Analitik vəzifə -
etibarlı və hüquqi cəhətdən əsaslan-
dırılmış mühasibat uçotu informasiyaları əsasında müəssisə
və onun tabeçiliyində olan filialların maliyyə, istehsalat-
təsərrüfat fəaliyyəti təhlil olunaraq hazırlanmış analitik şərh-
lər əsasında lazımi qərarların qəbul olunmasıdır.
Bu vəzifənin yerinə yetirilməsi mühasibat uçotunun
bütün bölmələri, o cümlədən mövcud ehtiyatlardan istifadə
olunması məhsul istehsalı, sərf olunmuş məsrəflərin həcmi,
qiymətlərin düzgün tətbiq olunmasının göstəricilərinin təh-
lilinə imkan verir ki, bu da sərbəst bazar iqtisadiyyatı şəra-
itində əhəmiyyətlidir.
Nəzarət funksiyası
- mühasibat uçotu informasiyası
müəssisə və şirkətlərin istehsal əməliyyatlarının müxtəlif
mərhələlərinə nəzarət etməklə, lazımi şəraitdə müəssisənin
Mühasibat uçotu A.H.Əliyeva
149
və onun bölmələrinin bütün əməliyyatlarının fəaliyyətinə nə-
zarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında
müxtəlif idarəetmə mərhələlərində idarəetmə qərarlarını
əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir. Uçot
aparatı işçiləri, nəzarət-təftiş və audit xidməti, vergi
orqanları yeni idarəetmə prinsiplərinə əsaslanaraq mövcud
olan maddi ehtiyatların düzgün və səmərəli istifadə olunması
üzərində nəzarəti təmin etməlidirlər.
Nəzarət
- qarşıda qoyulan məqsədə çatmaq üçün vəzi-
fənin müəyyən olunması prosesidir. Nəzarət prosesini
müəyyən olunmuş standartlar təşkil edir ki, onların icrası
qarşıdakı vəzifənin yerinə yetirilməsini təmin etməyə
yönəldilir. Nəzarət üç formada yerinə yetirilir və bu əməliy-
yatların aparılması və icra olunması əvvəlcədən müəyyən
vəzifəli şəxslər tərəfindən sənədləşdirilir. Hər bir əməliyyat
ayrılıqda müəyyən sənədləşdirmə əsasında icra olunur.
İlkin nəzarət
- kadrların seçilib yerləşdirilməsi, mate-
rial və maliyyə vasitələri ehtiyatlarının istifadəsində nəzərdə
tutularaq təsərrüfat əməliyyatının icra olunmasına qədər
aparılmalıdır.
Kadr ehtiyatları üzrə ilkin nəzarət müəssisələrdə seçi-
lən kadrların iş və peşəkar fəaliyyətlərinin müəyyən olun-
ması və daha hazırlıqlı, yüksək ixtisasa malik olan mütə-
xəssislərin seçilməsini nəzərdə tutur.
Cari nəzarət -
müxtəlif təsərrüfat əməliyyatlarının
yerinə yetirildiyi vaxtda icra olunaraq anında tərtib olunmuş
sənədləşmə dövrünü əhatə edir. İcra olunan əməliyyatın
daimi olaraq yoxlanması, əmələ gəlmiş problemlərin müza-
kirəsi və təkmilləşməsi görülən əməliyyatın mövcud olan
qanunvericilikdən və nəzərdə tutulmuş plan göstəricilərindən
|