Mühasibat uçotu A.H.Əliyeva
45
Beləliklə, sintetik hesab maliyyə hesabatlarının ele-
mentlərinin (aktivlərin, öhdəliklərin və kapitalın,
habelə
gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər
üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını
təmin edir.
Subhesablar -
qruplaşdırılmış
analitik uçot məlu-
matlarını özündə əks etdirməklə sintetik hesabın bir hissə-
sidir.
Subhesab natural və pul ölçüsü ilə ifadə olunan sin-
tetik hesabın məlumatları dairəsində analitik hesabların
əlavə qruplaşması üçün nəzərdə tutulan və sintetik, ana-
litik hesablarda istifadə olunan aralıq hesabıdır.
Analitik hesablar
– subhesabların tərkib hissələrini
özündə əks etdirməklə məbləğ və natural ölçüdə daha ge-
niş formada analitik uçotda istifadə olunur.Sintetik, sub və
analitik hesablar bir-biri ilə sıx şəkildə əlaqədardır.
Bütün mühasibat uçotu hesablarına subhesablar açıl-
masına ehtiyac yoxdur. Subhesablar o hesablara açılır ki,
həmin hesabların uçota aldığı
obyektlərin əhatəsi daha
genişdir. Ümumiyyətlə subhesablar ayrı-ayrı mühasibat
uçotu hesablarının daha ətraflı izahı məqsədilə açılır.
Məsələn, «Materiallar» hesabına 8 subhesab açılmışıdır ki,
bunlar aşağıdakılardır:
- xammal və materiallar;
-satın alınmış yarımfabrikatlar və komplektləşdirici
məmulatlar;
- yanacaq;
- tara və tara materialları;
- ehtiyat hissələri;
- sair materiallar;
- emal üçün kənara verilmiş materiallar;