Müsahibat uçotu


- tədarükçülər, istehlakçılar və  digər oxşar məqsədli tərəflərdir.  Dövlət nəzarət qurumları  -



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə78/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   152
2016-2447

-
tədarükçülər, istehlakçılar və 
digər oxşar məqsədli tərəflərdir. 
Dövlət nəzarət qurumları
 -
təsərrüfat fəaliyyətinə nə-
zarət edən bütün müvafiq dövlət və yerli hakimiyyət or-
qanlarıdır. Bu qurumun üzvləri müəssisənin fəaliyyətini 
tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə 
təmin olunmalıdır. 
Cəmiyyət -
müəssisənin fəaliyyəti ilə təmasda olan və 
ya maraqlanan geniş ictimai qrupları təmsil edən qurum-
lardır. 
 
10.3. Maliyyə hesabatının tərkibi və onların 
ümumi xarakteristikası 
 
Hesabat, tərtib edilmə mənbələrindən habelə istifadə 
olunma qaydalarından asılı olmayaraq cari, statistik və 


Mühasibat uçotu A.H.Əliyeva 
 
130 
 
mühasibat (maliyyə) hesabatına bölünür. Cari və statistik 
hesabat müəssisənin, təşkilatın və onların ayrı-ayrı sahələ-
rinin işinə gündəlik rəhbərlik etmək üçün lazım olan gös-
təriciləri xarakterizə edir.Təqdim edilmə müddətindən ası-
lı olaraq hesabat cari və ilik hesabata bölünür.Cari hesabat 
rüblük olur. Bundan əlavə, bəzi hallarda planın ən mühüm 
bölmələri üzrə daha qısa dövr üçün hesabat təqdim edilə 
bilər. İllik hesabat adətən hesabat ili ərzində uçot məlu-
matlarını yekunlaşdırmaq məqsədi ilə yanvarın 1-i tarixinə 
tərtib edilir. İllik hesabatda mühasibat uçotunda əks etdiri-
lən əsas yekun məlumatlar birləşdirilir.
Maliyyə 
hesabatlarının tərkibi aşağıdakılardan 
ibarətdir (Şəkil10.1):
Şəkil10.1. Maliyyə hesabatlarının tərkibi 
 


Mühasibat uçotu A.H.Əliyeva 
 
131 
 
Mühasibat balansı
- hesabat dövrünün son gününə 
təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini pul 
ifadəsində ikili cədvəl formasında
 
əks etdirən maliyyə he-
sabatı formasıdır. Hesabat formasında təqdim olunan ba-
lans göstəriciləri təsərrüfatın gələcək inkişaf imkanlarına 
dair istehsal-təsərrüfat və maliyyə göstəricilərinin idarə-
etmə üçün istifadə olunmasına şərait yaradır.
Müəssisənin təsərüfat fəaliyyətində maliyyə nəticəsi 
kimi müəyyən olunmuş mənfəət və zərərin yekunu müəs-
sisənin özünəməxsus kapitalının artması və ya azalmasını 
əks etdirir. Mənfəət və zərər haqqında hesabat mənfəətdən 
verginin hesablanmasını eyniləşdirir və vergi orqanları tə-
rəfindən onun yoxlanmasını asanlaşdırır. 
Mənfəət və zərərlər haqqında hesabat 2 bölmədən 
ibarətdir: 
1.Mənfəət və zərərlər haqqında hesabat (xərclərin 
funksiyaları üzrə); 
2.Mənfəət və zərərlər haqqında hesabat (xərclərin 
xüsusiyyətləri üzrə). 
Mənfəət və zərərin əmələ gəlmə mənbələri aşağıda-
kılardır: 
* müəssisənin yerinə yetirdiyi cari fəaliyyətdən, yəni 
məhsul satışından, işlərin və xidmətlərin yerinə yetirilmə-
sindən yaranmış nəticə (mənfəət, zərər); 
* əsas vəsaitlərin, materialların və digər aktivlərin 
(qeyri-maddi 
aktivlərin, 
qiymətli 
kağızların 
və 
s.)satışından olan maliyyə nəticəsi; 
* təchizat – satış və ticarət müəssisələrində məhsul 
və tara satışından gəlirlər; 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin