Mühasibat uçotu A.H.Əliyeva
96
Balansın aktiv və passivində eyni məbləğdə vəsait
azalır, balansın aktivi və passivinin yekunu da bərabər
məbləğdə azalır. Bu əməliyyat nəticəsində müəssisə
balansının aktivində və passivində balans maddələri
dəyişilir və bu isə valyuta həcminin azalmasına səbəb
olur.
Məsələn: Malsatanlara 15700 man məbləğində olan
borc müəssisənin hesablaşma hesabından ödənilmişdir.
Dt Kt
malsatan və podratçılar - hesablaşma hesabı 15700 man.
Belə ki, malsatan və podratçılara olan kreditor borcu
göstərilən məbləğdə azalır. Eyni zamanda müəssisənin
hesablaşma hesabında da pul vəsaiti eyni məbləğdə azal-
mış olur.
Beləliklə, aparılan dörd formada təsərrüfat əməliy-
yatları nəticəsində birinci halda yekun balansı (aktivi) də-
yişilmir, ikinci halda balans (passiv üzrə) yekunu yenə də
dəyişilmir, üçüncü halda balansın aktivi və passivinin ye-
kunu artır, dördüncü halda isə balansın aktivi və passivi
azalır.
Balansın aktiv və passiv maddələri arasında qarşılıqlı
əvəzetmələr (ödənişlər) aparmaq qadağandır. Deyilənlər
bir daha göstərir ki, müəssisənin bütün vəsaitlərini əks et-
dirən mühasibat balansı, onda əks olunan təsərrüfat əmə-
liyyatlarının düzgünlüyü üzərində nəzarət etməyə imkan
verir. Balansın aktivi və passivi üzrə əməliyyatlar düzgün
əks etdirildikdə balansın yekununun bərabərliyi pozulmur.
Dostları ilə paylaş: