Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə46/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
79 
 
sib, yaxud təşkilatın rəhbəri tərəfindən rəsmi təyin edilmiş 
şəxs cavabdehdir. Bütün memorial orderlər «Baş kitab»da 
qeydə alınır.
«Baş kitab»da uçot Hesablar Planına uyğun subhe-
sablar üzrə aparılır. “Baş kitab” ötən ilin yekun balansına 
müvafiq olaraq ilin əvvəlinə olan qalıq məbləği kitaba 
yazmaqla açılır. «Baş kitab»da yazılışlar memorial order-
lərin tərtibi üzrə aparılır. Memorial orderlərin yığım cəd-
vəllərinin tərtibi zamanı isə yazılışlar ayda bir dəfə aparı-
lır.
Əllə tərtib olunan mühasibat kitablarında səhifələr 
nömrələnir və qaytanlanır. Kitabın son səhifəsində səhi-
fələrin yekun sayı göstərilməklə təşkilatın baş mühasibi və 
bu təşkilatın rəhbəri tərəfindən təyin edilmiş digər müha-
sibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir.
Mühasibat sənədləri və registrləri təşkilatların mü-
hasibat arxivində müəyyən olunmuş müddət ərzində mü-
hafizə olunur. Mühafizə müddəti bitdikdən sonra müha-
sibat sənədləri müəyyən olunmuş qaydada müvafiq dövlət 
arxivinə təhvil verilir. Sənədlərin arxivə təhvil verilməsini 
və ya qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edil-
məsini təsdiq edən aktlar mühasibatlıqda daimi mühafizə 
edilməlidir.
 


Mühasibat uçotu A.H.Əliyeva 
 
80 
 
FƏSİL VII 
MÜHASİBAT BALANSI 
7.1.Balansın mühasibat uçotunda rolu 
 
Ölkə iqtisadiyyatının müxtəlif sahələrində qarşıya qo-
yulan vəzifələrin yerinə yetirilməsi üzərində nəzarəti həya-
ta keçirmək üçün mövcud olan vəsait və onun yaranma 
mənbəyi haqqında konkret məlumata malik olmaq, vəsaitin 
tərkibini və təyinatını öyrənmək üçün onları iqtisadi cəhət-
dən qruplaşdırmaq lazımdır. Bu göstəricələrin yekun nəti-
cəsi mühasibat balansının köməyi ilə həyata keçirilir.

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin