MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə11/30
tarix22.10.2017
ölçüsü1,6 Mb.
#9325
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

İKİNCİ FƏSİL

XƏLİFƏLƏRİN HÖKUMƏTİ VƏ ƏMİRƏL-MÖMİNİN ƏLİ (Ə)-IN MƏNTİQİ


"Nəhcül-bəlağə"yə şərh yazan sünnü tədqiqatçıları və alimləri Imam (ə)-ın xilafətə hamıdan artıq ləyaqəti olması barədə sözlərini növbə ilə araşdırmış, onların məcmusundan belə nəticəyə gəlmişlər ki: "bu sözlərdə Imam (ə)-ın məqsədi Peyğəmbər (s) tərəfindən onun xilafətinə dair olan hədisləri nəzərə almadan və onlara əsaslanmadan özünün xilafətə, hamıdan artıq ləyaqəti olmasını isbat etmək olmuşdur. Başqa sözlə, Əli (ə)-ın qohumluq nəzərindən Peyğəmbər (s)-ə ən yaxın adam, elm və bilikdə hamıdan yüksəkdə olduğuna, həmçinin, ədalətə riayət etməkdə, siyasi məlumat və dövləti idarə etməkdə Peyğəmbər (s)-in səhabələrinin ən layiqlisi sayıldığına görə, qayda üzrə ümmət onu xilafətə seçməli idi. Lakin ümmət başçıları ondan qeyrisini seçdikləri üçün bu zülmdən şikayətlənərək deyirdi: "Mən xilafətə və vilayətə (rəhbərliyə) başqalarından daha layiqəm!"

Imam (ə)-ın özünün dediyi kimi Peyğəmbər (s)-in vəfatından sonra ondan alınan haqq şəri bir haqq deyildi ki, şəriət sahibi tərəfindən verilmiş olsun və başqalarının ondan qabağa çəkilməsi şəriət qanunları ilə bir növ müxalifət sayılsın. Əksinə, məqsəd təbii bir haqdır və hər bir insana vacibdir ki, layiqli bir adam olduğu halda, başqasını seçməsin və cəmiyyətin idarə olunmasını ən bilikli, ən bacarıqlı və ən bəsirətli şəxsə tapşırsın. Lakin əgər bir neçə nəfər bəzi səbəblərə görə bu qanuna əməl etməyib işi elm, qüdrət, ruhi və cismi şərait cəhətindən lap aşağı mərtəbədə olan bir şəxsə tapşırsalar, layiqli olan şəxs gileylənib deməlidir: "Allaha and olsun, Allah Peyğəmbər (s)-in ruhunu qəbz edən gündən bu günə qədər mən öz haqqımdan məhrum olmuşdum."

Imam (ə) bu sözü Təlhə və Zübeyr onunla müxalifətə qalxıb Bəsrəni özlərinə qərargah seçəndə demişdi."

Cavab: Bu mətləb gümandan başqa bir şey deyil. Imam (ə)-ın sözlərinin məcmusunu heç vaxt "zatən ləyaqətli olmaq" kimi qiymətləndirmək olmaz və belə bir ləyaqət o həzrətin xəlifələrə ciddi həmlələri üçün bir sənəd sayıla bilməz. Çünki: əvvəla, Imam (ə) öz sözlərinin bəzisində Peyğəmbər (s)-in vəsiyyətini əsas götürmüşdü. O cümlədən, nübüvvət ailəsini təqdim edəndə belə buyurur: "Peyğəmbər ailəsi (Əhli-beyti) onun sirrini saxlayanlar, fərmanlarının pənahgahı, hikmətlərinin və elmlərinin xəzinəsi, kitabının və dininin sütunlarıdır. Ümmətdən olan heç kəs onlarla müqayisə oluna bilməz. Onlar dinin əsasları, iman və yəqinin sütunlarıdır. Haqq yolundan uzaq düşənlər onlara sarı qayıdar, geridə qalanlar (gəlib) onlara qoşular. Imamətin xüsusiyyətləri (elm, təlim və s. imamət nişanələri) onların yanındadır və Peyğəmbərin vəsiyyəti onların barəsindədir, onlar Peyğəmbərin varisləridir."

"Peyğəmbərin vəsiyyəti onların barəsindədir" deməkdə Imam (ə)-ın məqsədi nədir? Bu cümlədəki "vilayət" kəlməsindən məlum olur ki, vəsiyyətdən məqsəd məhz onların vilayətə (rəhbərliyə) və xilafətinə edilən vəsiyyətidir. Bu da, həm "Qədir" günündə, həm də başqa vaxtlarda ətraflı şəkildə bəyan olunmuşdur. Ikincisi, başqa şəraitlər (məsələn: seçki yolu) yaranmayınca, ləyaqətli olmaq heç vaxt bir haqq yaratmır. Halbuki Imam (ə) sözlərində özünün aşkar haqqına istinad edir və açıqlayıb deyir ki, Peyğəmbər (s)-dən sonra onun haqqı tapdalanmışdır. Başqa sözlə, əgər islama rəhbərlik məsələsi məşvərət, müzakirə, yaxud ümumi rəy əsasında həll olunacaqdısa, bu halda bir şəxs belə bir vəzifəyə seçilməyincə (hətta əgər başqalarına nisbətən hər bir cəhətdən fəzilətli və üstün olsa belə) özünü haqq sahibi saya, nəticədə, camaat ondan üz döndərdiyi təqdirdə bunu bir növ zülm və əzab adlandırıb onun yerinə seçilən şəxsə qarşı etiraz edə bilməz. Halbuki Imam (ə)-ın öz xütbələrindəki bəyan tərzi bunların tam əksinədir. O, özünü xilafətin qanuni sahibi bilir və ondan üz döndərilməsini özünə qarşı bir növ zülm və əzab sayır, Qüreyş qəbiləsini onun hüququnu pozanlar kimi təqdim edir. Belə ki, buyurur: "Pərvərdigara, Qüreyşin və onlara kömək edənlərin qarşısında dayanmaqda mənə kömək et! Çünki onlar mənimlə olan əlaqələrini kəsdilər, mənim böyük məqamımı kiçik saydılar, qanuni haqqım olan xilafət barəsində mənimlə mübarizə etmək üçün müttəfiq oldular."

Məgər belə qəti həmlələri sadəcə "ləyaqətli olmaq"la izah etmək olarmı?! Əgər xilafət məsələsi ümumi rəy əsasında və səhabənin böyüklərinin nəzəri ilə həll olunmalı idisə, onda Imam (ə) "Onlar mənim aşkar haqqım barəsində mənimlə mübarizəyə qalxdılar" sözünü nə əsasla deyir?!

Siffeyndə Əli (ə)-la Müaviyə arasında müharibə odu şölələnəndə bir nəfər həzrət Əmirəl-möminin Əli (ə)-ın yanına gəlib dedi:–Siz xilafətə başqalarından daha ləyaqətli olduğunuz halda, Qüreyş sizi bu məqamdan necə məhrum etdi?

Imam (ə) onun yersiz sualından narahat oldu, lakin ona mülayim cavab verdi (vəziyyət də elə bunu tələb edirdi) və buyurdu: "Bəziləri ona paxıllıq etdilər, bəziləri də ona göz yumdular. Allah bizimlə onların arasında hakimdir, hamı Ona tərəf qayıdacaqdır."

Səqifə hadisəsindən sonra bir gün Əbu Übeydə ibni Cərrah Imam (ə)-a dedi:–Ey Əbu Talibin oğlu, xilafətə necə də məhəbbətin var və necə də ona hərissən!!

Imam (ə) cavabda buyurdu:–Allaha and olsun, siz xilafətə məndən də çox hərissiniz, halbuki, şərait və mövqe cəhətindən ondan (xilafətdən) çox uzaqsınız, mən isə ona daha çox yaxınam. Mən öz haqqımı tələb edirəm, siz isə mənimlə öz haqqım arasında bir maneəsiniz və məni ondan məhrum edirsiniz.

Xəlifələrin xilafətinin bu cür tənqid edilməsinin heç vaxt "zati layaqət" yolu ilə izah etmək düzgün olmaz. Bu ifadələrin hamısı göstərir ki, Imam (ə) xilafəti özünün qanuni haqqı bilirdi və ondan hər növ uzaq düşməyi haqdan ayrılmaq hesab edirdi. Belə bir haqq Allah tərəfindən təyin olunma yolundan başqa yolla bir kəs üçün isbat oluna bilməz. Həmçinin, bu cür ifadələri səlahiyyətli və üstün olmaq yolu ilə də heç vaxt izah etmək olmaz. Imam (ə)-ın sözlərini bu yolla təfsir edənlər öz düzgün olmayan əqidələrinə bir əsas seçmişlər. Əlbəttə, Imam (ə) bəzi vaxtlar özünün ləyaqətli və səlahiyyətli olmasına arxalanmış, bu barədə nəssi (ilahi göstərişi) nəzərə almamışdır. O cümlədən bir yerdə buyurur: "Peyğəmbər (s) canını, başı mənim sinəmdə olan halda tapşırdı. Mən ona qüsl verəndə mələklər mənə kömək edirdi. Evin ətrafından nalə ucaldı. Mələklər dəstə-dəstə enir, namaz qılıb göyə gedirdilər. Mən onların səsini eşidirdim. Bəs kim Peyğəmbərin həyatında və öləndən sonra onun canişini olmağa ləyaqətli idi?"

"Şiqşiqiyyə" xütbəsində (Imam (ə)-ın məşhur xütbələrindəndir) Həzrət öz ləyaqət və səlahiyyətini camaatın nəzərinə çatdırıb deyir: "Allaha and olsun, Əbu Quhafənin oğlu xilafəti köynək kimi bədəninə keçirdi, halbuki, xilafət dəyirmanının mənim vücudumun mehvərinə fırlanmasını bilirdi. Mənim dağa bənzər vücudumdan elm seli axır. Heç kəsin fikri mənim dərk və fikir zirvəmə çatmaz."

Bəzi vaxtlarda da əsil nəsəbə və qohumluğa istinad edərək, deyir: "Bizim əsil-nəsəbimiz üstündür və Rəsuli-Əkrəmlə yaxın qohumluğumuz var."

Əlbəttə, Imam (ə) Səqifədəkilərin məntiqi ilə qarşılaşması üçün özünün Peyğəmbər (s)-lə olan qohumluğuna istinad edirdi. Belə ki, onlar Peyğəmbər (s)-lə olan qohumluqları özlərinin xilafətə seçilmələrinə bir əsas hesab edirdilər. Buna görə də, Imam (ə) onların məntiqindən agah olduqda onları tənqid edərək buyurdu: "Ihtəccu bişşəcərəti və əzaus-səmərətə" Ağacla dəlil gətirdilər, amma onun meyvəsini tələf etdilər.


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin