Mühasibat uçotu A.H.Əliyeva
14
Qiymətləndirmə
- təsərrüfat vəsaitlərinin dəyərinin
pulla ifadəsidir. Yəni bütün natural və digər göstəricilər pul
ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin
qiyməti onların həqiqi maya dəyərinə əsaslanaraq müəy-
yənləşdirilir. Müəssisə əmlakının və onun mənbəələrinin real
qiymətləndirilməsi mühasibat uçotunun bütün sisteminin
normal fəaliyyətində xüsusi əhəmiyyətə malikdir. Mühasibat
uçotu obyektlərini ümumiləşdirilmiş şəkildə ifadə etmək
üçün qiymət və kalkulyasiyadan istifadə edilir. Sərbəst bazar
iqtisadiyyatı şəraitində həmin göstəricilərin təsir dairəsi daha
da genişlənir və daha geniş əhəmiyyət kəsb edir.
Kalkulyasiya
- məhsul vahidinin, yaxud məhsul
dəstinin istehsalı və satışı, həmçinin, iş və xidmətlərin gö-
rülməsi xərclərinin pul ifadəsində hesablanmasıdır. Kal-
kulyasiya məhsulun
maya dəyərinin
müəyyən edilməsinə
xidmət edir.
Hesablar planı
-
mühasibat uçotunda əks olunmuş
əməliyyatların iqtisadi cəhətdən qruplaşdırılmasıdır. Mühasi-
bat hesabları təsərrüfat əməliyyatlarının ifadə olunduğu mə-
lumatları ümumiləşdirir və onların yekunlaşmasına şərait
yaradır.Azərbaycan Respublikasında Mühasibat Uçotu He-
sablar planı Mərkəzləşmiş qaydada Respublika Maliyyə
Nazirliyi tərəfindən tərtib olunaraq hesabların adları və şif-
rələri müəyyən olunmuşdur.
Bir sıra xarici ölkələrdə, o cüm-
lədən İngiltərə - Amerika uçot sistemində mühasiblər hesab
planını özləri tərtib edir və onlara şərti kodlar verirlər.
Dostları ilə paylaş: