Mühasibat uçotu A.H.Əliyeva 235 üçün ilkin sənədlərin və uçot registrlərinin formasını
müəyyənləşdirən qaydalardır.
Uçot siyasəti - maliyyə hesabatlarının tərtib və
təqdim edilməsi üçün təşkilat tərəfindən qəbul edilmiş
onun iş xüsusiyyətlərinə uyğun olan prinsiplərin, əsasların,
şərtlərin, qaydaların və təcrübələrin məcmusudur;
Likvidlik – təşkilatın aktivinin nominal
dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddət
ərzində nağd pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış
öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.
Maliyyə hesabatlarının beynəlxalq standartları —
Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası
tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş
Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə
Daimi Komitəsinin şərhləri, habelə Maliyyə Hesabatları
Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləridir.
Kassa əməliyyatları təşkilatlarda
nağd pul və digər
qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması
üzrə əməliyyatların məcmusudur.
Kassa sənədləri təşkilatlarda kassa əməliyyatlarının
aparılması üçün istifadə olunan ilkin uçot sənədləridir.
İnkassasiya təşkilatlarda nağd pul və digər
qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınmasıdır.