Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə15/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
22 
 
tələblərin yerinə yetirilməsi mühasibat uçotu hesablar pla-
nının icra olunması ilə həyata keçirilir. 
 
3.2. Mühasibat uçotu hesablarının təyinatına və 
quruluşuna görə təsnifatı 
 
Hesabların təyinatı və qruluşuna görə təsnifatı geniş 
təkrar istehsal prosesində iqtisadi resursların daha 
əhəmiyyətli nişanələr üzrə mühasibat hesablarında 
uçotunun qruplaşmasını özündə formalaşdırır.Mühasibat 
uçotu hesablarının qruluşuna görə təsnifatının əsasını 
hesablar planında nəzərdə tutulan hər bir mühasibat 
hesabının standartı təşkil edir. Mühasibat uçotunun hesab-
lar planında hesablar, iqtisadi məzmununa görə (təsərrüfat 
vəsaitlərini (resurslarını) uçota alan hesablar, onların mən-
bələrini uçota alan hesablar, proses və maliyyə nəticələrini 
uçota alan hesablar kimi) qruplaşdırıldığı halda təyinat və 
quruluşuna görə təsnifat həmin qrupların ümumi qaydasını 
və analitik uçotun aparılmasını əhatə edir. 
Hesabların təyinatına və quruluşuna görə təsnifatı bu 
və ya digər hesabdan nə ücün istifadə edilməsini, hesabın 
quruluşunu, daha doğrusu, vəsaitlərin, onların mənbə-
lərinin və təsərrüfat proseslərinin hesablarda necə əks 
etdirilməsini, debet və kreditdə nəyin uçota alınmasını, hər 
hesabın qalığının nəyi göstərməsini öyrənir. Hesabların 
həm təyinatı və quruluşuna, həm də iqtisadi məzmununa 
görə təsnifatı bir-biri ilə sıx əlaqədə olmaqla bir-birlərini 
tamamlayır. 
Mühasibat uçotu hesabları təyinatına və quruluşuna 
görə
aşağıdakı hesablara bölünür: 


Mühasibat uçotu A.H.Əliyeva 
 
23 
 

əsas hesablar;

nizamlayıcı hesablar; 

bölüşdürücü hesablar; 

kalkulyasiyaedici hesablar; 

müqayisəedici hesablar.
Əsas hesablar ona görə əsas hesablar adlanır ki, on-
larda uçota alınan təsərrüfat vasitələri və onların əmələ-
gəlmə mənbələri müəssisənin təsərrüfat fəaliyyətinin əsa-
sını təşkil edir. Əsas hesablar üç köməkçi qrupa bölünür 
(Şəkil 3.1.): 
 
 
Şəkil 3.1.Əsas hesabların təsnifatı 
Əsas aktiv hesablar
material və pul vəsaitinin 
mövcudluğunu və hərəkətini uçota almaq üçün istifadə 
olunur. Əsas aktiv hesablara misal olaraq əsas vəsait, 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin