Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə76/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
127 
 

ehtiyat və məsrəfləri formalaşdırmaq üçün 
vəsait mənbələrinin artıqlıq və ya çatışmazlığını müəyyən 
edir;

gələcək dövr üçün planlar, proqramlar və 
tapşırıqlar işləyib hazırlamağa imkan verir; 

gözlənilən risk və gəlirlə əlaqədar informasi-
yalar verir; 

 
geniş saylı istifadəçi tərəfindən iqtisadi qə-
rar qəbul edilən zaman subyektin maliyyə vəziyyəti, ma-
liyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında fay-
dalı ola bilən məlumatları təqdim edir;

əmlakın qorunub saxlanması, məhsulun ma-
ya dəyərinin aşağı salınması üçün yeni imkanlar tapır;

müəssisənin təsərrüfat ehtiyatları və öhdə-
likləri, əmlakın tərkibi və formalaşma mənbələri, vəsait 
mənbələrinin dəyişməsi haqda informasiyalar təqdim edir;
 

mənfəətin artırılması, müəssisənin maliyyə 
vəziyyətinin möhkəmləndirilməsi və ümumiyyətlə idarə-
etmə sisteminin daha da təkmilləşdirilməsində geniş şəkil-
də istifadə olunur.
Bütün bunlar bazar iqtisadiyyatı şəraitində rəqib mü-
əssisələr əhatəsində işləyən müəssisələr üçün xüsusi əhə-
miyyət kəsb edir.
Maliyyə hesabatı qarşısında aşağıdakı tələblər 
qoyulmuşdur: 
Hesabat:
* sadə və aydın olmalıdır; 
* bazar iqtisadiyyatının və beynəlxalq standartların 
tələblərinə uyğun qurulmalıdır;


Mühasibat uçotu A.H.Əliyeva 
 
128 
 
* obyektiv və düzgün olmalı, müəssisənin əmlakının 
qorunmasına xidmət etməlidir; 
* vaxtlı-vaxtında tərtib və təqdim edilməlidir. 
Maliyyə hesabatlarındakı məlumatlar sintetik və ana-
litik uçot məlumatlarına əsaslanaraq əmlakın, kassadakı 
pul vəsaitinin, bankdakı hesabların çıxarışı, debitor və kre-
ditor borclarının üzləşmə aktları ilə təsdiq olunmalıdır. 
Mühasibat uçotu hesabatında səhvlərin düzəldilməsi düzə-
lişin tarixi göstərilməklə onu imzalayan şəxslərin imzası 
ilə təsdiq edilir. Müəssisə və təşkilatların hesabat göstəri-
ciləri plan göstəriciləri ilə müqayisə edilərək təsərrüfat 
strukturlarının fəaliyyəti qiymətləndirilməlidir. 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin