Mühasibat uçotu A.H.Əliyeva 179 maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər
yol vergisinin ödəyiciləridir.
Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, o cümlədən
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına
görə mədən vergisi tutulur.Hesabat ayı üçün mədən
vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan
sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.
Yerin
təkindən çıxarılan xam neft üçün -26%, təbii qaz üçün -
20%, filiz faydalı qazıntıları: o cümlədən bütün növ
metallar
üçün
-3%
məbləğində
mədən
vergisi
müəyyənləşdirilir:
Sadələşdirilmiş vergi ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və
ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi
tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az
olan şəxslər,vergi tutulan əməliyyatlarının həcmi ardıcıl
12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000
manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə
fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin
ödəyicisi olmaq hüququna malikdirlər.
Sadələşdirilmiş vergi malların təqdim edilməsindən,
işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə
etdiyi
vəsaitin
məbləğindən
(ümumi
hasilatının
həcmindən) və satışdankənar gəlirlərdən Bakı şəhəri üzrə -
4%, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respub-
likasında isə - 2% ilə hesablanır:
Azərbaycan Rеspublikasının Vеrgi Məcəlləsində mü-
əyyən оlunmuş qaydalar üzrə vеrgi оrqanları vеrgilərin