Mühasibat uçotu A.H.Əliyeva
21
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərkimya”
Dövlət
Şirkəti və s.iri şirkətlər.
Hesablar Planı
maliyyə hesabatı elementlərinin qrup-
laşdırılması və dəyər ifadəsində cari vəziyyətinin əks etdi-
rilməsi üçün nəzərdə tutulmuşdur. Milli Standartların tə-
ləblərinə cavab verən mühasibat uçotunun Hesablar Planı
bu Standartlara əsaslanan prinsiplər,
maliyyə hesabatla-
rının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları ele-
mentlərinin qiymətləndirmə metodlarına uyğun olaraq ha-
zırlanmış və təsdiq edilmişdir. Hesablar Planı mühasibat
informasiyaları sisteminin formalaşmasının
metodoloji
əsasını təşkil edən uçot modelini özündə birləşdirir.
Hesablar planından istifadəni asanlaşdırmaq üçün hər
bir hesaba şifrə verilir. Mühasibat uçotu yazılışları zamanı
hesabın adı əvəzinə onun şifrəsi göstərilir. Hazırda respub-
likamızda mühasibat uçotunun hesablar planı Azərbaycan
Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir.
Hesablar artan likvidlik dərəcəsi qaydasında düzülmüşdür.
Mühasibat uçotunun hesablar planında hesablar onların
iqtisadi təyinatına görə bölmələr üzrə qruplaşdırılmışdır.
Mühasibat uçotu hesablarının bölmələr üzrə təsviri hesab-
lar planında nəzərdə tutulmuş ardıcıllıqla verilir.
Mühasibat uçotu hesabatlarının, hesablar planının
dövlət tərəfindən tənzimlənməsinin məqsədi Azərbaycan
Respublikasında beynəlxalq aləmdə qəbul edilmiş prinsip-
lərə və mühasibat uçotu standartlarına
cavab verə bilən
vahid mühasibat uçotu sisteminin formalaşmasından, bu
sahədə onun müvafiq hüquqi və metodiki baza ilə, uçot və
hesabat formaları ilə təmin etməkdən ibarətdir. Göstərilən