Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə62/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   152
2016-2447

 
104 
 
FƏSİL IX.
ƏMLAK VƏ ÖHDƏLİKLƏRİN
İNVENTARLAŞDIRILMASI 
 
9.1. İnventarlaşmanın aparılmasının zəruriliyi və 
onun qarşısında qoyulan vəzifələr 
 
 
İnventarlaşma
 – 
əmlak və öhdəliklərin həqiqi möv-
cudluğunun mühasibat uçotu məlumatları ilə uyğun olma-
sını təyin edən əsas vasitə hesab edilir. İnventarizasiyanın 
aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində 
aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar et-
məkdən, onların mühasibat uçotu hesablarında düzgün əks 
etdirilməsini yoxlamaqdan ibarətdir.
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kol-
legiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı 
ilə Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları 
təsdiq edilmişdir. Bu Qaydalar «Mühasibat uçotu haqqın-
da» Azərbaycan Respublikasının Qanununa və həmin Qa-
nunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 
Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fər-
manına əsasən hazırlanmışdır. Bu Qaydalar mülkiyyət və 
təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan 
Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, 
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 
məşğul olan fiziki şəxslərə şamil edilir. 
Azərbaycan Respublikasında mövcud olan qanunve-
riciliyə görə invertarlaşdırmanın aparılması məcburi olan 
hallardan başqa, hesabat ilində onların aparılma sayı, tari-
xi, yoxlanmış əmlakın siyahısı müəssisə rəhbərliyi tərəfin-


Mühasibat uçotu A.H.Əliyeva 
 
105 
 
dən müəyyən edilir. Aktivlərin inventarizasiyası onların 
olduğu yerlər və maddi-məsul şəxslər üzrə mühasibat uço-
tu subyektinin uçot siyasəti və müvafiq normativ-hüquqi 
aktlarla (sənədlərlə) tənzimlənərək aparılır. 
Müəssisə rəhbərləri əmtəə-material dəyərlilərinin və 
pul vəsaitlərinin inventarlaşdırılmasının düzgün, vaxtında 
keçirilməsinə cavabdehdirlər. Müəssisənin baş mühasibi 
isə invertarlaşdırılmanın mövcud olan qanunçuluq tələblə-
rinə uyğun keçirilməsinə və onun nəticələrinin mühasibat 
uçotunda əks etdirilməsinə borcludur. 
İnventarlaşmanın aparılması aşağıdakı hallarda 
zəruri sayılır: 

əmlakın icarəyə verilməsi, alınması, satılması, özəl-
ləşdirilməsi hallarında;
 

maddi-məsul şəxslər dəyişildikdə və yaxud mə-
zuniyyətə, ezamiyyətə getdikdə (işlərin qəbulu və 
təhvili günü); 

oğurluq və ya sui-istifadə halları, həmçinin qiy-
mətlilərin xarab olması faktları müəyyən edildikdə; 

məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, 
yaxud prokurorun yazılı göstərişi olduqda; 

yanğın, bədbəxt hadisə yaxud ekstremal şəraitlə 
bağlı digər fövqəladə hallarda; 

mühasibat uçotu subyektinin aktivləri və 
öhdəlikləri yenidən qiymətləndirildikdə; 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada müha-
sibat uçotu subyektləri yenidən təşkil edildikdə, 
ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əv-
vəl

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin