Mühasibat uçotu A.H.Əliyeva 7 verən dəyişikliklər uçotun sərbəst elmə çevrilməsinə və
onun metodoloji prinsiplərinin tərkibinə şərait yaratmışdır.
1.2.Təsərrüfat uçоtunun növləri və onların xüsusiyyətləri Təsərrüfat subyektlərinin fəaliyyəti istehsal, satış,
mübadilə və istehlak proseslərindən ibarət olub, təsərrüfat
fəaliyyəti adlanır. Təsərrüfat fəaliyyətində müəssisənin
malik olduğu əmlakın artıb-azalması əməliyyatları təsərrü-
fat əməliyyatları adlanır.
Təsərrüfat əməliyyatları - təsərrüfat subyektlərinin
əmlakını, kapitalını, öhdəliklərini, onların hərəkətini, ma-
liyyə nəticələrini və ümumiyyətlə maliyyə-təsərrüfat fə-
aliyyətini ayrı-ayrılıqda özündə əks etdirə bilən faktlardır.
Təsərrüfat uçotu – təsərrüfat prosesinə nəzarət və idarə
etmək məqsədilə onların müşahidəsi, ölçülməsi və qeyd edil-
məsi sistemidir.
Azərbaycan Respublikasında müasir şəraitdə təsərrüfat
uçotu sistemi bir-birilə əlaqədar olan üç formada ifadə olu-
nur: operativ uçot; statistik uçot və mühasibat uçotu. Tə-
sərrüfat uçotunun qəbul olunmuş üç forması bir-birilə sıx
əlaqədə olmaqla biri digərini tamamlayır və vahid təsərrüfat
uçotu sistemini təşkil edir. Lakin bu uçot formaları içərisində
mühasibat uçotu aparıcı mövqe tutur.
Operativ uçot - müəssisənin maliyyə-təsərrüfat fəaliy-
yətinə gündəlik nəzarət etmək məqsədilə məlumatların şi-
fahi formada
operativ (anında) və vaxtaşırı qeydə alınma-
sıdır. Operativ uçot vasitəsilə müəssisədə material ehtiyat-
larının hərəkəti, məhsul buraxılışının həcmi və satışı,