb qulluq etmək üçün başqasına versə və əvəzində ona meyvə payı ayırsa, belə müamiləyə “musaqat” deyilir.

Məsələ 1898: Meyvə ağaclarından əlavə, güllərindən gülab və s. kimi istifadə edilən gül kollarının, yarpaqlarından istifadə edilən xına, sedr ağaclarının və yaxud şirə və qətranından istifadə edilən ağacların musaqat müamiləsi düzgündür. Lakin, bu xüsusiyyətləri olmayan ağaclar haqqında musaqat düzgün deyil.

Məsələ 1899: Musaqat müamiləsində siğə oxumaq olar. Həmçinin, əgər ağac sahibi musaqat məqsədi ilə onu işləyən şəxsin ixtiyarında qoysa və o da həmin məqsədlə təhvil alsa, siğə oxumadıqları halda belə, müamilə düzgündür. (Lakin müddət və bə’zi şərtlər üçün əvvəlcədən lazımı danışıqlar aparılmalıdır.)

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin