Mühasibat uçotunun prinsipləri - mühasibat uçotu-
nun qurulmasının bütün sonrakı inkişaf yollarını əks etdi-
rən və onu təsdiq edən bazanın əsasıdır.
Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:
*
mühasibat uçotunun fasiləsizliyi - müəssisənin ya-
randığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti döv-
ründə mühasibat uçotunun fasiləsiz
həyata keçirilməsi, ləğv-
etmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq
olunmasıdır;
*
mühasibat uçotu hesablarının tətbiqi - əmlak və öh-
dəliyin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatları, gəlir və
xərc, mənfəət və zərər kimi bütün göstəricilərin mühasibat
hesablarında ikili yazılış üsulu ilə düzgün əks etdirilməsidir;
*
təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mə- naca onun qalan bütün əlamətlərindən üstünlüyünün təmi- natı - müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd
olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdi-
rən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün
əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uço-
tu siyasətində kommersiya sirri kimi qorunub saxlanmasıdır;
*
təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı - müəs-
sisənin maliyyə nəticələrini formalaşdıran zaman mənfəət və
zərərin uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq
işinin - ehtiyatlılığın təmin edilməsidir;
*
qiymətləndirmənin təminatı - müəssisənin bütün döv-
riyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və
digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndi-
rilərək bazar qiymətlərinə uyğunlaşdırılmasıdır.