Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə135/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
233 
 
Əmək əşyaları
- əmək alətlərinin köməyi ilə insan 
əməyinin maddi istehsalın ehtiyacına yönəldilən xammal, 
material, yanacaq, alınmış yarımfabrikat və məmulatlar. 
Mənfəət
- təşkilatın təsərrüfat fəaliyyətinin maliyyə 
nəticəsini yəni il ərzində gəlirin, xərclərdən, itgilərdən, və 
ziyandan artıq hissəsini ifadə edən iqtisadi kateqoriyadır. 
Balans mənfəəti
- məhsul (iş və xidmət), əsas vəsait 
və digər əmlakların satışından həmçinin qeyri satış 
əməliyyatları ilə bağlı xərclər çıxılmaqla onlardan əldə 
edilən gəlirdən olan mənfəət məbləğidir. 
Yaşayış minimumu
- sərf edilmiş işçi qüvvəsinin 
bərpa edilməsi üçün insan və onun ailə üzvünün həyat 
səviyyəsinin 
yüksəlməsində 
zəruri 
olan 
minimum 
vasitədir. 
Hesablaşma hesabı
- təşkilatın sərbəst pul vəsaitini 
saxlamaq və cari nəğd və nəqdsiz formada hesablaşmasını 
aparmaq üçün bankda açdığı hesab. 
Mürəkkəb 
mühasibat 
yazılışı
-
təsərrüfat 
əməliyyatlarının bir hesabın debetində, bir neçə hesabın 
kreditində yaxud bir neçə hesabın debetində, ancaq bir 
hesabın kreditində yazılışını ifadə edən mühasibat 
yazıllışı. 
Əmlakın xüsusi mənbəyi
- pul ifadəsində təşkilatın 
maddi bazası hesab edilir. Bu kapitalları, amortizasiya 
fondunu, ehtiyat, mənfəət, büdcə maliyyələşməsi və 
bağışlama yolu ilə alınmış vəsaitləri özündə əks etdirir. 
Qırmızı storno üsulu
- mühasibat uçotu hesablarının 
səhv müxabirləşməsinin, yaxud tələb olunduğundan çox 
məbləğ dairəsində aparılan yazılışın düzəldilməsi üçün 
istifadə olunan əks yazılış. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin