Mühasibat uçotu A.H.Əliyeva
48
Beləliklə, sintetik dövriyyə cədvəlində ancaq dəyər
ifadəsində məbləğlər yazılır, analitik
dövriyyə cədvəlində
isə məbləğlə yanaşı müxtəlif vəsaitlərin ölçü vahidi, miq-
darı göstərilir.
Analitik hesablar üzrə yazılışların
ümumi yekunu
onun aid olduğu sintetik və subhesablardakı yazılışların
yekununa bərabər olmalıdır. Eyni zamanda sintetik
hesabın ilk və son qalıqları onun tərkibinə daxil olan ana-
litik hesabların qalıqlarının
ümumi məbləğinə bərabər
olmalıdır. Belə bərabərliyin olması sintetik və analitik he-
sablarda əks olunmuş uçotun düzgünlüyünü müəyyən et-
məyə imkan verir.
Sintetik və analitik dövriyyə
cədvəllərinin tərtibi
üçün müəssisədə əməliyyatların məzmununa uyğun olaraq
misalları izah edək.
1) Alıcıdan 100,00 manat kassaya mədaxil edilib:
Debet
Kredit
Məbləğ
"Kassa" hesabı
"Alıcılar" hesabı
100,00
2) Kassadan 40,00 manat pul bankdakı hesablaşma
hesabına verilib:
Debet
Kredit
Məbləğ
"Hesablaşma
hesabı"
"Kassa" hesabı
40,00