Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə30/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
46 
 
- tikinti materialları. 
Burada, «Materiallar» - sintetik hesab, materialların
səkkiz tərkib hissəsi subhesab, subhesabların hər birinin 
tərkib hissəsi isə analitik hesab adlanır.
 
Azərbaycan Respublikasında hesablar planında nə-
zərdə tutulmuş subhesablardan təhlilin, nəzarətin və hesa-
batın tələblərindən asılı olaraq istifadə edilir. Müəssisələr 
həmin subhesablardan bəzilərinin məzmununu də-
qiqləşdirə, onları çıxara, birləşdirə, eləcə də əlavə subhe-
sablar daxil edə bilərlər. Subhesablar hesabatların tərtib 
olunmasında və müəssisə təsərrüfat-maliyyə fəaliyyətinin 
təhlilində, mövcud olan informasiya sisteminə əlavələr 
şəklində istifadə olunaraq sintetik hesabların daha ətraflı 
şərh olunmasına imkanı genişləndirir.
 
Azərbaycan Respublikasında vahid mühasibat uço-
tu və hesabatı sistemi yaratmaq, onu daim inkişaf etdir-
mək, təkmilləşdirmək və bu işlərə nəzarət etmək müvafiq 
orqanların iştirakı ilə Azərbaycan Respublikası Maliyyə 
Nazirliyi tərəfindən həyata keçirilir. 
Azərbaycan Respublikası Milli Bankı, Dövlət Statis-
tika Komitəsi, Nazirlər Kabineti yanında Dövlət Sığorta 
Nəzarəti, Respublika Vergi Nazirliyi və Azərbaycan Res-
publikası qanunvericiliyinə müvafiq surətdə digər orqanlar 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaş-
maqla bankların, sığorta təşkilatlarının və bu kimi başqa 
dövlət orqanlarının, həmçinin spesifik funksiyaları yerinə 
yetirən digər təsərrüfat subyektlərinin mühasibat uçotu və 
hesabatlarını tənzimləyirlər. 
 


Mühasibat uçotu A.H.Əliyeva 
 
47 
 
5.2. Sintetik və analitik hesablar üzrə dövriyyə 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin