;
Mühasibat uçotu A.H.Əliyeva
106
kollektivin (briqadanın) rəhbəri dəyişildikdə, kol-
lektiv üzvlərinin əlli faizdən çoxu tərkibdən
çıxdıqda;
illik mühasibat hesabatı tərtib edilənədək və
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan digər hallarda.
İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr
qoyulur:
-
müəssisənin əmlak və maliyyə öhdəliklərinin
mövcudluğu və düzgün qiymətləndirilməsini həyata ke-
çirmək;
-
aktiv və öhdəliklərin (əsas vəsaitlərin, əmtəə-mate-
rial dəyərlilərinin, pul vəsaitlərinin, qiymətli kağızların və
bitməmiş istehsalın) faktiki qalığı, saxlanması,
mühafizəsi
və istifadə olunmasına nəzarət
;
-
hazır məhsulun istehsalında maya dəyərinin he-
sablanmasını (kalkulyasiya) təmin etmək;
-
tam və qismən öz keyfiyyətini itirmiş, forması və
modası köhnəlmiş əmtəə-material dəyərlilərini müəyyənləş-
dirərək təsərrüfat daxili ehtiyatlardan gələcəkdə istifadə
etmək
;
-
gələcək satışını təmin etmək üçün qalıqda normadan
artıq olan maddi dəyərliləri müəyyənləşdirmək;
-
aktiv və öhdəliklərin (bank, kredit təşkilatları, büd-
cə, malalanlar, malsatanlar, təhtəl şəxslər, işçi heyəti, de-
ponent və digər debitor və kreditorlarla hesablaşmaların,
kassadakı, bankdakı hesablaşma, valyuta və xüsusi hesab-
lardakı pul vəsaitlərinin) müvafiq hesablarda düzgün əks
etdirilməsini təyin etmək;
|