Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə68/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
113 
 
inventarizasiya komissiyasının tərkibində bir neçə işçi 
qrupları yaradılır. İnventarizasiya komissiyasının və onun 
tərkibindəki işçi qrupun yaradılmasına dair əmrdə komis-
siyanın və işçi qruplarının hüquqları, vəzifələri, işin təşki-
li, inventarizasiyanın başlanma və qurtarma müddəti, işçi 
qruplarının təlimatlandırılması və onların gördükləri 
işlərin nəticələrinin müzakirə vaxtı, hər bir işçi qrupunun 
inventarizasiya aparacağı yerin və maddi-məsul şəxsin və-
zifəsi və ünvanı öz əksini tapır. 
İnventarlaşma material dəyərlilərinin yerləşdiyi qay-
dada saxlanma yerləri və hər bir maddi məsul şəxs üzrə 
ayrı-ayrılıqda aparılır. Bir qayda olaraq inventarlaşma 
maddi məsul şəxsin iştirakı ilə (yaxud ölüm, xəstəlik və s. 
hallarda onsuz) həyata keçirilir.
 
9.4.İnventarlaşmadan əvvəl aparılan 
 hazırlıq işləri 
 
İnventarlaşmanın aparılması əvvəlcədən müəyyən 
hazırlıq işlərinin aparılmasını tələb edir. İlk növbədə mad-
di məsul şəxslər özlərinin maddi məsuliyyətində olan mal-
material, pul və s. vəsaitlərin mövcudluğunu qaydaya sa-
lır, onların daxil və xaric olması haqda bütün sənədləri 
mühasibatlığa verir, uçot işçiləri isə əmlakın və maliyyə 
öhdəliklərinin hərəkəti üzrə zəruri sənədlərin işlənməsini 
yerinə yetirir, uçot registrlərində müvafiq yazılışlar aparır, 
maddi məsul şəxslərin hesablarında olan dəyərlilərin qalı-
ğını çıxarır və digər zəruri işləri həyata keçirir.
Mühasibatlıq, debitorlar hesablarının çıxarışlarını, 
borcların ödənilməsi yaxud həmin borc məbləğlərini 


Mühasibat uçotu A.H.Əliyeva 
 
114 
 
təsdiq edən sənədləri onlara tələbi olan tərəflərə göndərir. 
Kreditorlardan isə qarşılıqlı hesablaşmaların düzgünlü-
yünü yoxlamaq üçün borc qalığı haqda çıxarış tələb olunur 
ki, həmin çıxarışlar müvafiq kreditora təqdim olunur.
Maddi-məsul şəxs inventarizasiya gününə kimi öh-
dəsində olan aktivlərin mədaxil və məxaric sənədlərini 
mühasibatlığa təhvil verməlidir ki, mühasibatlıqda onun 
öhdəsində sayılan aktivlərin qalığı düzgün müəyyənləş-
dirilsin. İnventarizasiya başlamazdan əvvəl maddi-məsul 
şəxs tərəfindən komissiya heyətinə iltizamnamə (izahat) 
təqdim olunur (Şəkil 9.1). 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin