Bain və ric’i təlağı
Məsələ 2156: Təlaq iki qisimdir: Bain təlağı və ric’i təlağı. Bain təlağı odur ki, kişinin arvadına dönmək hüququ yoxdur (dönməkdə məqsəd budur ki, kişi əqdsiz olaraq arvadı ilə barışıb, onu yenidən arvadlığa qəbul etsin).
Bain təlağı da öz növbəsində 5 qismə bölünür: 1- Doqquz yaşı tamam olmayan qadının təlağı; 2- Yaisə qadının təlağı – yə’ni yaşı əllini keçsə; 3- Evləndikdən sonra əri onunla cinsi əlaqədə olmayan qadın; 4- Üç dəfə təlaq verilən qadının üçüncü təlağı; 5- Xül’ və mübarat təlağı. Bunların şərhi sonradan gələcək. Başqa təlaqlar isə ric’i təlaq adlanır və qadın iddədə olduğu zaman kişi ona dönə bilər.
Dönməyin hökmləri
Məsələ 2157: Əgər kişi arvadına ric’i təlağı versə, onu iddə zamanı yaşadığı evdən çıxarda bilməz (bəzi xüsusi hallarda istisnadır). Həmçinin, qadının özünə də lazımsız işlərdən ötrü evdən çölə çıxması haramdır.
Məsələ 2158: Ric’i təlaqda kişi nikah siğəsi oxumadan arvadına dönə bilər. Dönmək iki qismdir: 1- Sözünün mə’nası o arvadı yenidən arvadlığa qəbul etmək olsun; 2- Həmin mə’nanı çatdıran bir iş görməlidir.
Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda “arvadıma döndüm” desə, düzgündür.
Məsələ 2160: Əgər kişi arvadından bir malıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.
Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.
Xül’ təlağı
Məsələ 2162: Əri ilə yaşamağa rəğbəti olmayan bir qadın onların ər-arvadlığı davam etdikdə günaha düşmək qorxusu olsa, ona təlaq vermək üçün öz mehriyyəsini və yaxud başqa malını ərinə bağışlaya bilər. Bu təlağa xül’ təlağı deyilir.
Məsələ 2163: Vacib ehtiyata əsasən, xül’ təlağqı siğəsi aşağıda qeyd edilən şəkildə olsun:
Əgər ər özü təlaq siğəsini oxumaq istəsə və qadının adı məsələn, Fatimə olsa, deməlidir:
زَوجَتِى فَاطِمَةُ خاَلَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طاَلِقُ
(Zəvcəti Fatimətu xalə’tuha əla mabəzələt hiyə taliq-
yə’ni, “arvadım Fatiməni verdiyi şeylər müqabilində xul’ təlağı verdim və o azaddır.”)
Əgər onun vəkili siğə oxumaq istəsə, vacib ehtiyata əsasən, bir nəfər qadın və bir nəfər də kişi tərəfindən vəkil olur, bu halda məsələn, ərin adı Məhəmməd, arvadın adı Fatimə olsa, qadının vəkili deyir:
عَن مُوَكِّلَتي فَاطِمَةَ بَذلتُ مَهرَهَا لِمُوَكِّلىِ کَ مُحَمَّدٍ لِيَخلَعَهَا عَلَيهِ
)Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəha limuvəkkilikə Muhəmmədin liyəxlə’əha ələyhi)
Ondan sonra kişinin vəkili dərhal deməlidir:
زَوجَةُ مُوَكِّلىِ خَالَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طَالِقُ
(Zəvcətu muvəkkili xalə’tuha əla ma bəzələt hiyə taliqun). (Əgər qadın mehriyyədən başqa şey ərinə bağışlasa, siğə oxuyan zaman onun adını çəkməlidir).
Mübarat təlağı
Məsələ 2164: Əgər ər-arvad bir-biri ilə yaşamaq istəməsə və qadın öz mehriyyəsini, yaxud başqa malı kişiyə təlaq verməsi üçün bağışlasa, belə təlaqa “mübarat təlağı” deyilir.
Məsələ 2165: Vacib ehtiyata əsasən, mübarat siğəsini aşağıda qeyd edilən qayda ilə oxumalıdırlar. Əgər ərin özü mübarat siğəsini oxumaq istəsə və arvadının adı məsələn, Fatimə olsa, deyir:
بَارَأتُ زَوجَتِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طَالِقُ
(Barə’tu zəvcəti Fatimətə əla ma bəzələt fəhiyə taliq)
(Yə’ni, arvadım Fatiməyə, mehriyyəsinin müqabilində mübarat verdim (bir-birimizdən ayrıldıq) və o azaddır.) (Əgər mehriyyədən başqa bir şey verirsə adını çəkməlidir) və əgər kişinin vəkili siğəni oxumaq istəsə deməlidir:
بَارَأتُ زَوجَةَ مُوَكِّلِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طاَلِقُ
(Barə’tu zəvcətə muvəkkili Fatimətə əla ma bəzələt fəhiyə taliq)
Əlbəttə, qabaqcadan qadın öz mehriyyəsini və yaxud ondan az olan bir şeyi mübarat təlağı müqabilində ərinə bağışlamalıdır.
Məsələ 2166: Vacib ehtiyata əsasən, xül’ və mübarat təlaqlarının siğələri ərəb dilində düzgün oxunmalıdır. Lakin, qadın malını bağışlamaq üçün ərinə “Mənə təlaq vermək üçün filan malı sənə bağışladım” desə, maneəsi yoxdur.
Məsələ 2167: Əgər qadın xul’, yaxud mübarat təlağı əsnasında öz bağışladığı şeyi vermək fikrindən dönsə, əri əqd oxumadan yenidən onu özünə arvad edə bilər.
Məsələ 2168: Mübarat təlağı üçün ərin aldığı mal mehriyyədən çox olmamalıdır. Hətta vacib ehtiyata əsasən, (mehriyyədən) az olmalıdır. Ancaq xul’ təlağında hər nə qədər olsa, eybi yoxdur.
Təlağın müxtəlif məsələləri
Məsələ 2169: Əgər bir kişi bir qadının öz arvadı olduğunu güman edib naməhrəm qadınla cinsi yaxınlıq etsə, onun əri olduğunu bilib-bilməməsindən asılı olmayaraq, həmin qadın iddə saxlamalıdır (təlaq iddəsi qədər). Əgər kişi o qadının öz arvadı olmamasını və qadınsa onu öz əri bilirsə, bu halda da vacib ehtiyata əsasən, iddə saxlamalıdır.
Məsələ 2170: Əgər bir kişi bir qadını öz ərindən təlaq alıb, onun arvadı olması üçün aldatsa, o qadına verilən təlaq və əqd düzgündür. Lakin, hər ikisi böyük günah iş görmüşdür.
Məsələ 2171: Əgər qadın nikah əsnasında ərin, məsələn, (uzunmüddətli) səfərə getdiyi, narkotik maddələrə qurşanıb narkoman olduğu, yaxud onun xərcini vermədiyi halda təlağın ixtiyarı onun əlində olmasını şərt etsə, bu şərt batildir. Lakin, o, əri tərəfindən vəkil olub, hər vaxt bu işləri yerinə yetirsə, özünə təlaq verməsini şərt etsə, bu vəkalət düzgündür və belə bir halda özünə təlaq vermək hüququ var.
Məsələ 2172: Ərindən heç bir xəbər olmayan qadın ərinin ölüb-ölməmədiyini bilmədiyi halda təlaq alıb ərə getmək istəsə, adil müctəhidin yanına getməli və şəriətdə qeyd edilən xüsusi hökmlərə uyğun əməl etməlidir.
Məsələ 2173: Dəlinin atası və yaxud atasının atası, onun arvadına məsləhət olduğu halda təlaq verə bilərlər. Azyaşlı uşağın vəlisi (hansı ki, onun üçün daimi arvad əqd etmişdir) vacib ehtiyata əsasən, ona təlaq verə bilməz. Amma onun üçün müvəqqəti arvad əqd ediblərsə məsləhət olduğu halda müddətin qalan hissəsini bağışlaya bilərlər.
Məsələ 2174: Əgər bir şəxs iki nəfəri adil bilib arvadına onların yanında təlaq versə və başqaları onları adil bilmirlərsə, vacib ehtiyata əsasən, o arvadı özünə və yaxud başqasına əqd etməməlidir. Lakin, onların ədalətli olmasında şəkk etsə, maneəsi yoxdur.
Dostları ilə paylaş: |