Mühasibat uçotu A.H.Əliyeva
123
İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiyyətə
salınır. İnventarlaşma qurtardıqdan sonra
komissiyanın qə-
bul etdiyi qərar və verilən təklif qeyd edilməklə protokol
tərtib olunur. Kommisiya tərəfindən rəsmiləşdirilən inven-
tarizasiya cədvəlləri və aktlar inventarizasiya qurtardıqdan
sonra 10 gün müddətində rəhbərliyə təqdim edilir.
Aşkar edilmiş kənarlaşmaların
tənzimlənməsi
qaydası müəyyən olunur və müəssisə rəhbəri yaranmış
fərqlərin uçotda əks etdirilməsi barədə sonuncu qərarı
verir.
Mühasibat uçotu üzrə əməliyyatların yazılışları inver-
tarizasiya aparılan ayın hesabında əks olunmalıdır.
İnventarizasiya zamanı
mövcud olan aktivlərin və
öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan
məbləğləri aşağıdakı qaydada tənzimlənir.
Sözü gedən əməliyyatlar aşağıdakı mühasibat
yazılışları tərtib etməklə rəsmiyyətə salınır:
Aktivlər üzrə artıqgəlmələr, onların səbəbləri
və təqsirkar şəxslər müəyyənləşdirməklə
maddi məsul
şəxsin hesabına mədaxil edilir və onların
məbləğləri mü-
hasibat uşotu subyektinin gəlirinə aid edilir.
Dt 111 “Əsas vəsaitlər” hesabı
Dt 201 “Material ehtiyatları” hesabı
Dt 221 “Kassa” hesabı və i.a.
Kt 341 “Hesabat dövründə xalis mənfəət” hesabı
Müvafiq normativ sənədlərdə
nəzərdə tutulmuş təbii itki
normaları
daxilində
xarabolmalar
və
bu
kimi
əskikgəlmələr və itkilər mühasibat uşotu subyektinin xər-
cinə aid edilir.