MüQƏddimə


İMAM (ə)-İN KUFƏDƏ QİLDİĞİ İLK CÜMƏ NAMAZİNDAKİ XÜTBƏSİ



Yüklə 1,6 Mb.
səhifə29/30
tarix21.10.2017
ölçüsü1,6 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

İMAM (ə)-İN KUFƏDƏ QİLDİĞİ İLK CÜMƏ NAMAZİNDAKİ XÜTBƏSİ


Imam (ə) Kufəyə gəldikdən sonra iqamə qəsdi edərək namazını tamam qıldı. Cümə günü Kufə camaatı ilə cümə namazını qıldı. O, xütbələrindən birində Allaha həmd-səna edib, Peyğəmbərə salavat göndərəndən sonra camaata belə buyurdu:–Sizə təqvalı olmağı tövsiyə edirəm. Təqva Allahın Öz bəndələrinə tövsiyə etdiyi ən yaxşı şey, Allahın razılığını qazanmaq üçün ən yaxşı vasitə və Onun dərgahında ən gözəl aqibət sərmayəsidir. Sizə təqvalı olmaq və yaxşılıq etmək əmr olunub. Allaha itaət etmək üçün yaradılmısınız... Öz işlərinizi riyakarlıq olmadan, şöhrətpərəstlik məqsədi güdmədən yalnız Allah üçün yerinə yetirin. Hər kəs Allahdan başqası üçün bir iş görsə, Allah onu elə həmin adama tapşırar. Hər kəs də Allah üçün iş görsə, Allah onun əcr və savabını Öz öhdəsinə alar. Allahın əzabından qorxun (və bilin) ki, O sizi əbəs yerə yaratmamışdır. Allah sizin işlərinizdən agahdır və həyatınızın müddətini sizin üçün müəyyən etmişdir. Dünyaya aldanmayın, çünki dünya öz əhlini aldadar. Aldanan o kəsdir ki, dünya onu aldatsın. Axirət həqiqi həyat dünyasıdır–əgər camaat bilsə. Allahdan istəyirəm ki, şəhidlərin məqamını, peyğəmbərlərlə birgə olmağı və xoşbəxt insanların yaşayışını mənə nəsib etsin.2

VALİLƏRİN GÖNDƏRİLMƏSİ


Əmirəl-möminin (ə) Kufədə düşərgə saldıqdan sonra o vaxta qədər öz tərəfindən vali göndərilməyən islami məntəqələrə əməli saleh və müəyyən şərtlərə malik olan şəxslər göndərdi. Tarixdə bu valilərin və onların göndərildikləri məntəqələrin adları dəqiq şəkildə qeyd edilmişdir.3

O cümlədən, Xüləyd ibni Qürrəni Xorasana göndərdi. O, Nişapura çatanda xəbər tutdu ki, camaat Kəsra padşahının Kabulda yaşayan varisləri tərəfindən təhrik olunaraq islam hökumətinə qarşı çıxmağa və müxalifətçiliyə vadar edilmişlər. Əli (ə)-ın göndərdiyi hakim ixtiyarında olan qüvvələrlə onları məğlub etdi, bəzilərini isə əsir tutub Kufəyə göndərdi.1

Ətraf yerlərə valilərin göndərilməsi ilə Əli (ə)-ın hakimiyyəti islami məntəqələrin hamısında bərqərar oldu. Lakin Şamda Müaviyənin müxalifəti bir yaralı nöqtə kimi qalmaqda idi. Onun tez bir zamanda aradan götürülməsi üçün əməlli-başlı bir tədbir həyata keçirmək lazım idi.

Əli (ə)-ın hakimiyyətinin bu hissəsini şərh etməzdən əvvəl Kufədə baş verən maraqlı bir hadisəni qeyd edirik. Əli (ə) Iraq əhalisi ilə əlaqə yaratmaq üçün onların uzun müddət Kəsra şahlarının istismarı altında olan bir dəstəsi ilə görüşdü. Imam (ə) onlardan soruşdu ki, Kəsra sülaləsindən neçə nəfər sizə hökmranlıq etmişdir? Cavab verdilər: Otuz iki padşah.

Imam (ə) o şahların hakimiyyət üsulu barədə soruşduqda cavab verdilər ki, onların hamısının üsulu bir idi, lakin Hürmüzün oğlu Kəsra özünə xüsusi bir üsul seçmişdi. O, ölkənin sərvətini özünə götürürdü. Bizim böyüklərimiz onunla müxalifətə başladıqda camaatın xeyrinə olan hər şeyi viran etdi, öz xeyrinə olanları isə mənimsədi. Camaatı təhqir edərək Fars millətini qəzəbləndirdi. Camaat da qiyam edib onu öldürdü. Onun arvadları dul, övladları yetim qaldı.

Imam (ə) onlara belə buyurdu: "Allah-təala insanları haqq əsasında yaratdı və hər bir insan üçün haqq əməldən başqa bir şeyə razı olmaz. Ilahi səltənətdə, Onun yaratdığı hər bir şeydə bir ibrət dərsi vardır. O da budur ki, məmləkət tədbirsiz deyildir və hökmən bir hökumət qurulmalıdır. Bizim işimiz o vaxt vəhdətdə olar ki, sonradan gələnlər keçmişdəkilərə bədbinlik etməsinlər. Hər vaxt sonradan gələnlər keçmişdəkilərə bədbin olub onların yaxşı adət-ənənələri ilə müxalifət etmişlərsə, həm özləri məhv olmuşlar, həm də digərlərini məhv etmişlər."

Sonra Imam (ə) onların başçısını-Nərsanı onlara əmir təyin etdi.2

İMAM (ə)-İN BƏZİ ŞƏHƏR HAKİMLƏRİNƏ YAZDİĞİ MƏKTUBLAR


Kufəyə daxil olduqdan və ətraf məntəqələrə vali göndərdikdən sonra hər şeydən öncə Müaviyənin mərkəzi dövlətə itaətsizliyi Imam (ə)-ın diqqət mərkəzində idi. O daim bu iyrənc yaranı islam cəmiyyətindən kəsib atmaq barədə fikirləşirdi. Digər tərəfdən isə bəzi hakimlərin vəziyyəti və onların səmimi olub-olmaması Imam (ə)-a çox da aydın deyildi. Onlar nə özlərinin, nə də öz yerlərinin əhalisinin o həzrətlə beyət edib-etməməsini hələ də bildirməmişdilər. Buna görə də Imam (ə) üçüncü xəlifənin fərmanı ilə iş üstünə gələn bəzi hakimlərə məktub yazıb onlardan tələb etdi ki, öz vəziyyətlərini aydınlaşdırsınlar və həm özlərinin, həm də rəhbərlik etdikləri məntəqələrin əhalisinin beyətini elan etsinlər.3

Imam (ə)-ın məktublarından ikisi daha əhəmiyyətlidir. Onların birini Həmdanın valisi Cərir ibni Əbdüllah Bəcəliyə, digərini isə Azərbaycanın valisi Əşəs ibni Qeys Kindiyə yazmışdı. Indi bu iki məktubu qeyd edirik.


İMAM (ə)-İN HƏMDAN VALİSİNƏ YAZDİĞİ MƏKTUB


"Allah-təala bir millətin vəziyyətini, o millətin özləri öz düşüncələrini dəyişməyincə dəyişdirməz. Mən səni Təlhənin və Zübeyrin əməllərindən agah edirəm. Onlar mənimlə beyəti pozub mənim təyin etdiyim valinin–Osman ibni Hənifin başına bəla gətirmişlər. Mən ənsar və mühacirlə birlikdə Mədinədən çıxdım, yol üstündəki Əzib adlı bir məntəqədə oğlum Həsənə, Əbdüllah Ibni Abbasa, Əmmar Yasirə, Qeys ibni Səd ibni Übadəyə göstəriş verdim ki, Kufəyə gedib camaatı islam ordusunda iştirak etməyə, əhd-peyman pozanların qiyamını yatırmağa dəvət etsinlər. Kufəlilər bu çağırışa müsbət cavab verdi. Mən Bəsrənin yaxınlığında düşərgə saldım və qiyamın başçılarını üzürlü saydım, onların günahlarından keçdim və yenə də onlara dedim ki, mənimlə olan beyətlərini möhkəmlətsinlər. Lakin onlar müharibədən başqa bir şeyə razı olmadılar. Mən də Allahdan kömək istəyərək döyüşə girişdim. Bəziləri öldürüldü, bəziləri də Bəsrəyə qaçdılar. Bundan sonra mənim müharibədən əvvəl istədiyim şeyi məndən istədilər. Mən də onların sağ-salamatçılığını istədim. Sülh və səfa müharibənin yerinə keçdi. Əbdüllah Ibni Abbası oranın valisi təyin edib Kufəyə gəldim. Bu məktubu Zəhr ibni Qeysin vasitəsi ilə sənə göndərirəm. Hər şey barəsində ondan soruşa bilərsən."1

Bu məktubda və həmçinin Əşəsə yazılan digər məktublarda Qüreyşin adlı-sanlı şəxslərindən olan Təlhə və Zübeyr ilə qarşılaşmağının səbəbinin aydınlaşdırılmasına səy olunmuşdur ki, onların əvvəlcə Imam (ə) ilə beyət edərək sonradan öz əhd-peymanlarını pozması, cəmiyyətin asayiş və nizam-intizamını bir-birinə vurması, iğtişaş və qiyam yaratmaları hamıya məlum olsun.

Imam (ə)-ın məktubu Həmdan valisinə çatanda o, camaata üz tutub dedi:–Ey camaat, bu məktub Əmirəl-möminin Əli ibni Əbu Talibdəndir. O, din və dünya işlərində etimadlı bir şəxsdir. Onun düşmənə qələbə çalmasına görə Allaha şükür edirik. Ey camaat, islama ilk iman gətirənlər–mühacir, ənsar və tabeinlər onunla beyət etmişdir. Əgər xilafət məsələsini bütün müsəlmanların arasında səsə qoysaydılar, onda onun bu iş üçün ən layiqli adam olması məlum olardı. Camaat, həyatın davam etməsi ictimaiyyətlə qaynayıb-qarışmaqda, fəna və ölüm isə ayrılıq və təfriqədədir. Nə qədər ki, siz haqqa sadiqsiniz, Əli sizə rəhbərlik edəcəkdir. Əgər haqq yolundan çıxsanız, o sizi doğru yola qaytarar."

Camaat hakimin sözlərini eşitdikdən sonra dedi:–Biz eşitdik və ona itaət edirik; hamımız onun hakimiyyətinə razıyıq.

Bundan sonra həm hakim özünün, həm də camaatın Imam (ə)-a itaət etməsi ilə əlaqədar o həzrətə bir məktub yazdı.1

Bu zaman Zəhr ibni Qeys (Əli (ə)-ın məktubunu gətirən şəxs) yerindən qalxdı, gözəl və şirin bir xütbə oxuyaraq dedi:–Ey camaat! Mühacir və ənsar Əlini kamil bir şəxs kimi tanıdıqlarına və onun Allahın Kitabı haqqında dərin elmə malik olmasına görə onunla beyət etdilər. Lakin Təlhə və Zübeyr nahaq yerə öz beyətlərini pozdular, camaatı qiyama təhrik etdilər və müharibə odunu qızışdırdılar.2

Həmdan hakiminin və islam hökumətinin qərbində yerləşən camaatın beyət etməsi Imam (ə)-ın hökumətinin əsaslarını möhkəmlətdi. Bir neçə müddətdən sonra hakim Imamın etimadını qazanmaq üçün Kufəyə yola düşdü.


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin