MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə4/30
tarix22.10.2017
ölçüsü1,6 Mb.
#9325
1   2   3   4   5   6   7   8   9   ...   30

ÜÇÜNCÜ HİSSƏ

İMAM ƏLİ (Ə)-IN HİCRƏTDƏN SONRA VƏ PEYĞƏMBƏRİN VƏFATİNDAN ƏVVƏLKİ DÖVRDƏ HƏYATİ

BİRİNCİ FƏSİL

BU DÖVRÜN XÜLASƏSİ


Imam Əli (ə)-ın Məkkədən Mədinəyə hicrət etməsindən sonrakı dövr (Peyğəmbərin hicrətindən sonra) onun həyatının üçüncü hissəsini təşkil edir. Kitabın bu fəslindəki bütün mətləblər Əli (ə)-ın həyat kitabında qızılla yazılmış bir sıra sətirlərdən, çox böyük və nəzərə çarpan hadisələrdən ibarətdir. Imamın həyatının bu dövrdəki mühüm və həssas hadisələri iki bölmədən təşkil olunub:

Döyüş meydanlarİnda fədaKarlİq


Peyğəmbər (s) Mədinədə yaşadığı dövr ərzində müşriklər, yəhudilər və daxili qiyamçılarla iyirmi yeddi dəfə "qəzvə" (döyüş) aparmışdır. Müsəlman siyrə yazanların diliycə, islam ordusunun sərkərdəliyini Peyğəmbərin şəxsən öhdəsinə alıb özü də qoşun bölmələri ilə birlikdə hərəkət etdiyi və həm də onlarla birlikdə Mədinəyə qayıtdığı müharibə və cihadlara "qəzvə" deyilir. Bu qəzvələrdən əlavə, həzrət Peyğəmbərin əmri ilə əlli beş dəfə "səriyyə" baş vermişdir. "Səriyyə" dedikdə, islam qoşunlarının bir qisminin qiyamçıların və çevriliş etmək istəyənlərin məkrli planlarının qarşısını almaq üçün Mədinədən hərəkət etdikləri və ordunun sərkərdəliyinin islam qoşununun görkəmli şəxsiyyətlərindən birinə həvalə olunduğu müharibələr nəzərdə tutulur. Əmirəl-möminin Əli (ə) Peyğəmbərin (s) qəzvələrinin iyirmi altısında iştirak etmişdir. O yalnız "Təbuk" qəzvəsində Peyğəmbərin əmri ilə Mədinədə qalmış və müharibədə iştirak edə bilməmişdir. Çünki həmin vaxt Mədinədəki münafiqlərin Peyğəmbərin şəhərdə olmamasından istifadə edib qiyam etmələri və islam mərkəzində (Mədinədə) hakimiyyəti əllərinə alması ehtimalı var idi. Imamın rəhbərlik etdiyi səriyyələrin sayı dəqiq şəkildə məlum deyil, amma onlardan bəzilərini burada ətraflı şəkildə şərh edəcəyik.

Imam (ə)-ın gördüyü unudulmaz, misilsiz və tarixi işlərdən–vəhy kitabının (Quranın) yazılması, vəhy kitabının və tarixi-siyasi sənədlərin çoxunun tənzim edilməsi, islama dəvət və təbliğat məzmunlu məktubların yazılması və s...-ni qeyd etmək olar. Əmirəl-möminin Quranın bütün ayələrini (istər Məkkədə, istərsə də Mədinədə nazil olan ayələri) Peyğəmbər (s)-in sağlığında tam diqqətlə yazır və buna görə də vəhy katiblərindən və Quran hafizlərindən idi. Həmçinin, o həzrət siyasi və tarixi sənədlərin və təbliğ məktublarının tənzim olunmasında islamın ilk katibi sayılırdı. Indi də bu tarixi-siyasi sənədlər və məktubların çoxu siyrə kitablarında yazılıb saxlanmışdır. Hətta tarixi bir müqavilə olan "Hüdeybiyyə" sülhü Peyğəmbər (s)-in imlası və Əli (ə)-ın dəsti-xətti ilə yazılmışdır.

Imamın elmi və qələm xidmətləri qeyd olunanlarla qurtarmır. O, Peyğəmbərin sünnəsinin və əsərlərinin qorunub-saxlanmasında çoxlu səylər etmişdi. Müxtəlif vaxtlarda Peyğəmbərin (s) əhkam, fərizə, adab, sünnə, qeybi xəbər və s. hadisələr barəsində olan kəlamlarını qeyd edirdi. Nəticədə Peyğəmbərdən eşitdiklərini altı cildlik kitab şəklində yazıb yadigar qoymuşdu. Imam şəhid olduqdan sonra bu kitabların hamısı onun övladlarının əlində ən qiymətli bir xəzinə kimi saxlanılırdı. Əmirəl-möminindən sonrakı din rəhbərləri başqalarına dəlil gətirmək lazım olanda bu kitablara istinad edirdilər. Imam Sadiq (ə)-ın ən yaxın tələbələrindən biri olan Zürarə bu kitabların bəzisini onun əlində görmüş, onların xüsusiyyətlərini söyləmişdir.

İmam ƏLİ (Ə)-IN hİCrƏtİ


Peyğəmbər (s) hicrət etdikdən sonra, Əli (ə) ondan məktub gəlməsini gözləyirdi. Az bir müddətdən sonra Əbu Vaqid Leysi Məkkəyə gəldi. O, Peyğəmbərdən bir məktub gətirib Əli (ə)-a təqdim etdi. Həmin məktubda Peyğəmbər hicrətin üçüncü gecəsi mağarada Əliyə şifahi şəkildə dediklərini bir daha yazıb göstəriş vermişdi ki, nübüvvət ailəsinin qadınları Mədinəyə hərəkət etsinlər və Əli (ə) da Mədinəyə getmək istəyən zəif və gücsüzlərə kömək etsin.

Imam Əli (ə) Peyğəmbərin (s) camaatın əmanətləri barəsində olan vəsiyyətinə çox dəqiq şəkildə əməl etdi, sonra özünə və yaxın adamlarına Mədinə səfəri üçün lazım olan vəsaitləri tədarük görməyə başladı. Mühacirət etmək üçün hazır olan möminlərə xəbər göndərdi ki, məxfi şəkildə Məkkədən çıxsınlar və Imamın karvanı onlara gəlib çatana kimi şəhərin bir neçə kilometrliyində yerləşən "Zu-Tuva" adlı bir yerdə gözləsinlər. Amma Əli (ə) onlara belə bir xəbər göndərməsinə baxmayaraq, özü günorta çağı səfərə çıxdı və Ümmü Əymənin oğlu Əymənin köməyi ilə qadınları kəcavələrə mindirib Əbu Vaqidə dedi:–Dəvələri asta sür, çünki qadınlar dəvənin sürətli getməsinə dözə bilməzlər.

Ibni Şəhr Aşub yazır: Abbas Əli (ə)-ın bu fikrindən xəbərdar oldu və bildi ki, o günorta çağı, düşmənlərin gözü qarşısında Məkkəni tərk edib, qadınları da özü ilə aparmaq istəyir. Buna görə də dayanmadan özünü Əli (ə)-a çatdırıb dedi:–Məhəmməd (s) Məkkəni gizlincə tərk etdi, Qüreyş başçıları da onu tapmaq üçün Məkkənin bütün nöqtələrini və onun ətrafını axtarırdı, sən bu qədər adamla və düşmənlərin gözü qarşısında Məkkədən necə çıxacaqsan?! Bilmirsənmi ki, səni tutub saxlayacaqlar?!

Əli (ə) əmisinə belə cavab verdi: "Gecə mağarada Peyğəmbərlə görüşdüyüm vaxt mənə, Haşimi qadınları ilə birlikdə mühacirət etməyimə dair göstəriş verdi, sonra mənə müjdə verdi ki, bundan sonra mənə daha xətər yetişməyəcək. Mənim öz Allahıma etimadım və Məhəmməd (s)-in sözünə imanım var, onun yolu mənim yolumdur. Buna görə də elə gündüz, Qüreyşin gözü qarşısında Məkkəni tərk edirəm."

Sonra məzmunu yuxarıda qeyd edilənlərdən ibarət olan bir şer oxudu. Bundan əlavə, Leysi dəvələri aparmağı öhdəsinə alaraq Qüreyş onlara çatmazdan qabaq karvanı şəhərdən çıxarmaq üçün dəvələri qovanda Imam (ə) onu tələsməyə qoymadı və dedi: "Peyğəmbər buyurmuşdur ki, bu yolda mənə heç bir xətər yetişməyəcək." Sonra isə dəvələri sürməyi öz öhdəsinə alıb belə bir rəcəz oxudu:

"Işlərin idarə olunması yalnız Allahın əlindədir, ona görə də hər bədgüman şəxsi özündən uzaq et, çünki aləmlərin Rəbbi hər bir ehtiyac üçün kafidir."


Qüreyş Əlİ (ə)-İ tƏqİb edİr


Imamın karvanı "Zəcnan" məntəqəsinə yaxınlaşanda uzaqdan yeddi nəfər niqablı süvari göründü. Onlar atlarını sürətlə karvana tərəf çapmağa başladılar. Əli (ə) qadınlar üçün baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün Vaqid və Əymənə göstəriş verdi ki, dərhal dəvələri yatızdırıb ayaqlarını bağlasınlar. Sonra qadınları dəvədən endirmək üçün kömək etdi. Bu vaxt niqablı süvarilər qılınclarını siyirmiş halda gəlib çatdılar. Qəzəbdən boğazları qurumuş halda kobud sözlər deməyə başladılar:–Sən təsəvvür edirsən ki, bu qadınlarla birlikdə bizim əlimizdən qaça bilərsən?! Hökmən geri qayıtmalısan!

Əli (ə) dedi:–Qayıtmasam nə olacaq?

Dedilər:–Ya səni zorla qaytararıq, ya da başını özümüzlə apararıq!

Bunu deyib dəvələri hərəkət etdirmək üçün yaxınlaşdılar. Əli (ə) öz qılıncı ilə onların qabağa gəlməsinə mane oldu. Onlardan biri Əli (ə)-ın üstünə qılınc çəkdi. Əli (ə) onun qılıncını geri qaytardı, sonra gözləri qəzəblə dolmuş halda onların üstünə hücum edib qılıncını Cinah adlı birisinin üstünə endirdi. Az qalmışdı ki, qılınc onun çiyninə ensin, amma onun atı birdən sıçrayıb geri çəkildi və Imam (ə)-ın qılıncı atın arxa tərəfinə endi. Bu vaxt Əli (ə) uca səslə onlara belə xəbərdarlıq etdi:–Mən Mədinəyə yola düşmüşəm, Allah Rəsulunun hüzuruna çatmaqdan başqa bir məqsədim də yoxdur. Hər kəs tikə-tikə doğranıb qanının axıdılmasını istəyirsə, onda mənim ardımca gəlsin, yaxud mənə yaxınlaşsın!

Bunu deyəndən sonra Əymənə və Əbu Vaqidə əmr etdi ki, qalxıb dəvələrin ayaqlarını açsınlar və öz yollarına davam etsinlər. Düşmənlər hiss etdilər ki, Əli (ə) onlarla axıra kimi vuruşmağa hazırdır. Çünki onlar öz gözləri ilə yoldaşlarından birinin necə ölüm təhlükəsinə düşdüyünü görmüşdülər. Buna görə də fikirlərindən dönüb Məkkəyə tərəf yola düşdülər. Imam (ə) da Mədinəyə tərəf öz yoluna davam etdi. Zəcnan dağının yaxınlığında bir gecə-gündüz istirahət etdi və gözlədi ki, hicrət edən başqa şəxslər də gəlib onlara çatsınlar. Əli (ə) və onun səfər yoldaşlarına qoşulanlardan biri də ömrünün axırına kimi Peyğəmbərin xanədanından ayrılmayan iffətli qadın-Ümmü Əymən idi.

Tarixdə qeyd olunur ki, Əli (ə) bu yolun hamısını piyada gəldi, heç bir mənzildə Allahın zikri mübarək dilindən düşmədi. O bütün yol boyu namazı həmsəfərləri ilə birlikdə qıldı. Təfsirçilərin bəzisi deyir ki, aşağıdakı ayə bunların barəsində nazil olmuşdur: "O kəslər ki, Allahı (bütün hallarda:) ayaqüstə, oturan yerdə və ya böyrü üstə yatmış halda yad edib göylərin və yerin xilqəti (yaranışı) barəsində fikirləşir və deyirlər ki, "Ilahi, Sən bu böyük xilqətin nizam-intizamını məqsədsiz və səbəbsiz yerə, boş-boşuna yaratmamısan."1

Əli (ə) və onun həmsəfərləri Mədinəyə çatandan sonra Peyğəmbər (s) onların görüşünə tələsdi. Peyğəmbər (s)-in gözü Əli (ə)-a sataşanda gördü ki, ayaqları şişmişdir və ayağından qan damcıları axır. Sonra Əli (ə)-ı qucaqladı və sevincindən gözləri yaşla doldu.


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin