MüQƏddimə


HAKİMLƏR ƏDALƏT ƏSASİNDA TƏYİN EDİLİR



Yüklə 1,6 Mb.
səhifə28/30
tarix22.10.2017
ölçüsü1,6 Mb.
#9325
1   ...   22   23   24   25   26   27   28   29   30

HAKİMLƏR ƏDALƏT ƏSASİNDA TƏYİN EDİLİR


Imam (ə)-ın döyüşə getməyən Kufəlilərlə mülayim rəftar etməsi bəzi ifratçıların xoşuna gəlmədi, Imam (ə)-ın keşikçi dəstələrinin rəisi Malik ibni Həbib Yərbui ayağa qalxıb etirazla dedi:–Məncə belə cüzi cəza tədbiri onlar üçün çox azdır! Allaha and olsun, əgər mənə əmr etsən, onları öldürərəm!

Imam (ə) "sübhanəllah" - söyləməklə ona xəbərdarlıq edib buyurdu: Həbib, həddini aşdın!

Həbib yenə ayağa qalxıb dedi:–Xoşagəlməz hadisələrin qarşısını almaq üçün həddi aşıb kobud rəftar etmək düşmənlə mülayim davranmaqdan daha təsirlidir!

Imam (ə) özünün hikmətli məntiqi ilə onu hidayət etməyə başladı və buyurdu: Allah belə bir göstəriş verməmişdir. Daha zülm və təcavüz nəyə lazımdır?! Allah-təala buyurur: "Hər kəs günahsız (məzlum) olaraq öldürülsə, onun qəyyumuna intiqam almaq üçün qanuni bir qüdrət bağışlayarıq, amma o, qisas alarkən israf etməməlidir (ifrata varmamalıdır). Həqiqətən öldürülənin qəyyumuna Allah tərəfindən kömək olunur." Qatilin yerinə başqasından intiqam alınıb öldürülməsi qətldə israf hesab olunur.


AÇİQ SİYASİ FƏZA


Kufə qanun pozanları keşikçilərin rəisi ilə müzakirədə Imam (ə)-ın ədalətinin şahidi oldular və siyasi fəzanın tam açıq-aydın olduğunu gördülər. Buna görə də özlərinin əks mövqedə dayanmalarının səbəbini açıqladılar. O cümlədən:

1. Əbu Bərdət ibni Ovf adlı bir nəfər ayağa durub Cəməldə öldürülənlər barəsində bir sual soruşmaqla Imam (ə)-ın qoşununa qoşulmamasının səbəbini aydınlaşdırdı. O, Imam (ə)-dan soruşdu: Zübeyr və Təlhənin cəsədininin yanında öldürülənləri gördünmü? Onlar nə üçün öldürüldülər?

Imam (ə) onun səbəbini aydınlaşdırmaqla soruşanın etimadını qazandı və dedi:–Onlar mənim hökumətimə tabe olanları və dövlət işçilərini qılıncdan keçirdilər, Rəbiə Əbdi kimi şəxsiyyəti bir dəstə müsəlmanla birlikdə öldürdülər. Çünki öldürülənlər kimi əhd-peymanı pozmayacaqlarını və öz imamlarına qarşı məkr və hiylə işlətməyəcəklərini demişdilər. Mən də nakisinlərə dedim ki, dövlət işçilərinin qatillərini təhvil versinlər, onlardan qisas alınsın. Bu vaxt Allahın Kitabı mənimlə onların arasında hökm etsin. Onlar qatilləri təhvil verməkdən imtina edərək mənimlə müharibəyə başladılar, halbuki (əvvəldə) mənə beyət etmişdilər. Onlar mənim min nəfərə yaxın silahdaşımın qanını axıtmışdılar. Mən də qatillərdən qisas almaq və nakisinlərin qiyamını yatırtmaq üçün döyüşüb, qiyamı yatırtdım. Bu məsələ barəsində yenəmi şəkk-şübhən var?

Cavab verdi: Mən sənin haqlı olub-olmamağına şəkk edirdim, lakin bu açıqlamadan sonra onların məkrli tədbirləri və hiylələri mənə aydın oldu. Indi başa düşdüm ki, sən hidayət olunmuş və həqiqətgörənsən.1

Bundan da azad və açıq siyasi fəza ola bilərdimi ki, cihaddan boyun qaçıran şəxslər öz qanunsuz işlərinin səbəbini (hakim dövlətin haqq olub-olmamasında şəkk etməyi) Imam (ə)-ın dostlarından və yüksək vəzifəli dövlət işçilərindən ibarət olan bir cəmiyyətin içərisində deyib cavabını da alsın?! Sual soruşan şəxs Əli tərəfdarı olmazdan əvvəl Osmanın tərəfdarı idi, sonralar isə Əli (ə)-ın tərəfində müharibədə iştirak etdi. Bunlara baxmayaraq batində Müaviyə ilə sirdaş idi. Buna görə də Əli (ə) şəhid olduqdan sonra Müaviyəyə etdiyi xidmətlərin əvəzində Fülucət adlı yerdə geniş bir ərazini ona verdilər.2

2. Süleyman ibni Sürəd Xəzai. O, Peyğəmbər (s) səhabələrindən biri idi, amma "Cəməl" müharibəsində Imam (ə)-ı himayə etməmiş və cihaddan boyun qaçırmışdı. O, Imam (ə)-ın yanına gəldi. Əli (ə) onunla görüşüb dedi:–Mənim tutduğum yolun haqq olduğuna şəkk etdin və mənim qoşunuma qoşulmaqdan çəkindin. Halbuki mən səni ən doğruçu və mənə kömək etməkdə ən qabaqcıl bir şəxs hesab edirdim. Sən hansı səbəbə görə Peyğəmbərin Əhli-Beytinə kömək etmədin və onlara yardım etmək üçün rəğbət göstərmədin?

Süleyman xəcalətli halda üzrxahlıq edib dedi:–Ötən günləri yada salma (və keçmişdən söz açma) və məni məzəmmət etmə. Mehr-məhəbbət və dostluğumuzu saxla, sənə sədaqətlə kömək edəcəyəm. Hələlik iş sona çatmayıbdır. Daha mühüm işlər var ki, onda yenə də dost-düşməni tanıyacaqsan.

Imam (ə) Süleymanın təvəqqesinin əksinə olaraq onun üzrxahlığı qarşısında sükut edib bir söz demədi. Süleyman bir az oturduqdan sonra ayağa durdu, həzrət Müctəba (ə)-ın yanına gəlib dedi:–Imamın məzəmmət və danlağından təəccüb etmirsənmi?!

Imam (ə)-ın oğlu mehribanlıqla dedi:–O adamı çox məzəmmət edərlər ki, onun dostluğuna və köməyinə ümid bağlasınlar.

Bu vaxt o səhabə Imam (ə)-ın əleyhinə baş verəcək digər qiyamlardan xəbər verdi və dedi ki, o günlərdə Süleyman kimi pak və sədaqətli şəxslərə həmişəkindən artıq ehtiyac var. Sonra belə dedi:–Bəzi hadisələr qarşıdadır. Düşmən nizələri bir yerə yığışar, qılınclar qınından çıxar. O zaman mənim kimilərə daha çox ehtiyac vardır. Mənim razı olmağımı yalan və xəyanət kimi təsəvvür etməyin, məni bu xeyirxah işdə müttəhim etməyin.

Həzrət Müctəba (ə) buyurdu: Allah sənə rəhmət eləsin! Biz heç vaxt səni müttəhim etmirik.1

Süleyman ibni Sürəd o vaxtdan etibarən bir an belə, Peyğəmbər (s) Əhli-Beytini müdafiə etməkdən usanmadı. O, Siffeyn müharibəsində Əli (ə)-ın tərəfində iştirak etdi və döyüş meydanında Hovşəb kimi adlı-sanlı pəhləvanı həlak etdi. Müaviyənin ölümündən sonra Imam Hüseyn (ə)-a məktub yazıb onu Iraqa dəvət etdi. Hərçənd Kərbəlada o həzrətə kömək etmədi, lakin əvəzində "Təvvabin" (tövbə edənlər) adı altında dörd min nəfərlik böyük bir dəstə ilə Hüseyn (ə)-ın intiqamını almaq üçün qiyam etdi və 65-ci hicri ilində "Eynü Əbu-Vərdə" adlı bir məntəqədə Şamdan göndərilən böyük bir qoşunla vuruşub nəhayət, şəhidlik məqamına çatdı.2

3. Məhəmməd ibni Müxnəf deyir: "Imam (ə) Kufəyə gələndə atamla birlikdə onun yanına getdik. O həzrətin hüzurunda nakisinlərlə cihad etməkdən boyun qaçıran Iraqın hörmətli adamları və qəbilə başçıları var idi. Imam (ə) onları danlayıb deyirdi: "Siz ki, öz qəbilələrinizin başçılarısınız, bəs nə üçün geri çəkildiniz? Əgər saymamazlıq üzündən olmuşdursa, onda hamınız ziyankarsınız. Yox, əgər mənim və silahdaşlarımın haqq olmasında şübhəniz vardısa, hamınız mənim düşmənimsiniz."

Onların hamısı bir ağızdan dedilər ki, biz sənin dostunla dost, düşməninlə düşmənik. Bu vaxt onların hərəsi bir bəhanə gətirdi, bəzisi xəstə, bəzisi isə səfərdə olduğuna görə üzrxahlıq etdi. Imam (ə) onların bəhanələri qarşısında sükut etdi, lakin atamın və bizim qəbilənin etdiyi xidmətləri təqdirəlayiq bilib dedi:–"Müxnəf ibni Səlim və onun qəbiləsi Quranın bu ayədə vəsf etdiyi adamlar kimi deyildirlər: "Sizin aranızda bəzi şəxslər (münafiqlər) vardır ki, başqalarını süstlüyə vadar edirlər. Əgər sizə bir müsibət üz versə, deyərlər: Allah bizə bir nemət verdi ki, mücahidlərlə birlikdə olmadıq ki, giriftarçılıqlara şahid olaq və əgər sizə nemət yetişsə, sizinlə onların arasında dostluq əlaqələri olmamışdır kimi, deyərlər: "Kaş onlarla birlikdə olaydıq ki, böyük qələbələrə nail olaydıq!"

Nəhayət, Imam (ə) sorğu-sual aparıb onların üzrxahlığını qəbul etməklə, yaxud onların qarşısında sükut etməklə bildirdi ki, bu dəfə əfv olundular və üzrləri qəbul olundu, amma gələcəkdə bu kimi işlər təkrar olunmasın. Əgər Imam (ə) onları bu qədər məzəmmət edib danlamasaydı, gələcəkdə də bu cür əks mövqedə dayanacaqları ehtimal olunurdu.1



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin