Mühasibat uçotu A.H.Əliyeva
111
* geri alınan məhdud tədavül müddətli imtiyazlı
səhmlər;
* maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;
* törəmə müəssisələrə qısamüddətli və uzunmüddətli
faiz xərcləri yaradan öhdəliklər;
* qısamüddətli və uzunmüddətli
faiz xərcləri yaradan
öhdəliklər.
Qiymətləndirilmiş öhdəliklər üzrə:
* işdən azad olma ilə bağlı qısamüddətli və
uzunmüddətli müavinətlər və öhdəliklər;
* qısamüddətli və uzunmüddətli zəmanət öhdəlikləri;
* qısamüddətli və uzunmüddətli hüquqi öhdəliklər;
*digər qısamüddətli və uzunmüddətli qiymətlən-
dirilmiş öhdəliklər.
9.3. İnventarlaşmanın aparılma mərhələləri və
onun təşkil edilməsi
İnventarlaşmanın aparılması üzrə işləri üç mərhələ-
yə bölmək məqsədəuyğun sayılır.
Birinci mərhələdə
- komissiya sədri tərəfindən əv-
vəlcədən inventarlaşma aparılası obyektin öyrənilməsi,
material dəyərlilərinin saxlanma yerlərinin ploblanmasının
təşkili, çəki-ölçü cihazlarının qabaqcadan yoxlanması və s.
işlər yerinə yetirilir.
İkinci mərhələdə -
inventarlaşma üzvlərinin müəy-
yən qruplara bölünməsi və inventarlaşma aparılası obyekt-
lərə təhkim olunması həyata keçirilir. Komissiya üzvləri
“İnventarlaşmanın aparılması qaydası haqda” təlimatla ta-
Mühasibat uçotu A.H.Əliyeva
112
nış olaraq inventarlaşma aparmaq üçün zəruri sənədləri
almalıdırlar.
Üçüncü mərhələdə
-
inventarlaşmanın nəticəsinin
müəyyən edilməsi və onun uçotda əks etdirilməsi yerinə
yetirilir.
İnventarizasiya başlananadək maddi-məsul şəxslər
aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dü-
rüstləşdirmə işləri aparmalı və öhdələrində olan torpaq, ti-
kili və avadanlıqların qalıqlarını üzləşdirmə qaydasında
dəqiqləşdirməlidir:
1. Əmlakın (qiymətlilərin) uçot kartları (Əlavə №2);
2. Aktivlər üzrə uçot kitabı (Əlavə №3);
3.Öhdəliklər üzrə uçot kitabı (Əlavə №4);
4.Mühasibat uçotu subyektinin yerləşdiyi torpaq sa-
həsinə (sahələrinə) dair dövlət qeydiyyatı, mülkiyyət, ica-
rəyə verilmə, istifadəyə ayrılma və texniki sənədləri;
5.Torpaq, tikili və avadanlıqların mühasibat uçotu
subyekti tərəfindən icarəyə verilməsinə və yaxud məsu-
liyyətli mühafizəyə götürülməsinə dair sənədlər.
Hesabat ilində inventarlaşmanın miqdarı, onun apa-
rılma tarixi, yoxlanılan əmlak və öhdəliklərin siyahısı
təşkilat tərəfindən təyin olunur. Bu zaman inventarlaşma
aparmaq zəruri sayılan hallar istisnalıq təşkil edir.
İnven-
tarizasiyanın aparılması üçün mühasibat uçotu subyekti
rəhbərinin əmri ilə bu subyektin aparıcı bölmələrinin yük-
sək ixtisaslı mütəxəssislərindən ibarət daimi fəaliyyətdə
olan inventarizasiya komissiyası yaradılır. Mühasibat uço-
tu subyektinin rəhbəri və ya onun müavinlərindən biri in-
ventarizasiya komissiyasının sədri, mühasibat xidmətinin
rəhbəri isə sədrin müavini olur. Böyük təsərrüfatlarda
|