Məsələ2230: Bə’zi rəvayətlərə əsasən, heyvan kəsəndə bir neçə şey müstəhəbdir:
1-Qoyunun başını kəsən zaman əl-ayağını açıq saxlamalı, inəyin əl-ayağını bağlamalı, dəvəni öldürdükdə iki əlini aşağıdan və yaxud qoltuğunun altından bir-birinə bağlamalı, ayaqlarını isə açıq saxlamalı və toyuğun başını kəsdikdən sonra qol-qanad vurması üçün azad buraxmalıdırlar;
2-Heyvanı öldürən şəxs üzü qibləyə tərəf olsun;
3-Heyvanı kəsməzdən öncə qabağına su qoymalıdırlar;
4-Heyvanın əziyyət çəkməməsinə çalışmalıdırlar, məsələn, sür’ətlə başını kəsməlidirlər.
Məsələ2231: Müstəhəb ehtiyata əsasən, ruhu çıxmazdan öncə başını bədənindən ayırmasınlar. Bu baxımdan, heyvanları kəsmək üçün başını tamamilə ayıran cihaz hazırlasalar, haram olmur, baxmayaraq ki, başı tamamilə ayırmasa, yaxşıdır. Hər bir halda, cihazla kəsildikdə bütün şərtlərə riayət edilməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, heyvanın onurğa sümüyündə olan haram (onurğa) beynini can verməzdən öncə kəsməsinlər və heyvanın dərisini ayrımasınlar.
Məsələ2232: Bə’zi rəvayətlərə əsasən, heyvanın başını kəsməkdə bir neçə şey məkruhdur:
1-Bıçağı heyvanın hülqumunun arxasına basıb qabağa tərəf gətirirlər ki, hülqum arxadan kəsilsin;
2-Heyvanı başqa heyvan gördüyü yerdə kəsmək;
3-Gecə vaxtı və yaxud cümə zöhründən qabaq heyvanın başını kəsmək, lakin ehtiyac duyulduğu halda eybi yoxdur;
4-İnsanın öz əli ilə bəslədiyi heyvanı kəsməsi.
Məsələ2233: Günümüzdə heyvanların başını kəsməyin asan olması, hissiz olub, rahatcasına və yaxud cihaz vasitəsi ilə başlarını kəsmək üçün bə’zən onlara şok verirlər. Bu iş, şokdan sonra heyvan diri qalacağı halda iradsızdır.
Silahla heyvanın şikar edilməsinin şərtləri
Məsələ2234: Əgər əti halal olan çöl heyvanını silah ilə ovlasalar 5 şərt ilə halal olur:
1-Qılınc, bıçaq, xəncər kimi kəsici silahlar və yaxud güllələrinin iti olub-olmamasından asılı olmayaraq, tüfəng və s. olmalıdır; heyvanın bədənini parçalamalı və ordan qan axmalıdır. Əgər heyvanı tora salmaqla, çubuq, daş və s. kimi şeylərlə şikar etsələr haramdır. Amma ona diri halında çatdıqdan sonra tutub başını şəriət qaydalarına əsasən kəssələr, haram olmaz.
2-Vacib ehtiyata əsasən, şikarçı müsəlman, yaxud yaxşı-pisi başa düşən müsəlman uşağı olmalıdır.
3-Silahı heyvanı şikar etmək üçün işlətsin. Amma məsələn, başqa yeri nişan aldıqdan sonra təsadüfən heyvana dəyib öldürsə, o heyvanın ətini yemək haramdır.
4-Silahı işə salanda Allahın adını desin. Amma unutsa, eybi yoxdur.
5-Heyvana çatanda ölmüş olsa, yaxud diri olsa da başını kəsmək qədər vaxt olmasa. Əgər baş kəsmək qədər vaxt olsa və heyvanın başını kəsməkdə səhlənkarlıq etdiyindən ölsə, haramdır.
Şikarın hökmləri
Məsələ2235: Əgər iki nəfər bir heyvanı şikar etsələr, biri müsəlman, digəri kafir olsa və yaxud biri Allahın adını desə, digəri bilərəkdən deməsə, vacib ehtiyata əsasən, o heyvan haramdır.
Məsələ2236: Əgər bir heyvanı güllə ilə vurduqdan sonra suya düşsə və onun güllə və suya düşmək vasitəsi ilə öldüyünü bilsə, halal deyil. Habelə, əgər yalnız güllə (ölüb-ölməmədiyində) şəkk etsə halal deyil.
Məsələ2237: Əgər qəsb edilmiş silah və yaxud itlə bir heyvanı ovlasa, şikar halaldır və onun malı hesab edilir. Lakin günah etmişdir, silah və yaxud itin icarə pulunu sahibinə verməlidir.
Məsələ2238: Şikar etmək düzgün olan silah və yaxud qılıncla, əvvəldə deyilən şərtlərə uyğun, bir heyvanı iki parça edib, baş-boyun bir tərəfdə qalsa, əgər heyvan öləndən sonra çatsa və həmçinin diri olub, lakin başını kəsməyə vaxt az olsa, hər iki tərəf halaldır. Amma başı kəsməyə vaxt varsa, baş olmayan tərəf haramdır və baş olan tərəf şəriət hökmlərinə əsasən kəsilsə halaldır.
Məsələ2239: Əgər şikar etmək düzgün olmayan üsulla, məsələn, tora salma, çubuq, daş və s. vasitə ilə bir heyvanı iki parça etsə, baş-boyun olmayan tərəf hər bir halda haramdır. Amma baş-boyun olan tərəf əgər diri olsa və onun başını şəriət göstərişlərinə uğun kəssələr halaldır.
Məsələ2240: Bir heyvanın başını kəssələr və yaxud şikar edib qarnından diri bala çıxartsalar, əgər o balanın şəriət qaydalarına əsasən başını kəssələr halal, əks təqdirdə isə haramdır. Amma bala anasını şikar etmək və yaxud başını kəsməklə ölsə, onun qarnında ölsə halaldır, bir şərtlə ki, bala kamil şəkildə formalaşmış olmalı, bədənində tük, yun çıxmalıdır.
Ov itləri ilə şikar etməyin şərtləri
Məsələ2241: Əgər ov iti ilə əti halal olan çöl heyvanını ovlasalar, bu heyvan 5 şərtlə halal olar:
1-İt elə əhilləşdirilməlidir ki, ov dalınca göndəriləndə getsin, göndərilməyəndə getməsin. İtin ov etmək üçün əhilləşdirilməsi kifayət edir və hətta gözü şikara düşdükdə özü hərəkət edib, ova tərəf getsin. Lakin vacib ehtiyata əsasən, sahibi çatmazdan öncə ovu yeməyə adət edibsə, onun ovundan pəhriz edilməlidir. Amma bə’zən ovu və yaxud yalnız qanını yeyirsə eybi yoxdur.
2-İti göndərən şəxs vacib ehtiyata əsasən, müsəlman və yaxud yaxşı-pisi ayıra bilən müsəlman uşağı olmalıdır. Peyğəmbərin (s) Əhli-beytinə (ə) düşmənçilik edən şəxs müsəlman deyil və onun ovu iradlıdır.
3-İti göndərən və yaxud hərəkət edən zaman Allahın adını çəkməlidir, lakin unutqanlıq üzündən deməsə eybi yoxdur. İti göndərməzdən öncə Allahın adını çəkmək lazım deyil, əksinə it ova çatmazdan öncə Allahın adını desə halaldır.
4-Şikar itin dişindən aldığı yara nəticəsində ölsün. Bu baxımdan, əgər it ovunu boğsa, çox qaçmaqdan və yaxud qorxudan ölsə halal deyil.
5-İti göndərən şəxs şikar öləndən sonra çatsa və yaxud diri olsa, lakin başını kəsməyə vaxt olmasa, əgər baş kəsmək qədər vaxt olan bir zamanda çatsa, məsələn, gözünü tərpədir, ayağını yerə döyürsə, heyvanın başını şəriət göstərişlərinə əsasən kəsməlidirlər, əks təqdirdə haramdır.