Müsabiqəyə dəvət üçün
E l a n
“Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi, USAİD, BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsini həyata keçirir. Layihənin məqsədi kiçik təsərrüfat sahibləri, kiçik və orta miqyaslı fermerlərin istehsal etdikləri süd və süd məhsullarının həcminin artırılması, Süd Toplama Məntəqələrinin yaradılması və hədəf qrupların süd emalı müəssisələri ilə əlaqələndirilməsindən ibarətdir. Layihənin hədəf əraziləri - Yevlax, Samux, Goranboy, Şəmkir, Kürdəmir və Ucar rayonlarıdır.
Layihənin əsas kompanentlərindən biri olan Süd Toplama Məntəqələrinin qurulması məqsədilə, bu sahədə bacarığı və təcrübəsi olan iş adamlarını müsabiqəyə dəvət edirik.
Müsabiqədə iştirak etmək istəyənlərlər
aşağıdakı sənədləri təqdim etməlidirlər
-
Vergi ödəyicisi olmasını təsdiq edən sənəd, vergi ödəyicisinin statusu: “Sadələşdirilmiş Vergi Ödəyicisi” və ya “Əlavə Dəyər Vergisi Ödəyicisi” şəhadətnaməsi
-
Ünvanı və əlaqə məlumatları (telefon, faks, e-mail və s.,)
-
Bacarılqları və həyata keçirdiyi layihələr haqqında məlumat,
-
Əvvəlki müştərilərinizdən (telefon nömrələri göstərilmək şərti ilə) tövsiyyə/zəmanət məktubu(ları),
-
Fəaliyyətinin digər istiqamətləri (profili) barəsində qısa məlumat,
-
Bank tərəfindən verilmiş və bank rekvizitlərini özündə əks etdirən məktub,
-
Fəaliyyəti əks etdirən broşur, buklet və s. (əgər varsa),
Qeyd olunan sənədlər müşayət məktubu ilə birlikgə, bağlı zərfdə və möhürlənmiş
şəkildə təqdim olunmalıdır:
Sənədlərin qəbulu “29” İyul 2010-cu il saat 18-dək aşağıda göstərilən ünvana həyata keçiriləcəkdir.
Gəncə şəhəri, S.Rəhimov küç.30 (Avtozavod yolu 4)
Əlaqə: Layihə Kordinatoru Zöhrab Zöhrabov
İnzibati İşçi Vasif İmanov
Tel: (994 22) 57 4862; (012) 417 96 98
Mob: (050) 528 7593; (050) 593 3068
Dostları ilə paylaş: |