151 gəlməsi, xərclərin aşağı salınması və s. problemlərin həlli
üçün istifadə olunur.
Maliyyə uçotunun aparılma qaydasının pozulmasına
və onun məlumatlarının təhrif olunmasına görə vergi
orqanları tərəfindən cərimə sanksiyaları nəzərdə tutulur.
11.3. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları İqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq
inteqrasiyanın rolunun artması müxtəlif ölkələrdə tətbiq
olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini və hamı
üçün anlaşıqlı olmasını tələb edir.Müxtəlif ölkələrin milli
mühasibat sistemlərinin vahid şəkildə uyğunlaşdırılması,
ilk növbədə, xarici ölkələrin potensial investorları üçün
mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici investorlar
üçün investisiya obyekti olan müvafiq təsərrüfat
subyektinin maliyyə hesabatlarının aydın, şəffaf olması və
reallığı əks etdirməsi vacibdir. Hər bir ölkənin milli uçot
sistemi mühasibat uçotunun inkişaf istiqamətlərini və
tendensiyalarını özündə əks etdirən milli standartlarla
müəyyənləşir. Belə ki, milli uçot sistemi mühasibat uçotu
obyektlərinin qiymətləndirilməsində, təsərrüfat əməliyyat-
ları və proseslərinin uçotda əks etdirilməsində, maliyyə
hesabatları formalarının məzmunca sistemləşdirilməsində
və müəssisələrin fəaliyyətinə nəzarətdə istifadə olunan
metodikaların və üsulların məcmusu ilə xarakterizə
olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 18 iyul tarixli 139 nömrəli qərarı ilə «2005-
Mühasibat uçotu A.H.Əliyeva 152 2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının
tətbiqi üzrə Proqram» təsdiq edilmişdir. Həmin Proqrama
əsaslanaraq Azərbaycan Respublika-sında aşağıdakı
mühasibat uçotu standartlarının tətbiq edildiyini qeyd
etmək olar:
Maliyyə Hesabatlarının Beynəlxalq Stan-
dartları. Bu standartlara dəyişikliklər yalnız Beynəlxalq
Mühasibat Uçotu Standartları Şurası tərəfindən edilə bilər
və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul
edildikdən sonra qüvvəyə minir;
Kommersiya
təşkilatları
üçün
Milli
Mühasibat Uçotu Standartları. Bu standartlar Maliyyə
Hesabatlarının
Beynəlxalq
Standartları
əsasında
hazırlanaraq,
Maliyyə
Hesabatlarının
Beynəlxalq
Standartları ilə nizamlanan bütün məsələləri əhatə
etməlidir.
Büdcə Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartları. Bu standartlar İctimai Sektor üçün
Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında
hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri
əhatə etməlidir.
Qeyri-hökumət
Təşkilatları
üçün Milli
Mühasibat Uçotu Standartları.
Milli Mühasibat Uçotu Standartları - müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən mühasibat
uçotu standartlarıdır.
Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və Tövsiyələr - müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Milli Mühasibat Uçotu Standartlarının müddəa-