Mühasibat uçotu A.H.Əliyeva
34
FƏSİL IV
MÜHASİBAT UÇOTUNDA İKİLİ YAZILIŞ VƏ
HESABLARIN QURULUŞU
4.1. Hesabların müxabirləşməsi və ikitərəfli
yazılış üsulu
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabın-
da əks etdirilməsi zamanı həmin əməliyyatın hansı hesa-
bın debeti və ya kreditində yazılmasını müəyyənləşdirmək
çox vacibdir. Təsərrüfat əməliyyatları zamanı
uygun he-
sablar arasındakı qarşılıqlı əlaqə
müxabirləşmə
adlanır.
Hesabların müxabirləşməsi təsərrüfat əməliyyat-
larının iqtisadi
məzmunu ilə şərtləndiyindən, hər bir
müxabirləşmənin arxasında
nə kimi iqtisadi məzmunun
dayanması müəyyən edilə bilir. Məsələn:
Dt Kt
221-kassa 223-hesablaşma hesabı 1500 manat
Bu o deməkdir ki, müəssisənin kassasına bankdakı
hesablaşma hesabından 1500 manat məbləğində pul alın-
mışdır.
Mühasibat yazılışı hesablarının adları
üzrə konkret
təsərrüfat əməliyyatlarının məzmununu və məbləğini gös-
tərən əməliyyatın icra olunması
mühasibat hesablarına
yazılış
adlanır.
İkitərəfli yazılış üsulu
- təsərrüfat əməliyyatlarının
mühasibat uçotu hesablarında eyni məbləğdə bir hesabın
debetində və digər hesabın kreditində qarşılıqlı
əks etdi-
rilməsidir. İkitərəfli yazılış mühasibat uçotunun əsas üsulu