Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə26/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
40 
 
Bir qayda olaraq mühasibat hesablarında hesabat 
dövrünün əvvəlinə əks olunmuş qalıq 
Q
1
işarəsi, hesabat 
dövrünün sonuna olan qalıq isə 
Q

işarəsi formasında gös-
tərilir. 
Mühasibat uçotunda aktiv hesabın debet tərəfində 
hesabat dövrünün əvvəlinə olan qalıq, təsərrüfat əməliy-
yatı nəticəsində baş verən artma dövriyyəsi və dövrün so-
nuna olan qalıq müəyyən olunur. Hesabın kreditində isə 
təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn azalma əks 
olunmuş olur. Nəticə etibarı ilə aktiv hesablarda hesabın 
debetində vəsaitin artması, kreditində isə vəsaitin azalması 
əks olunur. 
Mühasibat uçotunda aktiv hesablarda son qalığı 
müəyyən etmək üçün aktiv hesabın ilk debet qalığı 
məbləğinin üzərinə hesabın debet dövriyyəsini əlavə et-
məklə alınan məbləğdən kredit dövriyyəsinin məbləğini 
çıxmaq lazımdır. Aktiv hesablarda hesabat dövrünün 
sonuna hesabın yalnız debet qalığı olur. 
Passiv hesablara
 - 
müəssisə əmlakının formalaşması 
mənbələrini, onların məbləği, tərkibi, hərəkəti və öh-
dəliklərini göstərən mühasibat hesabları aiddir. Bu he-
sablara «Nizamnamə kapitalı», «Qısa müddətli bank 
kreditləri», «Ehtiyat kapitalı», «Əməyin ödənməsi üzrə iş-
çi heyəti ilə hesablaşmalar» və s. hesablar daxildir. Passiv 
hesablarda qalıq (saldo) ancaq hesabın kreditində ola bilər.
Mühasibat uçotunda passiv hesabın kredit tərəfində 
hesabat dövrünün əvvəlinə ilk qalıq (saldo), təsərrüfat 
əməliyyatı nəticəsində baş verən artma dövriyyəsi və döv-
rün sonuna olan vəsait qalığı əks olunur. Hesabın debetin-


Mühasibat uçotu A.H.Əliyeva 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin