Müsahibat uçotu


Azərbaycan Respublikasında mühasibat



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə113/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   152
2016-2447

14.4.Azərbaycan Respublikasında mühasibat 
uçotunun tənzimlənməsi 
 
Mühasibat uçotu
 
təsərrüfat əməliyyatlarının kəmiyyət 
və keyfiyyət göstəricilərini mövcud qanunçuluqla müəyyən 
olunmuş sənədlər əsasında, pul və miqdar ifadəsində əks 
etdirməklə öyrənir və fasiləsiz nəzarəti həyata keçirir.
Azərbaycan Respublikasında mühasibat uçotu sahə-
sində bütün normativ sənədlərin, onların forma və rekvi-
zitlərinin yaradılması və yayılması Azərbaycan Respubli-
kası Maliyyə Nazirliyinin icazəsi olmadan həyata keçirilə 
bilməz. 
Mühasibat uçotunu tənzimləyən normativ aktları, 
sənədləri 4 səviyyədə qiymətləndirmək olar: 
I səviyyə - “Mühasibat uçotu haqqında Azərbaycan 
Respublikasının qanunu”; 
II səviyyə - mühasibat uçotu standartları;


Mühasibat uçotu A.H.Əliyeva 
 
186 
 
Bu standartlar “Mühasibat uçotu haqqında” qanunda 
əks olunmuş mühasibat uçotunun əsas prinsiplərini 
açıqlayır. 
III səviyyə - müvafiq icra orqanlarının hazırladığı 
metodiki göstərişlər, təlimatlar və bu kimi sənədlər; 
IV səviyyə - qeyd olunan sənədlərə əsaslanan 
əmlakın, hesablaşmaların, öhdəliklərin daxili uçot 
qaydalarını müəyyən edən müəssisədaxili işçi sənədləri. 
Bu səviyyədən olan sənədlərin içində müəssisənin uçot 
siyasəti xüsusi əhəmiyyətə malikdir. 
 
Ümumiyyətlə, mühasibat uçotu sistemlərinin hüquqi 
tənzimlənməsi aşağıdakılarla təmin olunur: 

Beynəlxalq 
prinsiplərə 
uyğunluq 
və 
həmçinin iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə 
alınmaqla hazırlanmış milli standartların mövcudluğu; 

Mühasibat uçotu və hesabatı haqqında 
qanun; 

Mühasibat uçotunun milli hesablar planı; 

Mühasibat (maliyyə) hesabatları sistemi; 

Təsərrüfat subyektinin uçot siyasəti.
Məlum olduğu kimi, bu məqsədlə 2 sentyabr 2004-
cü il tarixdə "Mühasibat uçotu haqqında" Azərbaycan 
Respublikasının Qanunu, 7 fevral 2005-ci il tarixdə isə 
"Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının 
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respub-
likası Prezidentinin Fərmanı qüvvəyə minmişdir. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin