Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə13/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   152
2016-2447

 
18 
 
FƏSİL III. 
HESABLARIN TƏSNİFATI VƏ ONLARIN 
XARAKTERİSTİKASI 
 
3.1. Mühasibat uçotunun Hesablar Planının 
konseptual əsasları 
 
Hesablar Planı
- mühasibat uçotunun müəyyən edil-
miş əlamətləri üzrə sintetik və subhesabların qruplaşdı-
rılması və kodlaşdırılması cədvəlidir. Bu cədvəldə müha-
sibat uçotunun hesablarının (sintetik
 

 
subhesabların)
 
adı, 
nömrəsi, aid olduğu maddə
 
və bölmə əks etdirilmişdir. 
Hesablar Planı ayrı-ayrı informasiyaların məntiqi əlaqəsini 
açıqlayır, uçot ardıcıllığının birləşdirilməsi və fərqləndi-
rilməsi qaydasını təyin edir, onun icmallaşdırılması və 
mühafizə edilməsini təşkil edir . 
“Hesablar planı” termini uçot kateqoriyasının ma-
hiyyəti və məzmununu daha yaxşı xarakterizə edir. O, bir 
tərəfdən kateqoriyanın müəyyən qaydasını, yəni toplanmış
informasiyanın yerləşmə sxemini, digər tərəfdən onun 
hansı informasiyanı təyin etməsini və bu informasiyanın 
gələcəkdə necə toplanmasını ifadə edir. İlk milli hesablar 
planı 1937-ci ildə Almaniyada, 1947-ci ildə Fransada qə-
bul olunmuşdur. Daha sonra dünya ölkələrində 100-dən 
artıq ölkədə milli hesablar planı qəbul olunmuşdur. 1960-
1980-ci illərdə Avropa İqtisadi Birliyi, Vahid Afrika Təş-
kilatları və Latın Amerikası dövlətləri üzrə millətlərarası 
ərazi hesablar planı yaradılmışdır. 
1995-ci ildə Azərbaycan Respublikası Maliyyə 
Nazirliyi tərəfindən təsdiq edilmiş, 01yanvar 1996-cı ildən 


Mühasibat uçotu A.H.Əliyeva 
 
19 
 
tətbiq edilməyə başlamış və müasir Milli Mühasibat Uçotu 
Standartları (MMUS) qüvvəyə minənədək istifadə edilmiş 
hesablar planı aşağıdakı 9 bölməni özündə birləşdirir: 

Əsas vəsaitlər və digər uzunmüddətli qoyu-
luşlar; 

İstehsal ehtiyatları; 

İstehsal məsrəfləri; 

Hazır məhsul, mallar və satış; 

Pul vəsaitləri; 

Hesablaşmalar; 

Maliyyə nəticələri və mənfəətin istifadəsi; 

Kapitallar (fondlar) və ehtiyatlar; 

Kreditlər və maliyyələşmələr. 
Bunlardan başqa hesablar planına əlavə olunmuş 11 
adda balansarxası hesablar vardır. 
Ölkədə uçotun Beynəlxalq uçot və hesabatına 
uyğunlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası 
hökumətinin 20 fevral 2003-cü il 29 №-li qərarı ilə təsdiq 
olunmuş Beynəlxalq mühasibat uçotu standartlarına 
keçmək məqsədilə milli mühasibat uçotu standartlarının 
2003-2007-ci illərdə hazırlanması və tətbiqinə dair qəbul 
edilmiş proqrama əsasən Milli uçot standartları hazır-
landığından hesablar planının bu standartların tələblərinə 
cavab verə bilməsi zəruriyyəti meydana çıxmışdır. Məhz 
bu səbəbdən Respublika Maliyyə Nazirliyinin Milli uçot 
standartları hazırlayan işçi heyəti yeni hesablar planı ha-
zırlamış və onu Nazirliyin 2006-cı il 18 aprel tarixli İ-38 
nömrəli əmri ilə təsdiq etmişdir. 
 
Yeni mühasibat uçotu hesabları da 9 bölmə üzrə aşa-
ğıdakı kimi qruplaşdırılmışdır: 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin