Mühasibat uçotu A.H.Əliyeva
158
* müəssisənin idarəetmə aparatına lazım olan
informasiyaların hazırlanması və idarəetmə qərarların
qəbul edilməsi;
* səmərəli uçotun aparılması və məsrəf səviyyəsinə
nəzarətin təmin olunması.
Bütün bu vəzifələrin yerinə yetirilməsi müvafiq
idarəetmə qərarlarının daha optimal sisteminin tətbiqi və
həyata keçirilməsini təmin edir.
İdarəetmə uçotunu fərdi hesablar planı əsasında təş-
kil etmək lazımdır. İdarəetmə uçotu hesablar sistemindən
alınan uçot məlumatları, müəssisə xərclərini və onun
istehsal-maliyyə fəaliyyətinin nəticələrinin müqayisə olun-
masını təmin etməlidir. İdarəetmə uçotunun məlumatları
qiymətin əmələ gəlməsi, xərclərin aşağı salınması və s.
problemlərin həlli üçün istifadə olunur. Adətən informa-
siya müəssisənin kommersiya sirri sayılır, o mətbuata ve-
rilmir və məxfi xarakter daşıyır.
Hesabatlar ehtiyac olduqca hər ay, hər həftə, hər gün,
bəzən müxtəlif səviyyələrdəki rəhbərlərin tələbi ilə təcili
tərtib olunur. İdarəetmə hesabatlarının tərkibində plan
göstəriciləri, proqnoz yaxud hələ başa çatmamış faktlar
ola bilər. İdarəetmə uçotunun məlumatları çox vaxt təxmi-
ni olur. Nəticədə müdiriyyət düzgün olmayan qərar qəbul
edir, buna görə menecer inzibati məsuliyyət (töhmət, mə-
zəmmət) daşıyır.
İdarəetmə uçotu sistemində hesablamaların yerinə
yetirilməsi bazasında bir məsələnin müxtəlif alternativ
variantlarını hesablamaq olar və onlardan səmərəli ida-
rəetmə qərarlarının qəbul edilməsində optimal və operativ
olanlarını seçmək olar. Hər bir idarəetmə qərarı qətidir,
Mühasibat uçotu A.H.Əliyeva
159
lakin onların formalaşması və həyata keçirilməsi prosesi
qəbul olunmuş qərarlar dövründə müəyyən edilmiş daxili
tələblərə uyğun olmalıdır.
Operativ idarəetmə qərarlarının qəbul edilməsi üçün
aşağıdakı tələbləri ödəyən təqribi informasiyalardan
istifadə etmək olar:
* Ünvanlıq - istehsaldaxili informasiya konkret idarə
edənə təqdim edilməlidir.
* Operativlik - vaxtında düzgün qərar qəbul etmək
üçün əhəmiyyətli informasiya dərhal təqdim edilməlidir.
* Kafilik - idarəetmə qərarlarının qəbul edilməsi
üçün lazımi həcmdə informasiya təqdim olunur.
* Analitikliyi - struktur bölmələrin fəaliyyətinin
nəticəsini daha düzgün və dürüst əks etdirmək məqsədilə
idarəetmə uçotunun tərkibində informasiya toplanır,
qruplaşdırılır, öyrənilir və müəssisənin mənfəət
alınmasında iştirakı hissəsi müəyyən edilir.
* Yararlılığı - tərkibində müəssisənin işinin obyektiv
qiymətləndirilməsinə və risk potehsialı sferasına dair
informasiyalar menecerin diqqətini cəlb etməlidir.
*Faydalılığı - idarəetmə üçün onun məlumatları
qiymətlidirsə
idarəetmə
uçotunun
aparılması
məqsədəuyğundur.
İdarəetmə uçotu ayrı-ayrı bölmələrin fəaliyyətinin
nəticələri, ayrı-ayrı məhsul, iş, xidmət növləri haqqında
informasiyanı özündə əks etdirərək idarəetmə qərarlarının
qəbul edilməsi üçün daha uyğun gələn daxili qaydalar üzrə
aparılır.
|