Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə80/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

Üçüncü qrupun irsi


Məsələ 2379: Üçüncü qrupa əmi, bibi, dayı, xala və onların övladları aiddir. Birinci və ikinci qrupdan bir şəxs olmadıqda irs üçüncü qrupa çatır.

Məsələ 2380: Əgər varis təkcə bir əmi və ya bir bibi olarsa, ata-anadanbir, atadanbir və anadanbir olmalarından asılı olmayaraq, bütün mal ona çatır. Əgər bir neçə əmi və bir neçə bibi olarsa, hamısı ata-anadan və ya atadanbir olduqda mal onlar arasında bərabər bölünür. Amma əgər əmi və bibi hər ikisi varsa (hər biri ata-anadan və ya atadanbirsə) əmi iki pay, bibi bir pay götürür.

Məsələ 2381: Əgər varis anadanbir bir neçə əmi və ya bir neçə bibi olarsa, mal onlar arasında bərabər bölünür. Amma əgər təkcə bir neçə anadanbir əmi və bibi olarsa, vacib ehtiyata əsasən, mal bölgüsündə razılaşmalıdırlar.

Məsələ 2382: Əgər varis əmi və bibi olsa, bə’zisi atadanbir, bə’zisi anadanbir, bə’zisi ata-anadanbir olduqda, atadanbir əmi və bibi irs götürmür. Əgər meyitin təkcə anadanbir bir əmi və ya bir bibisi varsa, mal altı hissəyə bölünür, bir pay anadanbir əmi və ya bibiyə, qalan hissə ata-anadanbir əmi və bibiyə verilir. (Əmi iki pay, bibi bir pay götürür.) Əgər meyitin anadanbir bir neçə əmi və bibisi varsa (anadanbir iki əmi və ya iki bibi, bir əmi və bir bibi) mal üç hissəyə bölünür, iki hissə ata-anadanbir əmi və bibiyə verilir (əmi bibiyə münasibətdə iki pay götürür), bir hissə anadanbir əmi və bibiyə çatır. Vacib ehtiyat budur ki, onlar pay bölgüsündə razılaşsınlar.

Məsələ 2383: Əgər varis təkcə bir dayı və ya bir xala olarsa, bütün mal ona çatır. Əgər həm dayı, həm də xala olarsa (istər ata-anadanbir, istər atadanbir, istər anadanbir olsun) mal onlar arasında bərabər bölünür. Müstəhəb ehtiyat budur ki, bir-birləri ilə razılaşsınlar.

Məsələ 2384: Əgər varis təkcə anadanbir dayı və ya xala, ata-anadanbir dayı və xala, atadanbir dayı və xalasa, atadanbir dayı və xala irs götürmür. Mal altı hissəyə bölünür, bir pay anadanbir dayı və xalaya verilir, qalan hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar bu payı öz aralarında bərabər bölürlər.

Məsələ 2385: Əgər varis təkcə atadanbir dayı və xala, anadanbir dayı və xala, ata-anadanbir dayı və xalasa, atadanbir dayı və xalaya irs düşmür. Mal üç hissəyə bölünür, bir hissə anadanbir dayı və xalaya bərabər şəkildə bölünür, qalan hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar da bu payı öz aralarında bərabər bölürlər.

Məsələ 2386: Əgər varis bir dayı və ya xala, bir əmi və ya bibi olsa, mal üç hissəyə bölünür, bir hissə dayı və xalaya çatır, iki hissə əmi və ya bibiyə verilir.

Məsələ 2387: Əgər varis bir dayı və ya bir xala, əmi və bibi olsa, əmi və bibi ata-anadan və ya atadanbir olduqda, mal üç hissəyə bölünür, bir hissə dayı və ya xalaya verilir, qalan iki hissədən iki pay əmiyə, bir pay bibiyə çatır. Əgər malı doqquz paya bölsələr, üç pay dayı və ya xalaya, dörd pay əmiyə, iki pay bibiyə düşər.

Məsələ 2388: Əgər varis anadanbir bir dayı və ya bir xala, bir əmi və ya bir bibi, ata-anadan və ya atadanbir əmi və bibi olarsa, mal üç hissəyə bölünür, bir hissə dayı və ya xalaya verilir, qalan iki hissənin altıda biri anadanbir əmi və ya bibiyə, altıda beşi ata-anadan və ya atadanbir əmi və bibiyə verilir. Əmi bibi ilə müqayisədə iki pay götürür.

Məsələ 2389: Əgər varis bir dayı, ya bir xala, anadanbir əmi və bibi, ata-anadan və ya atadanbir əmi və bibi olsa, mal üç hissəyə bölünür, bir pay dayı və ya xalaya çatır, qalan iki hissə üç paya bölünür. Bir pay anadanbir əmi və bibiyə çatır (vacib ehtiyata əsasən, öz aralarında razılıqla bölürlər), iki pay ata-anadan və ya atadanbir əmi və bibi arasında bölünür. Əmi iki pay, bibi bir pay götürür.

Məsələ 2390: Əgər varis bir neçə dayı və ya bir neçə xala olsa, hamısı ata-anadan, ya atadan, ya anadanbirdirlərsə, meyitin əmi və bibisi olduqda, mal üç hissəyə bölünür. İki pay yuxarıda göstərildiyi qaydada əmi və bibi arasında bölünür. Bir pay dayılar və xalalar arasında bərabər bölünür.

Məsələ 2391: Əgər varis anadanbir dayı və ya xala, atadanbir və ya atadanbir bir neçə dayı və xala, əmi və bibi olsa, mal üç hissəyə bölünər, onun iki hissəsi yuxarıda göstərilən qaydada əmi və bibi arasında bölünür, qalan bir hissə anadanbir dayı və ya xala olduqda altı hissəyə bölünür, onun bir hissəsi anadanbir dayı və ya xalaya verilir, qalan hissəsi ata-anadan və ya atadanbir dayı və xalaya çatır. Onlar bunu öz aralarında bərabər bölürlər. Əgər anadanbir bir neçə dayı və ya bir neçə xala varsa, ya da həm anadanbir dayı, həm də anadanbir xala varsa, qalan bir hissə üç paya bölünür. Bir pay anadanbir dayılar və xalalar arasında bərabər bölünür, qalan hissə ata-anadan və ya atadanbir dayı və xalalara verilir. Onlar bunu öz aralarında bərabər bölürlər.

Məsələ 2392: Əgər meyitin əmi və bibisi, dayı və xalası olmasa, əmi və bibinin payı onların övladlarına, dayı və xalanın payı onların övladlarına çatır.

Məsələ 2393: Əgər meyitin varisi əmi və bibi, atanın dayı və xalası, ya əmi və bibi, ananın dayı və xalası olsa, mal üç hissəyə bölünür, bir pay əmi və bibiyə, meyitin anasının dayı və xalasına çatır. (Onlar vacib ehtiyata əsasən bölgüdə razılaşırlar.) Qalan iki hissə üç paya bölünür. Bir pay atanın dayı və xalasına verilir və onlar bunu öz aralarında bərabər bölürlər. Qalan iki pay atanın əmi və bibisinə çatır. (Əmi bibi ilə müqayisədə iki pay götürür.)

Məsələ 2394: Əmi və bibinin, dayı və xalanın irsini (əgər ata-anadanbir olarlarsa) belə bölmək olar: bir əmi və ya bir bibiyə bütün mal çatır. Əgər varis bir neçə əmi və ya bir neçə bibisə, onlar arasında bərabər bölünür. Əgər həm əmi, həm bibi varsa, əmi iki pay, bibi bir pay götürür. Bir dayı və ya bir xala olduqda bütün mal ona çatır. Əgər bir neçə dayı və ya bir neçə xala varsa, ya da həm dayı, həm də xala varsa, mal bərabər şəkildə bölünür. Əgər əmi və bibi, dayı və xala olsa, əmi və bibi iki pay götürür, dayı və xalaya bir pay çatır. Əmi iki pay götürür, bibi bir pay. Dayı və xalanın payı isə bərabər bölünür.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin